• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir
  • 05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

24 İyun 2018
Dont risk

Nazirlər Kabinetinin qərarları

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.3-cü, 1.5-ci, 1.8-ci, 1.9-cu, 1.13-cü və 1.14-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1."Fitosanitar sertifikatının nümunəvi forması", "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı", "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları", "Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları", "Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı", "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).[2]

2. "Azərbaycan Respublikasının ərazisində aşkar olunmayan və ya məhdud dairədə yayılan ziyanvericilərin, bitki xəstəlikləri və törədicilərinin və alaq otlarının (karantin obyektlərinin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 13 aprel tarixli 44 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASıZADƏ

 Bakı şəhəri, 29 dekabr 2006-cı il

                  № 280

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

FİTOSANıTAR SERTİFİKATıNıN NÜMUNƏVİ FORMASı

 

 ___________________

 

Bitki karantini və mühafizəsi təşkilatı ____________________________________________________

Bitki karantini və mühafizəsi təşkilatına(larına) ____________________________________________

 

ı.                    Yükün təsviri

 

İxracatçının adı və ünvanı ______________________________________________________________

Yükü qəbul edənin adı və ünvanı ________________________________________________________

Qablaşdırılan materialların təsviri və sayı _________________________________________________

Nişanlama (markalama) ________________________________________________________________

Mənşəyi ______________________________________________________________________________

Daşınma üsulu ________________________________________________________________________

Daxilolma məntəqəsi ___________________________________________________________________

Məhsulun adı və miqdarı _______________________________________________________________

Bitkilərin botaniki adı __________________________________________________________________

 

Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan digər materiallar müvafiq qaydalara uyğun müayinə və ya təhlil edilmiş və idxalçı ölkə tərəfindən sadalanmış karantin tətbiq edilən zərərli orqanizmlərdən azad hesab olunmuşlar, həmçinin bunlar nizamlanan karantin tətbiq edilməyən zərərli orqanizmlərə də şamil edilməklə, idxalçı ölkənin mövcud fitosanitar tələblərinə də cavab verirlər.

Bu məhsullar praktik olaraq digər zərərli orqanizmlərdən azad hesab olunurlar.*

 

ıı.                 Əlavə deklarasiya

______________________________________________________________________________________

ııı. Zərərsizləşdirmə

Tarix __________ işləmə üsulu ___________________ kimyəvi maddə (fəal tərkib) ______________

Ekspozisiya və temperatur ______________________________________________________________

Qatılıq

(konsentrasiya) ________________________________________________________________________

Əlavə məlumat ________________________________________________________________________

                                                                                                Verilmə yeri _______________________________

 

M.Y.

(Bitki karantini və mühafizəsi                                     Dövlət fitosanitar

təşkilatının möhürü)                                                   müfəttişinin soyadı ________________________

Tarix________       _________________________________

                                                     (imza)

                                                                 

 

ıt is confirmed with Decree of the Cabinet

of Ministers of Azerbaijan Republic,

date 29 december 2006 № 280

 

MODEL PHYTOSANıTARY CERTıFıCATE

 

No. _______________

 

Plant Protection Organization of ___________________________________________________________________

TO: Plant Protection Organization(s) of _____________________________________________________________

 

ı.                     Description of Consignment

 

Name and address of exporter: ____________________________________________________________________

Declared name and address of consignee: ____________________________________________________________

Number and description of packages: _______________________________________________________________

Distinguishing marks: ___________________________________________________________________________

Place of origin: ________________________________________________________________________________

Declared means of conveyance: ___________________________________________________________________

Declared point of entry: __________________________________________________________________________

Name of produce and quantity declared: _____________________________________________________________

Botanical name of plants:_________________________________________________________________________

 

This is to certify that the plants, plant products or other regulated articles described herein have been inspected and/or tested according to appropriate official procedures and are considered to be free from the quarantine pests specified by the importing contracting party and to conform with the current phytosanitary requirements of the importing contracting party, including those for regulated non-quarantine pests.

 

They are deemed to be practically free from other pests*.

 

ıı.                   Additional Declaration

_____________________________________________________________________________________________

 

ııı.                 Disinfestation and/or Disinfection Treatment

 

Date__________________ treatment_______________ chemical (active ingredient) _________________________

Duration and temperature ________________________________________________________________________

Concentration _________________________________________________________________________________

Additional information __________________________________________________________________________

 

Place of issue _______________________________

(Stamp of Organization)                                                                      Name of authorized officer _____________________

Date ___________   __________________________

(signature)

 

 

 

 

 

 

 

 

 

 

 

 

УТВЕРЖДЕНО

постановлением Кабинета Министров

Азербайджанской Республики

от «29» декабря 2006 года № 280

 

Модель Фитосанитарного сертификата

 

№ _______________

 

Организация по карантину и защите растений ______________________________________________

Кому: Организации (ям) по карантину и защите растений_____________________________________

 

 

ıı. Описание груза

Экспортер и его адрес __________________________________________________________________________

Заявленный получатель и его адрес ______________________________________________________________

Количество мест и описание упаковки ____________________________________________________________

Отличительные знаки (маркировка) ______________________________________________________________

Место происхождения _________________________________________________________________________

Заявленный способ транспортировки _____________________________________________________________

Заявленный пункт ввоза ________________________________________________________________________

Наименование продукции и заявленное количество _________________________________________________

Ботаническое название _________________________________________________________________________

 

Настоящим удостоверяется, что растения, растительные продукты или другие подкарантинные материалы, описанные выше, были обследованы и/или проанализированы, согласно соответствующим официальным процедурам, и признаны свободными от карантинных  Ð²Ñ€ÐµÐ´Ð½Ñ‹Ñ… организмов, перечисленных импортирующей договаривающейся стороной и отвечают действующим фитосанитарным требованиям импортирующей договаривающейся стороны, включая таковые и для регулируемых некарантинных вредных организмов.

Они считаются практически свободными от других вредных организмов*.

 

ııı.                 Ð”ополнительная декларация

______________________________________________________________________________________

 

ıV.                ÐžÐ±ÐµÐ·Ð·Ð°Ñ€Ð°Ð¶Ð¸Ð²Ð°Ð½Ð¸Ðµ

Дата __________способ обработки __________химикат (действующее вещество) ________________

Экспозиция и температура _______________________________________________________________

Концентрация _________________________________________________________________________

Дополнительная информация ____________________________________________________________

 

                                                                ÐœÐµÑÑ‚о выдачи ____________________________________________

(печать организации)                        Ð¤Ð°Ð¼Ð¸Ð»Ð¸Ñ уполномоченного инспектора _______________________

                                                                Ð”ата __________________            ____________________________

                                                                                                                                                (подпись)

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin

S İY AHı S ı

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ AŞKAR EDİLMƏYƏN, KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏR (A 1 QRUPU)

 

Həşəratlar (A)

 

1. Ağhaşiyəli böcək                                        Graphognathus (Pantomorus) leucoloma   

                                                                        Boheman

2. Alma qızılböcəyi                                        Agrilus mali Matsumura

3. Alma milçəyi                                              Rhagoletis pomonella (Walsh)

4. Amerika yonca minalayıcısı                      Liriomyza trifolii (Burgess)

5. Aralıq dənizi meyvə milçəyi                      Ceratitis capitata (Wiedemann)

6. Armud odlucası                                         Numonia pyrivorella (Matsumura)

7. Asiya pambıq sovkası                                Spodoptera litura (Fabricius)

8. Böyük naringi milçəyi                                Tetradacus citri (Chen)

9. Braziliya dənyeyəni                                    Zabrotes subfasciatus (Boheman)

10. Buğda nematodu                                     Anguina tritici (Steinbuch) Chitwood

11. Çəltik nematodu                                     Aphelenchoides besseyi Christie

12. Çin toxumyeyəni                                                 Callosobruchus chinensis Linnaeus

13. Dəyişik ipək sarıyan                                 Lymantria dispar Linnaeus (asian race) (Asiya rası)

14. Enlixortumlu düyü uzunburunu                        Caulophilus latinasus (Say)

15. Əməköməci güvəsi                                  Pectinophora malvella Hb.

