• 19.10.2018 / Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub
  • 17.10.2018 / Rəşad Vahabzadə: "Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir"
  • 09.10.2018 / Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 05.10.2018 / ASTARADA MEYVƏ VƏ SİTRUS BAĞLARINDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ OLUNUB
  • 03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 03.10.2018 Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

22 Oktyabr 2018
Dont risk

Fərmanlar

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

 


1. Müəyyən edilsin ki:

1.1. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü və 30.4.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;
1.3. həmin Qanunun 27.1.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 13.8-ci maddəsinin birinci cümləsində, 24.3-cü və 27.2.8-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həyata keçirir.

2. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları qüvvədən düşmüş hesab edilsin:

2.1. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci 25 iyul tarixli 618 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 397; 2003-cü il, № 10, maddələr 546, 571);
2.2. "Bitki karantini haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 7 iyul tarixli 469 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 104);
2.3. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 545 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 275; 2003-cü il, № 10, maddə 548);
2.4. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 501).

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2007-ci il
№ 526 

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45