• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

15 Dekabr 2018
Dont risk

Xəbərlər

21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir

Seminarda çəyirtkəkimilərlə mübarizənin təkmilləşdirilməsi mövzusu müzakirə olunur

19 noyabr 2018-ci il tarixdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO-nun) təşkilatçılığı ilə Qırğızıstan Respublikasının paytaxtı Bışkek şəhərində “Qafqazda və Orta Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərlə mübarizənin təkmilləşdirilməsi” proqramı çərçivəsində texniki seminar öz işinə başlayıb.

Seminarda Qafqaz və Orta Asiyanın 10 dövlətinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan və Rusiya Federasiyasının nümayəndələri iştirak edir. Açılış mərasimində həmin olkələrin kənd təsərrüfatı nazirlərinin müavinləri və digər rəsmi nümayəndələr iıtirak ediblər.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikasını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Mərkəzin baş mühəndisi Əlizamin İmanov  təmsil edirlər.

Seminarda Milli koordinatorların məsələ ilə bağlı illik (2018-ci il) hesabatları dinlənilir və müzakirələr aparılır. Seminarın gündəliyində regional əməkdaşlıq, çəyirtkəkimilərlə mübarizədə milli potensialın gücləndirilməsi, coğrafi informasiya sistemlərinin tətbiqinin və milli monitorinq qrupunun fəaliyyətinin təkmilləşdirilməsi, zərərvericilərlə kimyəvi mübarizə tədbirləri zamanı insan orqanizminə və ətraf mühitə dəyə biləcək ziyanın qarşısının alınması, yeni layihənin hazırlanması, maliyyə resurslarının mobilizasiyası və digər təsərrüfat əhəmiyyətli mövzular yer alıb.

Gündəlikdə duran mövzulara dair transsərhəd zərərvericilər üzrə FAO qrupunun rəhbəri Anni Monar, çəyirtkəkimilər üzrə FAO proqramının mütəxəssisi Marion Şiris, FAO proqramının mütəxəssisi Qreta Qraviliya, FAO-nun çəyirtkələr üzrə baş eksperti Aleksandr Laçininskiy, regional informasiya sistemləri üzrə FAO eksperti Nadiya Muratova və ətraf mühitin mühafizəsi üzrə FAO eksperti Van der Valkın məruzələri nəzərdə tutulub.

Tədbirdə FAO-nun təşkilatçılığı ilə 2018-ci ilin 30 aprel - 3 may  tarixlərində Azərbaycanın Gəncə şəhərində keçirilən təlim seminarının təhlili məsələləri də yer alıb.

Qeyd edək ki, seminar noyabrın 23-nə qədər davam edəcək.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45