• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir
  • 05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

24 İyun 2018
Dont risk

Xəbərlər

23.10.2017/ İXRAC EDILƏN POMIDOR MƏHSULLARINA YENI TƏLƏBLƏR

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəsmi internet saytında və Respublikamızın bəzi kütləvi informasiya vasitələrində cari ilin 16 oktyabr tarixində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları tərəfindən Dağıstan Respublikasında Azərbaycandan ixrac edilən 33 ton pomidor məhsulu üçün tərtib edilmiş fitosanitar sertifikatında məlumatlar tam əks olunmadığına görə ölkəyə idxal edilməsinə icazə verilməməsi barədə məlumat yer almışdır.

Məsələ ilə bağlı bildiririk ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşaiyətedisi sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoymuşdur.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinın bu müraciəti Dövlət Xidmətinə 2017-ci ilin 17 oktyabr tarixində daxil olmuşdur. Sözügedən pomidor məhsulu isə 16 oktyabr tarixində ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi səbəbindən sərhəddə saxlanılmışdır.

Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülmüş, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanmış və 20 oktyabr 2017-ci il tarixində həmin məhsul Rusiya Federasiyasına ixrac edilmişdir.

Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədi ilə Rusiya Federasiyasına ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilmiş, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi  istehsalçıların diqqətinə çatdırılmışdır.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45