16. Əncir mumlu yalançı                               Ceroplastes rusci Linnaeus qalxanlı yastıcası

17. Gövdə nematodu                                     Ditylenchus dipsaci (Kühen) Filipjev

18. Kapr böcəyi                                              Trogoderma granarium Everts

19. Kartof gövdə nematodu                           Ditylenchus destructor Thorne

20. Kolumbiya kök fır nematodu                 Meloidogyne chitwoodi Golden et al.

21. Qabaq milçəyi                                          Dacus ciliatus Loew

22. Qara sitrus ağqanadlısı                             Aleurocanthus woglumi Ashby

23. Qara yalançı qalxanlı yastıcası                 Parasaissetia nigra (Nietner)

24. Qərb qarğıdalı böcəyi                              Diabrotica virgifera Leconte

25. Qərənfil yarpaqbükəni                            Cacoecimorpha pronubana (Hübner)

26. Qızılı kartof nematodu                            Globodera rostochiensis (Wollenweber)

                                                                        Behrens

27. Meyvə uzunburunu                                 Conotrachelus nenuphar (Herbst)

28. Misir pambıq sovkası                              Spodoptera littoralis Boisduval

29. Palma tripsi                                              Thrips palmi Karny

30. Pambıq ağqanadlısı                                  Bemisia tabaci (Gennadius)

31. Pambıq güvəsi                                          Pectinophora gossypiella (Saunders)

32. Portağal qalxanlı yastıcası                        Unaspis citri (Comstock)

33. Şaftalı meyvəyeyəni                                 Carposina niponensis Walsigham

34. Şam gövdə nematodu                              Bursaphelenchus xylophilus (Steiner et

                                                                        Buhrer) Nickle

35. Şərq pambıq uzunburunu                      Anthonomus grandis Boheman

36. Şərq sitrus qalxanlı yastıcası                    Unaspis yanonensis (Kuwana)

37. Şərq unlu yastıcası                                   Pseudococcus citriculus Green

38. Şərq yemiş milçəyi                                   Bactrocera cucurbitae (Coguillett)

39. Sitrus unlu yastıcası                                 Pseudococcus gahani Green

40. Solğun kartof nematodu                                     Globodera pallida (Stone) Behrens

41. Tikanlı yastıca                                           Earias insulana Boisduval

42. Tüklü ağqanadlı                                       Aleurothrixus floccocus Maskell

43. Yaponiya böcəyi                                       Popillia japonica Newmann

44. Zeytun yalançı qalxanlı yastıcası                         Saissetia oleae (Olivier)

45. Zolaqlı meyvə güvəsi                               Anarsia lineatella Zeller

 

 

Bakteriyalar (V)

 

1. Çəltikdə bakterial yanıqlıq                                    Xanthomonas oryzae pv. oryzae (ıshiyama)

                                                                        Swings et al.

2. Çəltikdə bakterial zolaqlılıq                       Xanthomonas oryzae pv. oryzicola (Fang et

                                                                        al.) Swings et al.

3. Fındıqda bakterioz                                                 Xanthomonas campestris pv. corylina

                                                                        (Miller et al.)Dye

4. Kartof yumrularında halqavari                 Clavibacter michiganensis subsp

bakterial çürümə                                            sepedonicus (Spieckermann et Kotthoff)

                                                                        Davis et al.

5. Kartofun qonur çürüməsi                                     Ralstonia solanacearum race 1(Smith)

                                                                        Yabuuchi et al.

6. Qarğıdalının bakterial                                Erwinia stewartii (Smith) Dye soluxması

(vilt)

7. Qərənfildə bakterial soluxma                    Pseudomonas caryophylli (Burkholder) Star

                                                                        et Burkholder

8. Lobyada bakterial yanıqlıq                        Xanthomonas campestris pv. Phaseoli

                                                                        (Smith) Dye

9. Meyvə ağaclarının yanığı                           Erwinia amylovora (Burrill) Winslow et al.

10. Pomidorda bakterial dəmgil                    Xanthomonas campestris pv. vesicatoria

                                                                        Dye

11. Sitrus bitkilərinin xərçəngi                      Xanthomonas campestris pv. citri (Hasse)

                                                                        Dye

 

 

 

Göbələklər (F)

 

1. Buğdanın hindistan sürməsi                      Tilletia indica Mitra

2. Buğdanın cırtdan sürməsi                                     Tilletia controversa Kuhn

3. Günəbaxanda fomopsis                             Phomopsis helianthi Muntanola - Cvetkoviç

                                                                        et al.

4. Kartofda qanqrena (Fomoz)                      Phoma exigua var. foveata (Foister)

                                                                        Boerema

5. Kartof xərçəngi                                           Synchytrium endobioticum (Schilbersky)

                                                                        Percival

6. Kartof (yumrularının) sürməsi                  Thecaphora solani (Thirumulachar et

                                                                        O"Brien) Mordue

7. Qarğıdalıda cənub                                     Cochliobolus heterostrophus (Drechsler) helmintosporiozu (T rası)                             Drechsler (Race T)(Helminthosporium

                                                                        maydis Nisikado et Miyake)

8. Qarğıdalıda diplodioz                                Stenocarpella macrosporaEarle Sutton

                                                                        (Stenocarpella maydis Berkeley Sutton)

9. Qarğıdalı yarpağının ləkəliliyi                   Cochliobolus carbonum R.R. Nelson

10.Qərənfildə fialoforoz soluxma                  Phialophora cinerescens (Wollenweber) van

                                                                        Beyma

11. Qladiolusda pas                                        Uromyces transversalis ( Von Thümen)

                                                                        Winter

12. Malsekko - yoluxucu quruma                 Deuterophoma tracheiphila Petri

13. Pambığın antraknozu                              Glomerella qossypii Edgerton

14.Payızgülünün (xrizantem)                        Didymella chrysanthemi (Tassi)

askoxitozu                                                      Garibalaskoxitozu di et. Gullino

15. Payızgülünün ağ pası                               Puccinia horiana P. Hennings

16. Sitrus bitkilərinin ziyilliyi                        Elsinoe fawcettii Bitancourt et A.E.Jenkins

17. Şabalıdda gövdə yanığı                            Cryphonectria parasitica (Murrill) Barr

18. Texas kök çürüməsi                                 Phymatotrichopsis omnivora(Duggar)

                                                                        Hennebert

 

Virus, mikoplazma və viroidlər (V)

 

1. Sitrus virusu                                               Tristeza virus

 

