• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Fərmanlar

Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü və 4-cü hissələrdən “Nəzarəti” sözü çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.2.1. 2-ci hissədən “baytarlıq, bitki mühafizəsi və karantini,” sözləri çıxarılsın və həmin hissəyə “həyata keçirən” sözlərindən sonra “, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən” sözləri əlavə edilsin;

1.2.2. 10.1-ci, 10.4-cü və 11.1-ci bəndlərdən “baytarlıq, bitki mühafizəsi və karantini,” sözləri çıxarılsın;

1.2.3. aşağıdakı məzmunda 10.4-1-ci bənd əlavə edilsin:

“10.4-1. fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərmək;”;

1.2.4. 11.12-ci bənddən “baytarlıq baxımından təhlükəsiz və keyfiyyətli məhsulun və xammalın istehsalı üçün zəruri tədbir görür” sözləri çıxarılsın;

1.2.5. 11.13-cü bəndə “hormonların” sözündən sonra “baytarlıq sahəsində tətbiqini təmin edir” sözləri əlavə edilsin və həmin bənddən “istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarəti həyata keçirir” sözləri çıxarılsın;

1.2.6. 11.20-ci, 11.21-ci, 11.34-cü, 11.37-ci və 11.49-cu bəndlər ləğv edilsin;

1.2.7. 11.16-cı bənddən “, yeni yem növlərinin və yem əlavələrinin sınaqdan keçirilməsini təşkil edir” sözləri çıxarılsın;

1.2.8. 11.19-cu bənddən “, bitki mühafizəsi və bitki karantini sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təşkil edir” sözləri çıxarılsın və həmin bənddə “fitosanitar xidmətinin” sözləri “bitki sağlamlığı sahələrində fitosanitar xidmətlərinin” sözləri ilə əvəz edilsin;

1.2.9. 11.27-ci bənddə “fitosanitar və” sözləri “bitki sağlamlığı üzrə fitosanitar xidmətləri və” sözləri ilə əvəz edilsin;

1.2.10. 11.31-ci bənddən “kənd təsərrüfatı və emalı məhsullarının keyfiyyətinə nəzarət edir,” sözləri çıxarılsın;

1.2.11. 11.32-ci bənddən “, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq-sanitariya keyfiyyətinə nəzarəti” sözləri çıxarılsın;

1.2.12. 11.36-cı bənd aşağıdakı redaksiyada verilsin:

“11.36. fəaliyyət istiqamətləri üzrə laboratoriyalar yaradır;”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə” üzrə:

1.3.1. adından və 1-ci hissədən “Nəzarəti” sözü çıxarılsın;

1.3.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət Xidməti Azərbaycan Respublikasında heyvan sağlamlığının təmin edilməsi və epizootiya əleyhinə tədbirlərin görülməsi sahəsində baytarlıq xidmətlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.”;

1.3.3. 8.1-ci bənddə “profilaktiki, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq” sözləri “müayinə, müalicə, profilaktika və epizootiya əleyhinə” sözləri ilə əvəz edilsin;

1.3.4. 8.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.3. heyvanlarda yoluxucu xəstəliklər müəyyən edildikdə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda baytarlıq nəzarəti funksiyalarını həyata keçirən orqana məlumat vermək;”;

1.3.5. 8.4-cü, 8.5-ci, 8.6-cı, 9.2-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci, 9.10-cu, 9.16-cı və 9.20-ci bəndlər ləğv edilsin;

1.3.6. 9.8-ci bənddə “baytarlıq təbabətinə” sözləri “baytarlıq xidmətinə və epizootiya əleyhinə tədbirlərə” sözləri ilə əvəz edilsin;

1.3.7. 9.18-ci bənddə “baytarlıq tədbirlərinin aparılmasına nəzarət edir” sözləri “baytarlıq xidmətləri göstərir” sözləri ilə əvəz edilsin;

1.3.8. 9.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.19. heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqini həyata keçirir;”;

1.3.9. 9.23-cü bənddə “saxlanmasına (daşınmasına) və istifadəsinə nəzarəti təşkil edir” sözləri “tətbiqi ilə bağlı xidmətlər göstərir” sözləri ilə əvəz edilsin;

1.3.10. 9.24-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.24. beynəlxalq elmi-praktiki tədbirlərdə və təcrübə mübadiləsi proqramlarında iştirak edir;”;

1.3.11. 9.25-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.25. heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası sahəsində uçot və hesabatların aparılmasını təmin edir;”;

1.3.12. 10.1-ci, 10.2-ci, 10.3-cü, 10.6-cı və 10.7-ci bəndlər ləğv edilsin;

