• 20.08.2018 / Avqustda Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb
  • 18.08.2018/ Qazaxda Kolorado kartof böcəyinə qarşı kimyəvi mübarizə başlayıb
  • 15.08.2018 / Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib
  • 14.08.2018 / Tovuzda kartof güvəsinə qarşı bioloji mübarizə aparılır
  • 13.08.2018 / Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə edilib
  • 01.08.2018/ DÖVLƏT FİTOSANİTAR XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB

22 Avqust 2018
Dont risk

Fərmanlar

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 


1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 1.0.12-ci maddəsində nəzərdə tutulmuş fitosanitar sertifikatının nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 7.0.6-cı maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formalarını və təmin edilmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin Qanunun 10.0.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanunun 10.0.3-cü maddəsində nəzərdə tutulmuş bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]
1.9. həmin Qanunun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [2]
1.10. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş dövlət fitosanitar müfəttişlərinin icrası məcburi olan qərarlarının və göstərişlərinin formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.12. həmin Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.13. həmin Qanunun 14.3.2-ci maddəsində nəzərdə tutulmuş fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.14. həmin Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən halları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.16. həmin Qanunun 20.2-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  [3]
1.17. həmin Qanunun 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.18. həmin Qanunun 23.1-ci və 34.3.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.19. həmin Qanunun 24.1-ci və 24.2-ci maddələrində nəzərdə tutulmuş pestisid ehtiyatının yaradılması və istifadəsi qaydaları, pestisidlərin növlər üzrə ehtiyat normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.20. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.21. həmin Qanunun 27.2.11-ci maddəsində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
(Çıxarılıb)  [4]
1.22. həmin Qanunun 28.1.8-ci maddəsində nəzərdə tutulmuş əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  [5]
1.23. həmin Qanunun 28.1.10-cu maddəsində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formalarını və təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  [6]
1.24. həmin Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş yüksək toksiki- ekoloji təhlükəli preparatların siyahısını və tətbiqi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.25. həmin Qanunun 30.5-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.26. həmin Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.27. həmin Qanunun 13.8-ci maddəsinin birinci cümləsində, 22.3-cü, 24.3-cü, 27.1.2-ci, 30.4.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 13.8-ci maddəsinin ikinci cümləsində, 27.1.1-ci, 27.2.8-ci, 29.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.28. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.29. öz səlahiyyətləri daxilində “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü, 25.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 7.0.3-cü maddəsində (müvafiq əsasnamənin təsdiqi hissəsində) nəzərdə tutulmuş səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;  [7]
2.2. həmin Qanunun 6.2-ci, 8.4-cü, 11.4-cü, 13.1-ci, 16.4-cü və 19.3-cü (həmin Qanunun 16.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri daxilində), 20.2-ci, 22.1-ci, 22.2-ci, 24.1-ci, 24.2-ci, 29.6-cı, 31.2-ci, 34.3.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 1.0.12-ci (fitosanitar sertifikatının nümunəvi formasının təsdiqi hissəsində), 7.0.6-cı, 28.1.2-ci, 28.1.8-ci, 28.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;  [8]
2.3. həmin Qanunun 9.0.2-ci, 9.0.5-ci, 9.0.6-cı, 10.0.12-ci, 16.1-ci və 16.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.4. həmin Qanunun 4.0.1-ci, 9.0.10-cu, 10.0.15-ci, 16.4-cü və 19.3-cü (həmin Qanunun 16.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri daxilində), 18.1-ci, 19.2-ci, 20.3-cü, 28.3-cü, 29.7-ci, 32.3-cü, 33.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 7.0.3-cü maddəsində (müvafiq strukturun təsdiqi hissəsində), 10.0.15-ci maddəsində (ölkə ərazisinin fitosanitar vəziyyəti barədə hesabatın verilməsi qaydasının müəyyən edilməsi hissəsində), 28.1.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;   [9]
2.5. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;
2.6. həmin Qanunun 8.1-ci, 9.0-cı, 10.0-cı, 12.1.1-ci, 20.4-cü, 20.6-cı, 21.1-ci, 30.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini , o cümlədən həmin Qanunun 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının həyata keçirilməsinin təmin edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həyata keçirir; [10]
2.7. həmin Qanunun 10.0.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. [11]

3. Müəyyən edilsin ki:

3.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə müvafiq olaraq:
3.1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişidir;
3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavinləri Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişinin müavinləridir;
3.1.3. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbəri Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişidir;
3.1.4. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbərinin müavinləri Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişinin müavinləridir;
3.1.5. rayon və şəhər karantin məntəqələrinin rəhbərləri rayon və şəhər dövlət fitosanitar müfəttişləridir;
3.1.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizəsi mərkəzinin, bitkilərin karantin ekspertizası laboratoriyasının və fumiqasiya mərkəzinin , dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin rəhbərləri dövlət fitosanitar müfəttişləridir; [12]
3.1.7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən digər vəzifəli şəxslərə və fitosanitar mütəxəssislərinə tutduqları vəzifələrə uyğun olaraq dövlət fitosanitar müfəttişi adı verilə bilər.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2006-cı il
№ 441 





İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHıSı

1.    21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613)
2.    15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186)
3.    24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHıSı

________________________________________

 [1] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 1.8-ci bənddə “idxalına və ixracına,” sözlərindən sonra “təkrar ixracına,” sözləri əlavə edilmişdir, “ərazisindən tranzit” sözləri “ərazisində” sözü ilə əvəz edilmişdir və “idxal karantin icazəsinin” sözlərindən sonra “, təkrar ixracat fitosanitar sertifikatının” sözləri əlavə edilmişdir.

 [2] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 1.9-cu bənddə “gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına” sözləri “gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara” sözləri ilə əvəz edilmişdir.

 [3] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.16-cı bənddə «28.1.3-cü» sözləri «28.1.2-ci» sözləri ilə əvəz edilmişdir.

 [4] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.22-ci bənd çıxarılmışdır və 1.23-1.30-cu bəndlər müvafiq olaraq 1.22-1.29-cu bəndlər hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.22. həmin Qanunun 28.1.1-ci maddəsində nəzərdə tutulmuş pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramının layihəsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 [5] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.22-ci bənddə «28.1.9-cu» sözləri «28.1.8-ci» sözləri ilə əvəz edilmişdir.

 [6] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.23-cü bənddə «28.1.11-ci» sözləri «28.1.10-cu» sözləri ilə əvəz edilmişdir.

 [7] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.1-ci bənddə «, 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının təsdiqi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri «nəzərdə tutulmuş səlahiyyəti» sözləri ilə əvəz edilmişdir.

 [8] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.2-ci bənddə «28.1.3-cü, 28.1.9-cu, 28.1.11-ci» sözləri «28.1.2-ci, 28.1.8-ci, 28.1.10-cu» sözləri ilə əvəz edilmişdir.

 [9] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.4-cü bənddə «28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının hazırlanması və həyata keçirilməsinin təmin edilməsi hissəsində), 28.1.2-ci maddəsində» sözləri «28.1.1-ci maddəsində» sözləri ilə əvəz edilmişdir.

 [10] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə  2.6-cı bənddən «, o cümlədən həmin Qanunun 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının həyata keçirilməsinin təmin edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri çıxarılmışdır.

 [11] 24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402) ilə 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.7-ci bənd əlavə edilmişdir.

 [12] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 3.1.6-cı bənddən “, dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin” sözləri çıxarılmışdır.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45