• 12.12.2017 / KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ FERMERLƏRİ BİR DAHA XƏBƏRDARLIQ EDİR
  • 27.11.2017 / FİTOSANİTARİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
  • 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB

19 Fevral 2018
Dont risk

Xəbərlər

15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib

Noyabr ayının 15-də “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və xidmətin əməkdaşları, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev və Bakı-Abşeron, Aran və Cənub bölgələrinin ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar  tələblər (İSPM 15), həmçinin idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikadlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi  barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarət olmuşdur.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib. Camal Quliyev son illər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və  bu sistemin əhəmiyyətliliyini vurğulayıb. Qeyd olunub ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaqdır.

Eyni zamanda tədbirdə bu sahədəki inkişafın daha da sürətləndirilməsinin, Azərbaycan üçün strateji bazar olan Rusiya və digər ölkələrə mövcud meyvə-tərəvəz ixracının artırılmasının və ixrac coğrafiyasının genişləndirilməsinin əsas hədəf kimi qarşıda durduğunu qeyd etmiş  və bu sahədə sahibkarlara hər cür dəstəyin göstəriləcəyi bildirilmişdir.

FAO-nun  Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri  Mələk Çakmak qonaqları salamlayaraq Azərbaycanda fitosanitar karantin tələblərinə ciddi əməl edilməklə sağlam və keyfiyyətli məhsul istehsal olunduğunu və bu sahədə beynəlxalq standartların tətbiq edildiyini vurğulamışdır.

Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev kənd təsərrüfatı nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlərin sahibkarların maarifləndirilməsində əhəmiyyətini qeyd edərək son illərdə ölkə başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan aqrar islahatların real nəticələr verdiyini və bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən danışaraq istixana sektorunun aqrar sahədəki rolu və əhəmiyyətini qeyd etməklə hal-hazırda böyük ixrac potensialının yaradıldığını vurğulamışdır.

Sonra sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45