• 19.10.2018 / Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub
  • 17.10.2018 / Rəşad Vahabzadə: "Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir"
  • 09.10.2018 / Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 05.10.2018 / ASTARADA MEYVƏ VƏ SİTRUS BAĞLARINDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ OLUNUB
  • 03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 03.10.2018 Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

22 Oktyabr 2018
Dont risk

Fərmanlar

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" və "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 926-ıııQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:


1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1011; 2008-ci il, № 8, maddə 718; 2009-cu il, № 8, maddə 630) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.22-ci bənd çıxarılsın;
1.2. 2.2-ci bənddən “14.8-ci (ikinci cümlədə),” sözləri çıxarılsın;
1.3. 3.1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“3.1.6. nəqliyyatda dövlət baytarlıq nəzarəti xidməti və onun tabeliyində olan nəqliyyat baytarlıq nəzarəti məntəqələri;”;
1.4. 3.2.6-cı bənddən “dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrinin,” sözləri çıxarılsın.
2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli, 441 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 667; 2007-ci il, № 6, maddə 613) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
2.1. 1.8-ci bənddə “idxalına və ixracına,” sözlərindən sonra “təkrar ixracına,” sözləri əlavə edilsin, “ərazisindən tranzit” sözləri “ərazisində” sözü ilə əvəz edilsin və “idxal karantin icazəsinin” sözlərindən sonra “, təkrar ixracat fitosanitar sertifikatının” sözləri əlavə edilsin;
2.2. 1.9-cu bənddə “gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına” sözləri “gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara” sözləri ilə əvəz edilsin;
2.3. 3.1.6-cı bənddən “, dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin” sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2010-cu il
№ 235



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45