• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Xəbərlər

27.06.18/ ŞABALID BAĞLARINDA GÖVDƏ YANIĞI XƏSTƏLİYİ YAYILIB

Göbələk mənşəli gövdə yanığı xəstəliyi Şəki-Zaqatala bölgəsinin şabalıd bağlarında müşahidə olunur. Xəstəliyə qarşı dünya miqyasında tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.

Ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunursa, mexaniki üsullardan istifadə etməklə, xəstəliyə yoluxaraq qurumuş və çürümüş hissələr təmizlənməli, xəstəliyə 30-60% yoluxmuş ağacların budaqları zədələrdən 25 sm aşağı olmaqla kəsilməli və yandırılmalı, 60 %-dən çox yoluxmuş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. Bu proses, xüsusilə, qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi  üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər  çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45