Alaq otları və parazit bitkilər (W)

 

1. Azçiçəkli senxrus (lövbərli)                       Cenchrus pauciflorus Bentham

2. Çoxillik ambroziya                                                 Ambrosia psilostachya De Candolle

3. Karolina quşüzümü                                   Solanum carolinense Linnaeus

4. Striqa (bütün növləri)                                Striga sp.

5. Tumurcuqlu kəndalaş                               ıva axillaris Pursh

6. Üçdilimli ambroziya                                  Ambrosia trifida Linnaeus

7. Üççiçəkli quşüzümü                                  Solanum triflorum Nuttall

8. Zolaqyarpaqlı quşüzümü                         Solanum elaeagnifolium Cavara

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ MƏHDUD DAİRƏDƏ YAYıLMıŞ KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏR

(A 2 QRUPU)

 

Həşəratlar (A)

 

1. Amerika ağ kəpənəyi                                 Hyphantria cunea Drury

2. Avstraliya şırımlı yastıcası                         ıcerya purchasi Maskell

3. Dördləkəli dənyeyən                                  Callosobruchus maculatus Fabricius

4. Filloksera Viteus vitifoliae (Fitch)

5. Kaliforniya qalxanlı yastıcası                     Quadraspidiotus perniciosus (Comstosk)

6. Kolorado kartof böcəyi                              Leptinotarsa decemlineata Say

7. Komstok yastıcası                                     Pseudococcus comstocki Kuwana

8. Minalayıcı sitrus güvəsi                             Phyllocnistis citrella Stainton

9. Sitrus ağqanadlısı                                       Dialeurodes citri (Ashmead)

10. Şərq meyvəyeyəni                                    Grapholita molesta (Busck)

11. Tut qalxanlı yastıcası                                Pseudoulacaspis pentagona (Targioni-

                                                                        Tozzetti)

12. Yaponiya çöpvari                                     Lopholeucaspis japonica (Cockerell) qalxanlı yastıcası

13. Yaponiya yalançı qalxanlı                        Ceroplastes japonicus Green

mumlu yastıcası

 

Alaq otları və parazit bitkilər (W)

 

1. Sarı sarmaşıq (bütün növləri)                    Cuscuta sp.

2. Sürünən kəkrə (çəhrayı)                            Acroptilon repens (Linnaeus) De Candolle

3. Tikanlı quşüzümü                                      Solanum cornutum Dunal

4. Yovşan yarpaqlı ambroziya                       Ambrosia artemisiifolia Linnaeus

 

AZƏRBAYCAN RESPUBLİKASI ÜÇÜN POTENSİAL TƏHLÜKƏ TÖRƏDƏ BİLƏN ZƏRƏRVERİCİLƏR

(B 1 QRUPU)

Həşəratlar (A)

 

1. Kartof güvəsi                                              Phthorimaea operculella (Zeller)

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinintəkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi

 

QA YD AL AR ı[3]

 

ı. ÜMUMİ MÜDDƏALAR

 

 1.1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsini tənzimləyir.

1.2. Bu Qaydalara uyğun olaraq bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatıvə fitosanitar sertifikatlarının verilməsi hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

 

ıı. BİTKİ VƏ BİTKİÇİLİK MƏHSULLARıNıN İDXALıNA İDXAL KARANTİN İCAZƏSİNİN VERİLMƏSİ

 

2.1. Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilmir.

2.2. Hüquqi və fiziki şəxslər (bundan sonra-ərizəçi) yükü idxal etməzdən əvvəl müəyyən olunmuş siyahıya uyğun olaraq karantin nəzarətində olan zərərli orqanizmləri yaya bilən bitki və bitkiçilik məhsullarına idxal karantin icazəsinin alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra-Dövlət Xidməti) rəsmi müraciət etməlidirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

idxal olunan bitki və bitkiçilik məhsulları barədə məlumat;

məhsulun adı və miqdarı (hər növ üzrə);

ixracatçı ölkənin adı (məhsulun mənşəyi barədə məlumat);

məhsulun respublikaya daxil olma tarixi, sərhəd buraxılış məntəqəsinin adı (dəniz və ya hava limanı, dəmiryol stansiyası, avtostansiya və s.);

məhsulun yekun təyinatı və istifadə yeri;

əkin və səpin üçün gətirilməsi nəzərdə tutulan toxumun sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı.

Təqdim olunan ərizə və yuxarıda sadalanan sənədlər Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 15 gün müddətindən gec olmamaq şərtilə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, ərizəçiyə Dövlət Xidməti tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun idxal karantin icazəsi verilir.

Dövlət reyestrində qeydiyyata alınmamış səpin və əkin materiallarına idxal karantin icazəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının rəyi nəzərə alınmaqla verilir.

2.3. Bu Qaydaların 2.2-ci bəndində göstərilən əsaslarla idxal karantin icazəsinin verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və idxal karantin icazəsi verilir.

ıdxal karantin icazəsi 3 nüsxədən ibarət tərtib olunur, iki nüsxəsi ərizəçiyə təqdim edilir, bir nüsxəsi isə Dövlət Xidmətində saxlanılır. Dövlət Xidməti 2 gün müddətində idxal karantin icazəsinin verilməsi barədə müvafiq dövlət sərhədinin buraxılış məntəqələrinə məlumat verməlidir.[4]

2.4. İdxal karantin icazəsi verildiyi gündən 3 ay müddətində qüvvədədir.

2.5. İdxal karantin icazəsinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı qadağa və məhdudiyyətlər qoyulduqda.

2.6. Bitki və bitkiçilik məhsulları ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunmalı və respublikaya hermetik bağlı plomblanmış vaqonlarda, barjlarda, gəmilərdə, avtomaşınlarda, konteynerlərdə və digər nəqliyyat vasitələrində nəzərdə tutulan sərhəd buraxılış məntəqəsindən daxil olmalıdır.

2.7. İdxal karantin icazəsi olmadan, ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunan və gömrük tələblərinə riayət edilməklə müvafiq qaydada fitosanitar karantin nəzarətindən keçirilən aşağıdakı bitki və bitkiçilik məhsullarının gətirilməsinə icazə verilir:

seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək üçün səpin və əkin nümunələri;

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ticarət təşkilatlarının ünvanına poçt göndərişləri ilə daxil olan 100 kiloqrama qədər bitki mənşəli məhsul və xammal nümunələri.

2.8. Azərbaycan Respublikasına başqa dövlətlərdən idxal karantin icazəsi və fitosanitar sertifikatı olmadan, gömrük orqanları tərəfindən əlaqələndirilən və müvafiq qaydada fitosanitar karantin nəzarətindən keçirilən aşağıdakı bitkiçilik məhsullarının gətirilməsinə icazə verilir:

nişasta, üyüdülmüş kofe, rafinasiya olunmuş şəkər, maya otu, xına və basma;

sərnişinlərin, gəmi və təyyarə heyəti üzvlərinin əl yüklərində, poçt bağlamalarında istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 50 kiloqramadək karantin nəzarətində olan materiallar.

 

ııı. BİTKİ VƏ BİTKİÇİLİK MƏHSULLARıNıN İXRACıNA FİTOSANİTAR SERTİFİKATLARıNıN VERİLMƏSİ

 

3.1. Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının beynəlxalq standartların tələblərinə uyğun olmasını təmin etmək məqsədilə bu məhsulların fitosanitar sertifikatlaşdırılması aparılır.

