• 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 05.09.2017 / ELAN: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti A Ç I Q T E N D E R E L A N E D İ R
  • 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR

21 Sentyabr 2017
Dont risk

Xəbərlər

05.09.2017 / ELAN: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti A Ç I Q T E N D E R E L A N E D İ R

Tender 2 lot üzrə keçirilir. Lot 1 – Laboratoriya avadanlıqları və cihazlarının satınalınması Lot 2 – Çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələri və traktorlar üçün ehtiyyat hissələrinin satınalınması

    Tender üzrə zərflərin açılması 19 oktyabr 2017-ci il saat 10:00-da iddiaçıların və ya onların  səlahiyyətli nümayəndələrinin iştirakı ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətində keçiriləcəkdir.

       Tender iştirakçılarına  təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

       Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

       Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 7A   (əlaqələndirici şəxs: Hüseynov Vaqif, telefon 562-85-13 daxili nömre 120) ünvandan ala bilərlər.   

  Lot 1  Iştirak haqqı: - 500 manat

  Lot 2 Iştirak haqqı: - 250 manat

   Hesab:AZ32CTRE00000000000002587602

   VÖEN: 2000469991

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h:AZ41NABZ01360100000000003944

SWİFT BİK: CTREAZ22  

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  -tenderdə iştirak etmək üçün yazılı müraciət;

  -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

   -tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

  -iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  -iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  -iddiaçınn tam adı, hüquqi statusu, nizamna-məsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizit-ləri;

  -iddiaçıların müvafiq hallar üzrə mənşə və uyğunluq sertifikatları;

 

    -digər sənədlər;

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

     Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

      İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06 oktyabr 2017-ci il saat 17:00 -a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 oktyabr 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 7A ünvanına təqdim etməlidirlər

      Göstərilən vaxtdan gec təqdim olumuş zərflər açılmadan geri qaytarılacaqdır.

      İddiaçıların təklifləri 19 oktyabr 2017-ci il saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 7A ünvanında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin iclas zalında açıqlanacaqdır.

      Iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

                                 Tender komissiyası



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45