1.3.13. 10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“10.4. heyvan saxlayan hüquqi və fiziki şəxslərə heyvan sağlamlığı və epizootiya əleyhinə müayinə, müalicə və profilaktika tədbirlərinin həyata keçirilməsi üçün icrası məcburi olan göstərişlər vermək;”;

1.3.14. 10.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.5. xüsusi təhlükəli heyvan xəstəlikləri aşkar edildikdə, karantin qoyulan ərazidə qoruyucu-karantin tədbirlərini həyata keçirmək, bu xəstəliklərin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək;”;

1.3.15. aşağıdakı məzmunda 10.8-1 – 10.8-6-cı bəndlər əlavə edilsin:

“10.8-1. fəaliyyəti sahəsində müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

10.8-2. fəaliyyətinə dair analitik materiallar hazırlamaq, aidiyyəti üzrə təkliflər təqdim etmək;

10.8-3. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.8-4. fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermək;

10.8-5. baytarlıq xidmətləri sahəsində əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək;

10.8-6. fəaliyyəti ilə bağlı əhali arasında maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək;”;

1.3.16. 11-ci hissədən ikinci cümlə çıxarılsın;

1.3.17. 15-ci hissəyə “Baytarlıq” sözündən sonra “xidmətləri” sözü əlavə edilsin;

1.3.18. 16-cı hissə ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə” üzrə:

1.4.1. adından və 1-ci hissədən “Nəzarəti” sözü çıxarılsın;

1.4.2. 2-ci hissədə “nəzarəti” sözü “bitki sağlamlığı sahəsində fitosanitar xidmətləri” sözləri ilə əvəz edilsin;

1.4.3. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. fiziki və hüquqi şəxslər, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparmaq, profilaktika və fitosanitar xidmətlərini həyata keçirmək;”;

1.4.4. 8.2-ci, 8.3-cü, 8.4-cü və 8.5-ci bəndlər ləğv edilsin;

1.4.5. 8.6-cı bəndə “şəxslərə” sözündən sonra “onların müraciəti əsasında” sözləri əlavə edilsin;

1.4.6. 8.7-ci bənddə “, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin” sözləri “və hesabat formalarının” sözləri ilə əvəz edilsin;

1.4.7. 9.2-ci, 9.4-cü, 9.6-cı, 9.9-cu və 9.12-ci bəndlər ləğv edilsin;

1.4.8. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün karantin məhdudiyyət tədbirlərinin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumatların verilməsini təmin edir;”;

1.4.9. 9.3-cü bənddə cümlənin əvvəlinə “fiziki və hüquqi şəxslər, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında” sözləri əlavə edilsin;

1.4.10. 9.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.5. karantin nəzarətində olan yüklərin idxalı, ixracı, tranziti və digər gömrük rejimləri altında yerləşdirilməsi zamanı aşkar olunmuş karantin orqanizmlərinin zərərsizləşdirilməsi (fumiqasiya) tədbirlərini müvafiq dövlət orqanlarının müraciəti əsasında həyata keçirir;”;

1.4.11. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.10. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət göstərir;”;

1.4.12. 9.17-ci bənddə “bitki mühafizəsi və karantini tədbirlərinin” sözləri “fitosanitar xidmətlərinə dair tədbirlərin” sözləri ilə əvəz edilsin;

1.4.13. 9.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“Dövlət Xidmətinin fəaliyyəti dövründə yaranmış arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanmasını, uçotunu və istifadəsini təşkil edir;”;

1.4.14. 10.1-ci, 10.1-1-ci, 10.1-2-ci, 10.2-ci, 10.3-cü, 10.3-1-ci, 10.3-2-ci, 10.4-cü, 10.7-ci və 10.8-ci bəndlər ləğv edilsin;

1.4.15. aşağıdakı məzmunda 10.5-1 – 10.5-6-cı bəndlər əlavə edilsin:

“10.5-1. fəaliyyəti sahəsində müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

10.5-2. fəaliyyətinə dair analitik materiallar hazırlamaq, bu sahənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;

10.5-3. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.5-4. fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermək;

10.5-5. fitosanitar xidmətləri sahəsində əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək;

10.5-6. əhali arasında maarifləndirmə işini təşkil etmək və həyata keçirmək;”;

1.4.16. 10.8-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.8-1. fitosanitar xidmətlərinin vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat vermək;”;

1.4.17. 15-ci hissədə “nəzarəti” sözü “xidmətləri” sözü ilə əvəz edilsin;

1.4.18. 16-cı hissə ləğv edilsin.

2. Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2018-ci il.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45