3.2. Fitosanitar sertifikatları və ya onların elektron əvəzediciləri beynəlxalQ

standartların tələbləri nəzərə alınmaqla tərtib edilir və Dövlət Xidməti tərəfindən verilir.

3.3. Fitosanitar sertifikatlarında təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

3.4. İxrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları aşağıdakı hallarda verilir:

3.4.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;

3.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiQ

sənədlər təqdim olunduqda;

3.4.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

3.4.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.

3.5. Ərizəçi yük partiyasını ixrac üçün yola salmazdan ən azı 5 gün əvvəl Dövlət Xidmətinin yerli qurumlarına qanunvericiliklə müəyyən olunmuş sənədlərlə müraciət etməlidir.

Təqdim olunan ərizə xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 3 gün müddətində baxılır.

3.6. İxrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.[5]

3.7. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ixrac olunan bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir, mal partiyasının formalaşdırılması məqsədilə və bu məhsulun sərhəd fitosanitar nəzarəti məntəqəsinə çatdırılması üçün məhdudiyyətlərin qoyulmasına əsas olmadıqda, bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən dərhal məhsulun respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir.

Sərhəddə bitki və bitkiçilik məhsulları boşaldılaraq qablaşdırıldığı, ixrac partiyalarına formalaşdırıldığı və nəqliyyat vasitəsinə yükləndiyi zaman ərizəçi müvafiq daxili karantin sertifikatlarını fitosanitar nəzarəti məntəqəsinə təqdim etməlidir. Dövlət fitosanitar müfəttişləri yükə vizual fitosanitar karantin baxışı keçirirlər. Məhdudiyyətlərə və qadağa qoyulmasına əsas olmadıqda, ərizəçi tərəfindən təqdim olunmuş daxili karantin sertifikatları əsasında yükə (hər nəqliyyat vahidinə) fitosanitar sertifikatı verilir.

Fitosanitar sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar nəzarəti məntəqəsində saxlanılır. [6]

3.8. İxrac olunan yüklər dövlət sərhədinin buraxılış məntəqələrində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilir. Bitki və bitkiçilik məhsulları mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 2 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, bir nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar sertifikatı gömrük orqanlarına göstərməlidir və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada üzərində, gömrük tələblərinə riayət etməklə, vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.[7]

Baxış zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda yük saxlanılır, səbəbi göstərilməklə dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur və yük geri qaytarılır. Bu barədə dərhal Dövlət Xidmətinə məlumat verilir.

3.9. Bu Qaydaların 3.4-3.8-ci bəndlərinə uyğun aparılan tədbirlər nəticəsində fitosanitar sertifikatının verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən yazılı məlumat verilir.

3.10. Fitosanitar sertifikatının verilməsindən aşağıdakı hallarda imtina edilir:

qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

fitosanitar karantin baxışı zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə.

3.11. Çatışmazlıqlar aradan qaldırıldıqdan və aşkar olunmuş karantin tətbiq edilən zərərli orqanizmlər müəyyən olunmuş qaydada zərərsizləşdirildikdən sonra ərizəçinin müvafiq yükünə fitosanitar sertifikatı verilir.

Zərərsizləşdirmə əməliyyatları fitosanitar sertifikatında öz əksini tapmalıdır.

 

ıV. BİTKİ VƏ BİTKİÇİLİK MƏHSULLARıNıN TƏKRAR İXRACıNA (TRANZİTİNƏ), ÖLKƏ ƏRAZİSİNDƏ DAŞıNMASıNA VƏ DÖVRİYYƏSİNƏ TƏKRAR İXRACAT FİTOSANİTAR SERTİFİKATı VƏ FİTOSANİTAR SERTİFİKATLARıNıN VERİLMƏSİ [8]

 

4.1. Karantin nəzarətində olan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə daşınarkən, həmin yüklər ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunmalıdır.

4.2. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır.[9]

Fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sahibinin razılığı ilə qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilməlidir. Yük sahibinin razılığı olmadığı halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur və həmin yüklər geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi məlumat verilir.

4.3. Gətirilə bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə olduqda, hissələrə bölündükdə, digər yüklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə müəyyən olunmuş qaydada fitosanitar karantin baxışı aparılır, təkrar ixrac (tranzit) olunduqda müvafiq fitosanitar tədbirləri həyata keçirilir və bu Qaydaların 3 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun, fitosanitar sertifikatı və ya təkrar ixracat fitosanitar sertifikatı verilir.[10]

Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.

 

 

 

"Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına,

Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına

və dövriyyəsinə idxal karantin icazəsinin və

fitosanitar sertifikatlarının verilməsi Qaydaları"na

1 NÖMRƏLİ ƏLAVƏ

İDXAL KARANTİN İCAZƏSİ (nümunəvi forma)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

İcazə verilir ___________________________________________________________________

(hüquqi və ya fiziki şəxsin adı)

idxal olunsun__________________________________________________________________

 (ölkənin adı)

 aşağıda göstərilən karantin nəzarətində olan materiallar ____________________________

(materialın adı və miqdarı)

____________________________________________________________________________________________________________

____________________________________________________________________________________________________________

____________________________________________________________________________________________________________

 qoyulmuş karantin tələblərini nəzərə almaqla.

 

1. Gətirilən bitki mənşəli materiallar:

 

a) qeyd olunan karantin orqanizmlərindən azad olmalıdır, bu şərtlə ki, onlar digər iqtisadi cəhətdən təhlükəli orqanizmlərdən azad olsunlar

___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

b) əlavə qoyulmuş karantin tələblərinə cavab verməlidir ____________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

c) hər gətirilən yük partiyası ixrac edən ölkənin bitki karantini və mühafizəsi təşkilatı tərəfindən verilmiş və yola salınan bitki mənşəli materialın a) və b) yarımbəndlərində qoyulan tələbləri təsdiqləyən fitosanitar sertifikatla müşayiət olunmalıdır.

2) Yuxarıda adları qeyd olunan bitki mənşəli materiallar __________________________ 200 ____ il

tarixədək gətirilməlidir. Göstərilən sərhəd keçid məntəqələrindən keçərək

_____________________________________________________________________________________________

3) Daxil olduqları məntəqələrdə gətirilən materiallar fitosanitar karantin baxışından və zərurət yarandıqda, laboratoriya ekspertizasından keçirilməlidir (yük daxil olan məntəqədən təyinat yerinə qədər)

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

4) Bu idxal karantin icazəsi ilə gətirilən bitki mənşəli materiallar göstərilən marşrut üzrə daşınmalı və daxil olduğu məntəqədə aşağıda qeyd olunan fitosanitar tədbirlərindən keçirilməlidir

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

5) İcazənin verilməsi üçün əsas

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

Verilmə tarixi_________________________ 200____ il

 

M.Y.                                                                       Azərbaycan Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin yanında

Dövlət Fitosanitar Nəzarəti

Xidmətinin rəhbəri ____________________________

(imza)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına,

Azərbaycan Respublikasının ərazisindən tranzit

daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin

və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"na

2 NÖMRƏLİ ƏLAVƏ

 

