• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Xəbərlər

25.06.2018/ KARANTİN LABORATORİYALARINDA TƏDQİQAT ÜSULLARININ QİYMƏTLƏNDİRİLMƏSİ İLƏ BAĞLI KEÇİRİLƏN SEMİNAR BAŞA ÇATIB

23-25 iyun 2018-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi” çərçivəsində Bakı şəhərində keçirilən “Fitosanitar karantin laboratoriyalarında tədqiqat üsullarının qiymətləndirilməsi” mövzusunda seminar başa çatıb.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Ələddin Eyvazov kadrların ixtisaslaşmasında göstərdiyi dəstəyə görə FAO-nun rəhbərliyinə və Mələk Çakmaka təşəkkür edib: “Kadrlarımız bu tədbir sayəsində biliklərini daha da zənginləşdirdilər və bitki və bitkiçilik məhsulları üzərində karantin zərərvericilərinin müəyyənləşdirilməsi istiqamətində görülən işlərin mahiyyətini daha dərindən dərk etdilər. Buna görə də FAO-nun rəhbərliyinə və Mələk xanıma həm öz adımdan, həm də Dövlət Xidmətinin kollektivi adından təşəkkürümü bildirirəm”.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, Dövlət Xidmətinin tərkibində karantin laboratoriyalarının yaradılması və fəaliyyət göstərməsi Azərbaycanda karantin zərərvericilərinə qarşı aparılan mübarizənin səmərəliliyini daha da artırır: “Laboratoriyalar yarandığı gündən  gənc və savadlı kadrların işə cəlb edilməsi və onların ixtisaslaşdırılması istiqamətində əsaslı işlər görülüb. Xüsusilə, FAO xətti ilə də onlara həm ölkə daxilində, həm də xarici ölkələrdə silsilə təlimlərin keçirilməsi bütün işlərin özəyini təşkil edib. Burada gördüyümüz gənc kadrlar bu günə qədər görülən işlərin mahiyyətini daha gözəl anlayaraq işlərində püxtələşməyə başlayıblar. Mən bütün kadrlara işlərində uğurlar arzu edirəm”.
FAO-nun beynəlxalq məsləhətçisi xanım Natalya Şerokolava isə tədbirin keçirildiyi müddətdə göstərdikləri fəallığa görə Dövlət Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirib.
Tədbirin sonunda seminar iştirakçılarına FAO-nun beynəlxalq sertifikatı təqdim olunub.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45