• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

15 Dekabr 2018
Dont risk

Xəbərlər

20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb

Ceyrançöl ərazisində köçəri quşlar çoxluq təşkil etdiyi üçün mübarizə zamanı yuvaların bağlanmasına diqqət yetirilir

Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər  gəmiricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə 12500 hektar sahədə fitosanitar müşahidə tədbirləri həyata keçirilib və Ceyrançöl ərazisində 9200 hektar sahənin təhlükəli zərərvericilərlə sirayətləndiyi müəyyən edilib.                                     

Fitosanitar yoxlamalar zamanı müəyyən edilib ki, taxıl, qarğıdalı, şəkər çuğunduru kimi dənli bitkilər əyildiyi üçün gəmiricilərin qidalanması üçün əlverişli şərait yaranıb ki bu da onların yaşam tərzinin yaxşılaşmasına və çoxalaraq artmasına səbəb olub.

Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən zərərvericilərin artımının İqtisadi Zərərvurma Həddini keçməsinin qarşısını almaq məqsədi ilə  kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.

Aldadıcı yemin hazırlanmasında və tətbiqində texniki təhlükəsizlik qaydalarına ciddi nəzarət edilir.

Qeyd edək ki, hazırda kimyəvi mübarizə işləri davam etdirilən Ceyrançöl ərazisində köçəri quşlar (qızıl qaz, kəklik, turac, bildirçin, sürü halında yaşayan çəyirtkəkimilərin entomafaqı olan ala sığırçın) çoxluq təşkil etdiyi üçün  işlək yuvalara zəhərli aldadıcı yemlərin qoyulması zamanı yuvaların bağlanmasına daha çox diqqət yetirilir.

Bunun üçün də ərazidə işləyən fəhlələr işə başlamamışdan əvvəl təhlükəsizlik  qaydaları ilə bağlı ciddi şəkildə təlimatlandırılmaqla yanaşı, aldadıcı yemi tətbiq edən zaman yuvaların ağzının bağlanmasında diqqətli olmalarına dair tövsiyələr verilir.      

Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45