DAXİLİ KARANTİN SERTİFİKATı (nümunəvi forma)

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

 

ı.                   Yükün təsviri

 

İxracatçının adı və ünvanı _____________________________________________________________

_____________________________________________________________________________________

Yükü qəbul edənin adı və ünvanı _______________________________________________________

Göndərmə məntəqəsi _________________________________________________________________

təyinatı (ərzaq, toxumluq, emal və s.) _____________________________________________

qablaşdırılmış məhsulun (yükün, materialın) boşaldılması __________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Mənşəyi _____________________________________________________________________________

Ümumi çəkisi (ton, kq), həcmi (kub.m) __________________________________________________

Yerin miqdarı (ədəd) __________________________________________________________________

Nişanlama (markalama) _______________________________________________________________

Nəqliyyat və onun qeydiyyat nömrəsi ___________________________________________________

_____________________________________________________________________________________

Məhsulun (yükün, materialın) fitosanitar vəziyyəti, tədarük yerləri və görülmüş tədbirlər barədə məlumat ______________________________________________________________________

_____________________________________________________________________________________

M.Y.                                                                            Rayon (şəhər)

dövlət fitosanitar müfəttişi ______________

                                                (soyadı, imzası)

 

Verilmə tarixi "______ "____________________________ 200 ____ -ci il

"______ " _____________________________ 200 ilədək etibarlıdır

Qeyd. Daxili karantin sertifikatı yalnız Azərbaycan Respublikasının ərazisində qüvvədədir və daxili yük daşımalarına tətbiq edilir.[11]

 

 

 

 

 

 

 

 

"Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına,

Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına

və dövriyyəsinə idxal karantin icazəsinin

və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"na

3 NÖMRƏLİ ƏLAVƏ

 

TƏKRAR İXRACAT FİTOSANİTAR SERTİFİKATı (nümunəvi forma)

№ ____________

 

Bitki karantini və mühafizəsi təşkilatı ____________________________________________________

Bitki karantini və mühafizəsi təşkilatına(larına) ____________________________________________

(idxalın razılaşan tərəfi(ləri) _____________________________________________________________

 

ı.                    Yükün təsviri

İxracatçının adı və ünvanı ______________________________________________________________

Yükü qəbul edənin adı və ünvanı ________________________________________________________

Qablaşdırılan materialların təsviri və sayı _________________________________________________

Nişanlama ____________________________________________________________________________

Mənşəyi ______________________________________________________________________________

Daşınma üsulu ________________________________________________________________________

Daxil olma məntəqəsi __________________________________________________________________

Məhsulun ____________________________________________________________________________

adı və miqdarı ________________________________________________________________________

Bitkilərin botaniki adı __________________________________________________________________

Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan materiallar ________________ (təkrar ixracatçı ölkəsi) _____________________ (razılaşdırılan mənşə ölkəsi) _______________ №-li fitosanitar sertifikatının* əsli â–¡, bu sertifikata əlavə olunmuş əslin təsdiq edilmiş surətinə â–¡ əsasən idxal olunmuşdur; fitosanitar sertifikatının əslinə â–¡ və əlavə müayinələrə â–¡ əsasən onların orijinal â–¡, təzə konteynerlərə â–¡ qablaşdırıldığı â–¡, yenidən qablaşdırıldığı â–¡ və idxalçı ölkənin mövcud fitosanitar tələblərinə cavab verdiyi hesab edilir, həmçinin (təkrar ixracatçı ölkəsi) yük saxlandığı müddətdə zərərli orqanizmlərlə sirayətlənmə riskinə məruz qalmır.

* Müvafiq kvadratlarla qeyd edin.

 

ıı.                Əlavə deklarasiya

_____________________________________________________________________________________

ııı.             Zərərsizləşdirmə

Tarix ____________ işlənmə üsulu ________________ kimyəvi maddə (fəal tərkib) _____________________

Ekspozisiya və temperatur _____________________________________________________________________

Qatılıq (konsentrasiya) ________________________________________________________________________

Əlavə informasiya ____________________________________________________________________________

Verilmə yeri

M.Y.

(Bitki karantini və mühafizəsi təşkilatının möhürü)

Dövlət fitosanitar müfəttişinin soyadı

Tarix _____________       _____________________________

 (imza)

 

 

Addition number 3 to the "Rules on issuance of

import guarantine permission and phitosanitary

certificates for import and export, transit

 through the territory of Azerbaijan Republic and

turnover of plant and plant growing products"

 

Model Phytosanitary Certificate for Re-Export

No. ____________

Plant Protection Organization

of _______________________________________________________ (contracting party of re-export)

TO: Plant Protection Organization(s)

of ______________________________________________________(contracting party(ies) of import)

 

ı.                    Description of Consignment

 

 Name and address of exporter: __________________________________________________________

Declared name and address of consignee: _________________________________________________

Number and description of packages: ____________________________________________________

Distinguishing marks: __________________________________________________________________

Place of origin: ________________________________________________________________________

Declared means of conveyance: __________________________________________________________

Declared point of entry: ________________________________________________________________

Name of produce and quantity declared: _________________________________________________

Botanical name of plants: _______________________________________________________________

This is to certify that the plants, plant products or other regulated articles described above ___________ were imported into (contracting party of re-export) _____________________ from  __________________ (contracting party of origin) covered by Phytosanitary Certificate No.___________, *original â–¡ certified true copy â–¡ of which is attached to this certificate; that they are packed â–¡ repacked â–¡ in original â–¡ *new â–¡ containers, that based on the original phytosanitary certificate â–¡ and additional inspection â–¡, they are considered to conform with the current phytosanitary requirements of the importing contracting party, and that during storage in _____________________ (contracting party of re-export), the consignment has not been subjected to the risk of infestation or infection.

*ınsert tick in appropriate â–¡ boxes

 

ıı.                 Additional Declaration

_____________________________________________________________________________________________

ııı.               Disinfestation and/or Disinfection Treatment

Date ____________ treatment _______________ chemical (active ingredient) ___________________

Duration and temperature ______________________________________________________________

Concentration _________________________________________________________________________

Additional information _________________________________________________________________

Place of issue ______________________________

(Stamp of Organization)                                                Name of authorized officer __________________

Date ______________________________________

(signature)

 

ПРИЛОЖЕНИЕ №3

к «ÐŸÑ€Ð°Ð²Ð¸Ð»Ð°Ð¼ выдачи импортного карантинного

разрешения и фитосанитарных сертификатов

на экспорт и импорт растений и растениеводческой

продукции, транзит и ее оборот по территории

Азербайджанской Республики

 

 

Модель реэкспортного фитосанитарного сертификата

№_______________

Организация по карантину и защите растений _________________________________________

Кому: Организация по карантину и защите растений ___________________________________

(договаривающейся стороны импортера)

ı.                    ÐžÐ¿Ð¸ÑÐ°Ð½Ð¸Ðµ груза

Экспортер и его адрес _________________________________________________________________

Заявленный получатель и его адрес ____________________________________________________

Количество мест и описание упаковки _________________________________________________

Отличительные знаки (маркировка) ____________________________________________________

Место происхождения ________________________________________________________________

Заявленный способ транспортировки __________________________________________________

Заявленный пункт ввоза _______________________________________________________________

Наименование продукции и заявленное количество _____________________________________

Ботаническое название растений _______________________________________________________

Настоящим удостоверяется, что растения, растительные продукты или другие подкарантинные материалы, описанные выше, были импортированы в (договаривающуюся сторону реэкспортера)____________________из ______________________

(договаривающейся стороны происхождения) по фитосанитарному сертификату № _____*

оригинал â–¡, заверенная копия подлинника â–¡ ÐºÐ¾Ñ‚орого прилагается к настоящему сертификату, что они упакованы â–¡, переупакованы â–¡ Ð² оригинальные â–¡, новые â–¡ ÐºÐ¾Ð½Ñ‚ейнеры, что на основании оригинального фитосанитарного сертификата â–¡ Ð¸ дополнительного обследования â–¡ Ð¾Ð½Ð¸ считаются отвечающим действующим фитосанитарным требованиям импортирующей договаривающейся стороны и, что во время хранения ____________________ (договаривающейся стороне реэкспортере) груз не подвергался риску заражения вредными организмами.

