• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir
  • 05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

24 İyun 2018
Dont risk

Fərmanlar

«Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli, 373-ıııQD nömrəli Qanununun tətbiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

«Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli, 373-ıııQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:


1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli, 441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 667) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.16-cı bənddə «28.1.3-cü» sözləri «28.1.2-ci» sözləri ilə əvəz edilsin;
2.2. 1.22-ci bənd çıxarılsın;
2.3. 1.23-1.30-cu bəndlər müvafiq olaraq 1.22-1.29-cu bəndlər hesab edilsin;
2.4. 1.22-ci bənddə «28.1.9-cu» sözləri «28.1.8-ci» sözləri ilə əvəz edilsin;
2.5. 1.23-cü bənddə «28.1.11-ci» sözləri «28.1.10-cu» sözləri ilə əvəz edilsin;
2.6. 2.1-ci bənddə «, 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının təsdiqi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri «nəzərdə tutulmuş səlahiyyəti» sözləri ilə əvəz edilsin;
2.7. 2.2-ci bənddə «28.1.3-cü, 28.1.9-cu, 28.1.11-ci» sözləri «28.1.2-ci, 28.1.8-ci, 28.1.10-cu» sözləri ilə əvəz edilsin;
2.8. 2.4-cü bənddə «28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının hazırlanması və həyata keçirilməsinin təmin edilməsi hissəsində), 28.1.2-ci maddəsində» sözləri «28.1.1-ci maddəsində» sözləri ilə əvəz edilsin;
2.9. 2.6-cı bənddən «, o cümlədən həmin Qanunun 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının həyata keçirilməsinin təmin edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri çıxarılsın.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2007-ci il
             № 600



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45