                *Отметьте соответствующие квадраты â–¡

 

ıı. Дополнительная декларация

 

ııı.Обеззараживание

Дата _____ способ обработки ___________химикат (действующее вещество)________________

Экспозиция и температура ____________________________________________________________

Концентрация ________________________________________________________________________

Дополнительная информация _________________________________________________________

                                                ÐœÐµÑÑ‚о выдачи ___________________________________________________

(печать организации)          Ð¤Ð°Ð¼Ð¸Ð»Ð¸Ñ уполномоченного инспектора __________________________

                                                Ð”ата_________________                              __________________________

                                                                                                                                                (подпись)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması

 

QA YD AL AR ı[12]

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və laboratoriya ekspertizasının aparılmasını tənzimləyir.

2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı və laboratoriya ekspertizası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra - Dövlət Xidməti) tərəfindən həyata keçirilir.[13]

3. Fitosanitar karantin baxışı aşağıdakı məqsədlərlə aparılır:

3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması;

3.2. ölkəyə gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan zaman karantin nəzarətində olan materialların karantin tətbiq edilən zərərli orqanizmlərin və nizamlanan qeyri-karantin zərərli orqanizmlərin aşkar edilməsi;[14]

3.3. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;

3.4. karantin nəzarətində olan materialların ölkədən aparılması nəzərdə tutulan zaman yükün idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluğunun öyrənilməsi və lazım gəldikdə fitosanitar karantin baxışının keçdiyi yükə fitosanitar sertifikatının verilməsi.[15]

4. Ölkəyə gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı üç müxtəlif üsulla yerinə yetirilir:[16]

4.1. yükü müşayiət edən sənədlərin yoxlanılması;

4.2. yükün etibarlılığının və bütövlüyünün yoxlanılması;

4.3. karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun və digər fitosanitar tələblərə riayət olunmasının vizual və karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsi mövcud olduğu müəyyən edildiyi halda ətraflı yoxlamadan keçirilməsi.

5. Karantin nəzarətində olan materialları müşayiət edən sənədlərin yoxlanılmasında aşağıdakılara diqqət yetirilir:

5.1. bütövlüyünə (tamlığına);

5.2. ardıcıllığına;

5.3. dəqiqliyinə;

5.4. həqiqiliyinə;

5.5. etibarlılığına.

Yükün bütövlüyünə və etibarlılığına baxış müşayiətedici sənədlərdə yükün təsvirinin həqiqiliyinin yoxlanılmasından ibarətdir.

Sənədlərin həqiqiliyinin yoxlanılması zamanı bitkilərin tipinin və ya bitkiçilik məhsullarının və ya onların növünün alınmış və ya verilməyə hazırlanan fitosanitar sertifikata uyğunluğu müəyyən edilir.

Sənədlərin bütövlüyünün yoxlanılması zamanı alınmış və ya verilməyə hazırlanan sertifikatda göstərilmiş yükün miqdarının və statusunun tələblərə nə dərəcədə uyğunluğu müəyyən edilir.

Yükün bütövlüyünün və etibarlılığının təsdiqlənməsi üçün möhürlərin, qoruyucu və fitosanitar əhəmiyyətə malik yüklərin, o cümlədən baxış işinə aid olan digər vasitələrin mövcudluğunun yoxlanılması da daxil olmaqla, yüklərlə tanışlıq tələb oluna bilər.

6. Ölkəyə gətirilən karantin nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunduğu və plomblanmış nəqliyyat vasitələrində daxil olduğu halda gömrük tələblərinə riayət edilməklə, fitosanitar nəzarəti məntəqələrində yük açılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.

Vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılaraq gömrük orqanlarının iştirakı ilə götürülür və sahibinin razılığı ilə qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir. Yük sahibinin razılığı olmadığı halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib edilir və yük geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi məlumat verilir.

7. Zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda Dövlət Xidməti tərəfindən yük sahibinə aşağıdakılar barədə yazılı bildiriş verilir:[17]

7.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;

7.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələrin götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;

7.3. zərərsizləşdirmə zərurəti yarandığı hallarda yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;

7.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;

7.5. yükün məhv edilməsinin zəruriliyi.

8. Bu Qaydaların 7-ci bəndində göstərilən fitosanitar tədbirləri aparıldıqdan sonra Dövlət Xidmətinin müvafiq fitosanitar nəzarəti məntəqəsi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilmiş və beynəlxalq tələblərə uyğun qablaşdırılmış karantin nəzarətində olan bitki və bitkiçilik məhsuluna fitosanitar sertifikatı verilir.

9. Ölkəyə gətirilmiş karantin nəzarətində olan materialların ətraflı fitosanitar karantin baxışı respublika daxilində təyinat məntəqələrində, bitki mənşəli məhsulları emal edən müəssisələrin, ticarət təşkilatlarının anbarlarında və digər saxlanma yerlərində yerinə yetirilir.[18]

10. Fitosanitar karantin baxışı zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti yük sahibinin üzərinə düşür.

11. Fitosanitar karantin baxışı zamanı Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.

12. Azərbaycan Respublikasından aparılması nəzərdə tutulan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində və hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir.[19]

13. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və daxili karantin sertifikatı verilir.[20]

14. İxrac olunan yüklər dövlət sərhədinin buraxılış məntəqələrində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilir. Bitki və bitkiçilik məhsulları mal partiyasının formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 2 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, bir nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi respublikadan ixrac olunduğu yükü ölkə sərhədinə çatdırdıqda, fitosanitar sertifikatı gömrük orqanlarına göstərməlidir və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.[21]

15. Vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sərhəddə saxlanılır, səbəbi göstərilməklə dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur və yük geri qaytarılır. Bu barədə dərhal Dövlət Xidmətinə məlumat verilir. [22]

16. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş ərazilərdən sirayətlənməmiş ərazilərə və ya ölkədən aparılması üçün nəzərdə tutulan daxili karantin nəzarətində olan materialları daşıyarkən, onlara ətraflı fitosanitar karantin baxışı əsasən yüklənmə məntəqələrində aparılır.

17. Karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə baqajlarda, poçt bağlamalarında, habelə nəqliyyat vasitələrində Azərbaycan Respublikasına gələn sərnişinlərin və heyət üzvlərinin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına, gömrük tələblərinə riayət etməklə, müvafiq fitosanitar nəzarəti məntəqələrində vizual fitosanitar karantin baxışı keçirilir. [23]

Baxış zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir və ya zəruri hallarda məhv edilir.

18. Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi və onların müayinəsi Dövlət Xidməti tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirilir.

19. Fitosanitar karantin baxışı zamanı götürülən bitki mənşəli və digər karantin nəzarətində olan materialların nümunələri laboratoriya ekspertizasından keçirilir.

20. Laboratoriya ekspertizasına aşağıdakılar daxildir:

20.1. bitkilərin karantin zərərvericilərini, xəstəlik törədicilərini və təhlükəli alaq otlarını aşkar etmək məqsədilə - entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillərin aparılması;

20.2. aşkar edilmiş zərərli orqanizmlərin hansı növə aid olduğunun təyin edilməsi;

20.3. təyin edilmiş obyektlərin mümkün olan (potensial) təhlükəsi və onlara qarşı karantin tədbirləri haqqında laboratoriya mütəxəssislərinin rəyi.

21. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir.

Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların laboratoriya ekspertizasına verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır.

22. Laboratoriya ekspertizası prosesi nəqliyyatı yubatmamalı, sənaye və ticarət təşkilatlarının işini pozmamalı və karantin nəzarətində olan materiallar daxil olan təsərrüfatlarda səpinin vaxtında aparılmasına təsir etməməlidir.

23. Laboratoriya ekspertizası zamanı karantin nəzarətində olan materialların nümunələrinin etiketlərinin dəyişik salınmasına, eləcə də onların qarışdırılmasına yol verilmir.

24. Ekspertiza laboratoriyasının mütəxəssisləri aşağıdakılara riayət etməlidirlər:

24.1. ekspertiza üçün götürülmüş toxumları nəzarətsiz qoymamalı;

24.2. hər bir nümunə üzrə başlanmış ekspertizanı işdə fasilə olana qədər qurtarmalı;

24.3. bir dəfəyə eyni vaxtda daxil olan bir neçə nümunələri açmamalı;

24.4. analiz olunması növbəti günə təyin edilmiş karantin nəzarətində olan materialları onlar üçün xüsusi ayrılmış, bağlanan şkafda açılmadan bütöv saxlamalı, kisələrdə olan canlı bitkilərin (tinglər, əkin materialları) nümunələrini isə sərin yerdə qablaşdırma materiallarının lazımi nəmliyini qorumaqla saxlamalı.

25. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materialların laboratoriya ekspertizası hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

26. Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

27. Ekspertiza zamanı aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmlər, zədələnmiş bitki hissələri hesabat məlumatlarını təsdiqləyən nümunə kimi laboratoriyada və Dövlət Xidmətinin müvafiq qurumlarında müəyyən olunmuş qaydada qeydə alınmaqla saxlanılır.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin

S İY AHı S ı

 

Fitosanitar sertifikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1) fitosanitar sertifikatının verilməsi üçün fiziki və ya hüquqi şəxsin müraciəti:

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı;

2) fiziki və hüquqi şəxslər barədə məlumat: [24]

fiziki şəxslər üçün - sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

hüquqi şəxslər üçün - dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

3) fitosanitar sertifikatının verilməsi üçün xidmət haqqının ödənilməsi barədə qəbz;

4) fitosanitar sertifikatının verilməsi nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının (yüklərin) təsviri:

ixrac olunan bitki və bitkiçilik məhsullarının adı, mənşəyi və miqdarı (hər növ üzrə);

idxalçı ölkənin adı və yükün daxilolma ünvanı;

məhsulun yüklənmə yeri və tarixi;

yük ixrac edilən sərhəd buraxılış məntəqəsinin adı.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi

 

QA YD AS ı

 

1. Bu Qayda "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin gömrük orqanları tərəfindən həyata keçirilməsini tənzimləyir.[25]

2. Ölkə ərazisindən tranzit daşınan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları dövlət fitosanitar nəzarəti xidmətinə məlumat verməlidir. Dövlət fitosanitar nəzarəti xidməti öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:

2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;

2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.[26]

3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə, bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş fitosanitar tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki cəhətdən əsaslandırılsın və karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının qarşısının alınması zərurəti yaranmış olsun.

4. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara fitosanitar nəzarəti aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmadan aparılır:

4.1. bitki və bitkiçlik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;

4.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə;

4.3. ölkə ərazisindən başqa ölkələrə daşındığı zaman karantin nəzarətində olan materiallar açılmadıqda, bölünmədikdə, digər yüklərlə qarışdırılmadıqda və yenidən qablaşdırılmadıqda;

4.4. vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmadıqda.

5. Bu Qaydanın 4-cü bəndində göstərilən hallarda, gömrük tələblərinə riayət etməklə, fitosanitar nəzarəti həyata keçirildikdən sonra gömrük orqanları tərəfindən yükü müşayiət edən fitosanitar sertifikatında müvafiq ştampvurulur.[27]

6. Fitosanitar nəzarəti zamanı yükün üzərində və nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sahibinin razılığı ilə bu materiallar qanunvericiliklə müəyyən edilmiş qaydada zərərsizləşdirilir.

Yük sahibinin razılığı olmadığı təqdirdə həmin yüklər geri qaytarılır. Hər iki halda tranzit yükün üzərində aparılan fitosanitar tədbirləri barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) məlumat verilir.

7. Tranzit daşınan karantin nəzarətində olan materiallarda Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.

8. Tranzit daşınan yük ölkə ərazisində açıldığı, hissələrə bölündüyü, digər yüklərlə qarışdırıldığı və ya yenidən qablaşdırıldığı hallarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən həmin yüklərə dair gömrük tələblərinə riayət etməklə müvafiq fitosanitar tədbirləri tətbiq edilir.[28]

 

 

 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHıSı

 

1.      4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

2.      28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

3.      27 yanvar 2010-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №01, maddə 66)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHıSı

 


* Bu sertifikata görə ____________________________ (bitki karantini və mühafizəsi təşkilatına), onun müfəttişlərinə və ya nümayəndələrinə heç bir maliyyə öhdəliyi tətbiq edilmir.

*  No financial liability with respect to this certificate shall attach to (name of Plant Protection Organization) or to any of its officers or representatives.

* ÐÐ¸ÐºÐ°ÐºÐ¸Ñ… финансовых обязательств в отношении настоящего сертификата не налагается на ___________________ (наименование организации по карантину и защите растений) или на кого-либо из ее инспекторов или представителей.

* Bu sertifikata görə ______________________________ (bitki karantini və mühafizəsi təşkilatına), onun müfəttişlərinə və ya nümayəndələrinə heç bir maliyyə öhdəliyi tətbiq edilmir.

 

* No financial liability with respect to this certificate shall attach to______________________ (name of Plant Protection Organization) or to any of its officers or representatives.**

* ÐÐ¸ÐºÐ°ÐºÐ¸Ñ… финансовых обязательств в отношении настоящего сертификата не налагается на __________________ (наименование организации по карантину и защите растений) или на кого-либо из ее инспекторов или представителей.

 


[1] 27 yanvar 2010-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №01, maddə 66) ilə 1-ci bəndində "Azərbaycan Respublikasının ərazisində daşınmasına, təkrar ixracına" sözləri "təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına" sözləri ilə əvəz edilmişdir.

[2] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə 1-ci bəndində "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları" sözləri "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına, təkrar ixracına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları" sözləri ilə, "gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri isə "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın adında, 1.1-ci və 1.2-ci bəndlərdə "idxalına və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilmişdir, "ərazisindən tranzit" sözləri "ərazisində" sözü ilə əvəz edilmişdir və "idxal karantin icazəsinin" sözlərindən sonra ", təkrar ixracat fitosanitar sertifikatı" sözləri əlavə edilmişdir.

 

[4] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 2.3-cü bəndin ikinci abzasında "sərhəd fitosanitar nəzarəti məntəqəsinə" sözləri "dövlət sərhədinin buraxılış məntəqələrinə" sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 3.6-cı bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[6] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 3.7-ci bənd çıxarılmışdır.

 

[7] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 3.8-ci bəndin birinci abzasının birinci cümləsində "sərhəddə fitosanitar nəzarəti məntəqəsində" və "göndərilərkən, bitki və" sözləri müvafiq olaraq "dövlət sərhədinin buraxılış məntəqələrində" və "göndərilir. Bitki və" sözləri ilə, ikinci cümləsində "3" rəqəmi "2" rəqəmi ilə və "iki" sözü "bir" sözü ilə, üçüncü cümləsində isə "sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir" sözləri "sertifikatı gömrük orqanlarına göstərməlidir" sözləri ilə əvəz edilmişdir.

 

[8] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın ıV bölmənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

ıV. BİTKİ VƏ BİTKİÇİLİK MƏHSULLARıNıN TRANZİT DAŞıNMASıNA VƏ DÖVRİYYƏSİNƏ TƏKRAR İXRACAT FİTOSANİTAR SERTİFİKATıNıN VERİLMƏSİ

 

[9] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 4.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2. Tranzit olunan bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələrində daxil olmalı və fitosanitar nəzarəti məntəqələrində açılmadan gömrük orqanları ilə əlaqələndirilməklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərində fitosanitar nəzarəti həyata keçirilərək yola salınmalıdır.

 

[10] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"nın 4.3-cü bəndin birinci abzasında "Tranzit olunan" sözləri "Gətirilən" sözləri ilə, "lazım gəldikdə" sözləri "təkrar ixrac (tranzit) olunduqda" sözləri ilə əvəz edilmişdir, "uyğun" sözündən sonra ", fitosanitar sertifikatı və ya" sözləri əlavə edilmişdir.

 

[11] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə 2 nömrəli əlavə - "Daxili karantin sertifikatı (nümunəvi forma)"nın "Qeydlər" hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qeydlər: 1. Karantin nəzarətində olan məhsul (yük, material) sərhəd fitosanitar nəzarəti məntəqəsinə daxil olduqda, fitosanitar karantin baxışının aparılması üçün aidiyyəti üzrə təqdim olunmalıdır.

2. Daxili karantin sertifikatı yalnız Azərbaycan Respublikasının ərazisində qüvvədədir və ixrac üçün nəzərdə tutulan bitki və bitkiçilik məhsullarına (yüklərə) verilir.

3. Daxili karantin sertifikatına görə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, onun müfəttişlərinə və ya nümayəndələrinə heç bir maliyyə öhdəliyi tətbiq edilmir.

 

[12] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın adında və 1-ci bəndində "gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 2-ci bənddə "gətirilən və respublikadan aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilmişdir.

 

[14] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 3.2-ci bənddə "gətirilən və ya ölkədən aparılan" sözləri "gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

 

[15] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 3.4-cü bənddə "ölkədən aparılan" sözləri "ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

 

[16] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 4-cü bənddə "gətirilən və ölkədən aparılan" sözləri "gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

 

[17] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 7-ci bənddə "Azərbaycan Respublikasına gətirilən karantin nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli" sözləri "Zərərli" sözü ilə əvəz edilmişdir.

 

[18] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 9-cu bənddə "gətirilən" sözü "gətirilmiş" sözü ilə əvəz edilmişdir.

 

[19] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 12-ci bənddə "aparılan" sözü "aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

 

[20] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ixrac olunan bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında fitosanitar karantin baxışı keçirilir, mal partiyasının formalaşdırılması, bu məhsulun respublika ərazisində dövriyyəsi və sərhəd fitosanitar nəzarəti məntəqəsinə çatdırılması üçün qadağaya və məhdudiyyətlərə əsas olmadıqda müvafiq formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçidə (yük sahibində), digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən dərhal məhsulun respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir.

Sərhəddə bitki və bitkiçilik məhsulları boşaldılaraq qablaşdırıldığı, ixrac partiyalarına formalaşdırıldığı və nəqliyyat vasitəsinə yükləndiyi zaman ərizəçi müvafiq daxili karantin sertifikatlarını fitosanitar nəzarəti məntəqəsinə təqdim etməlidir. Dövlət fitosanitar müfəttişləri tərəfindən yükə ətraflı fitosanitar karantin baxışı aparılır. Karantin nəzarətində olan materiallara ölkədən aparılmasına qadağa və məhdudiyyət qoyulmasına əsas olmadıqda, ərizəçi tərəfindən təqdim edilmiş daxili karantin sertifikatları əsasında yükə (hər nəqliyyat vahidinə) fitosanitar sertifikatı verilir.

Fitosanitar sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar məntəqəsində saxlanılır.

 

[21] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 14-cü bəndin birinci cümləsində "sərhəd fitosanitar nəzarəti məntəqələrində" və "göndərilərkən, bitki və" sözləri müvafiq olaraq "dövlət sərhədinin buraxılış məntəqələrində" və "göndərilir. Bitki və" sözləri ilə, ikinci cümləsində "3" rəqəmi "2" rəqəmi ilə və "iki" sözü "bir" sözü ilə, üçüncü cümləsində isə "sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir" sözləri "sertifikatı gömrük orqanlarına göstərməlidir" sözləri ilə əvəz edilmişdir.

 

[22] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 15-ci bənd çıxarılmışdır.

 

[23] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nın 17ci bənd çıxarılmışdır.

 

[24] 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə «Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı»nın 2-ci bəndinin birinci abzasında «şəxslərin dövlət qeydiyyatı» sözləri «şəxslər» sözü ilə əvəz edilmişdir.

 

 

[25] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası"nın 1-ci bənddə "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra - Dövlət Xidməti)" sözləri "gömrük orqanları" sözləri ilə əvəz edilmişdir.

 

[26] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası"nın 2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materialların üzərində Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət etməklə aşağıdakı fitosanitar tədbirlər həyata keçirilə bilər:

2.1. analiz (test), müayinə, məhsulunu saxlanması və məhv edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları və yükləri sərhəd fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların respublika ərazisinə daxil olmasına məhdudiyyətlər qoymaq;

2.2. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.

 

 

[27] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası"nın 5-ci bənddə "dövlət fitosanitar müfəttişləri" sözləri "gömrük orqanları" sözləri ilə "Dövlət Xidmətinin müvafiq ştampı" sözləri isə "müvafiq ştamp" sözləri ilə əvəz edilmişdir.

 

 

[28] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası"nın 8-ci bənddə "Dövlət Xidməti" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları" sözləri ilə əvəz edilmişdir.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45