• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

16 Dekabr 2018
Dont risk

Nazirlər Kabinetinin qərarları

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci  il  31   may tarixli  97  nömrəli  qərarının   1-ci  bəndi,  "AzərbaycanRespublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və
bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il   10 mart tarixli  27 nömrəli qərarının 5-ci bəndi,  "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsibarədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006-cı il
22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi   qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 22 yanvar 2007-ci il

                        № 10

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il   22 yanvar tarixli 10 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Pestisidlərin, bioloji preparatların  və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi

 

QAYDALARı

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılmasını, qeydiyyata alınmasını və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsini tənzimləyir.

2. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və Azərbaycan  Respublikasının  ərazisində  rəsmi   tanınan  beynəlxalq  standartlara cavab   verməyən,   habelə  bu   Qaydalara  uyğun  olaraq   dövlət  sınağındankeçməmiş, qeydiyyata alınmamış (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) və istifadəsi qadağan  olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalına, idxalına,   ixracına, saxlanmasına, satışına və tətbiqinə yol verilmir.

3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi   və   istifadə   reqlamentlərinin   işlənib   hazırlanmasıməqsədilə aparılır.

4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - ərizəçi) Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş və dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət etməlidirlər.

5. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında" şəhadətnamənin surəti;

pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr (bundan sonra - preparat) barədə məlumat:

preparatın adı və kimyəvi forması;

istehsalçının adı; təsiredici maddənin adı;

preparatın satış adı;

preparatda təsiredici maddənin təyin olunma metodikası;

preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsinə dair materiallar və ondan istifadə olunma reqlamenti;

preparatın təyinatı və bioloji qiymətləndirilməsi barədə məlumat.

6. Ərizəçi preparatın sınaq təcrübəsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi miqdarı kiçik qablarda təqdim etməlidir.

7. Dövlət sınağına təqdim olunmuş preparat aşağıdakı tələblərə cavab verməlidir:

məqsədli təyinatı üzrə yüksək bioloji təsirə malik olmalı;

müəyyən olunmuş reqlamentlərə əməl olunması şərti ilə insanların sağlamlığına təhlükə yaratmamalı, ətraf mühitin, flora və faunanın təhlükəsizliyini təmin etməli;

dövlət standartlarının tələblərinə və sanitariya-gigiyena normalarına uyğun olmalıdır.

8. Ərizəçinin müraciəti və bu Qaydaların 5-ci bəndində nəzərdə tutulmuş sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində xüsusi kitabda qeydə alınmaqla qəbul edilir.

9. Preparatın dövlət sınağını  və qeydiyyatını  təşkil  etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə Ekspert Şurası yaradır.

10. Ekspert Şurası tərəfindən 15 gün müddətində ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir, çatışmazlıqlar və  imtina üçün əsas olmadıqda, ərizəçiyə preparatın dövlət sınağına qəbul edilməsi barədə məlumat verilir.

11. Bu Qaydalarda göstərilən əsaslarla preparatın dövlət sınağının aparılmasından imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

12. Preparatın dövlət sınağının aparılmasından aşağıdakı hallarda imtina edilir:

bu Qaydaların 5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə;

ərizəçinin təqdim etdiyi  sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

13. Ekspert Şurası preparatın dövlət sınağının bu Qaydalara uyğun aparılması üçün müvafiq elmi tədqiqat müəssisəsini   müəyyənləşdirir.

14. Preparatın dövlət sınağı üç mərhələdə aparılır:

laboratoriya ekspertizası - preparatın laboratoriya şəraitində analizi və tətbiq  reqlamentlərinin hazırlanması;

tarla sınağı - preparatın istifadədə olan preparatlara nisbətən bioloji səmərəliliyinin müəyyən edilməsi və tətbiq reqlamentinin işlənib hazırlanması;

istehsalat sınağı - respublikanın müxtəlif təbii iqlim zonalarında preparatın bioloji, təsərrüfat və iqtisadi səmərəliliyinin təsdiqlənməsi, sanitariya-gigiyena və ekoloji normativlərinin dəqiqləşdirilməsi, qalıq miqdarının və təhlükəlixüsusiyyətlərinin (metobolitlərinin) müəyyən edilməsi metodikasının işlənib hazırlanması və təkmilləşdirilməsi.

Preparatın laboratoriya ekspertizası, tarla və istehsalat sınaqları müvafiq normativ sənədlər və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təlimatı əsasında aparılır.

15. Preparatın  dövlət   sınağının  aparılması  və  qeydiyyata  alınmasının ümumi müddəti iki   ildən artıq olmamalıdır.

16. Toksikoloji xüsusiyyətindən, tətbiq olunduğu bitkinin növündən və tətbiq   üsullarından  asılı   olaraq,   preparatın  sınaq  müddəti   müvafiq  qaydada Ekspert Şurası tərəfindən təyin edilir.

17. Preparatın  dövlət  sınağında  iştirak  edən  elmi  tədqiqat  müəssisəsi Ekspert Şurasına preparatın sınağının nəticələri haqqında tam hesabat təqdim etməlidir.

18. Ekspert Şurasının rəyi əsasında Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı  Nazirliyi   bu   Qaydalara   uyğun   preparatın   dövlət   sınağından keçməsi barədə müvafiq qərar qəbul  edir.  Qəbul olunmuş qərarın  surətipreparatın dövlət sınağının aparılmasının nəticələri haqqında elmi tədqiqat müəssisəsinin hesabatı ilə birlikdə preparatın  qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra-Dövlət Xidməti) və Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilir. [1]

Bu barədə ərizəçiyə rəsmi məlumat verilir.

19. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə   razılaşmadığı   halda   mövcud   qanunvericiliyə   uyğun   olaraq   aidiyyəti məhkəməyə müraciət edə bilər.

20. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş preparat qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.

21. Bu Qaydalara uyğun dövlət sınağından keçmiş və müəyyən olunmuş qaydada sertifikatlaşdırılmış preparatın qeydiyyatı  və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsiDövlət Xidməti tərəfindən həyata keçirilir.

22. Preparatın qeydiyyatının məcburi şərti onun mənşəyi və keyfiyyəti barədə sertifikatın, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatın qalıq miqdarınınmüəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.

23. Dövlət Xidməti Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatların  siyahısını hər    yarımillikdə Azərbaycan  Respublikasının Ekologiya   və   Təbii   Sərvətlər   Nazirliyinə,   Azərbaycan   Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat üçün təqdim etməlidir.

24. Preparatın qeydiyyatı haqqında ərizəçiyə Dövlət Xidməti tərəfindən müvafiq şəhadətnamə verilir.

Şəhadətnamənin nümunəvi forması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilir.

25. Preparatın qeydiyyat müddəti beş ildir və bu müddət başa çatdıqdan sonra preparat müəyyən olunmuş qaydada yenidən qeydiyyatdan keçirilməlidir

26. Preparatın təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda Dövlət   Xidməti   onun   tətbiqini   tamamilə və ya müvəqqəti dövr üçün qadağan edə bilər.

27. Preparatın dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır.

Ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

 

 

  

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2007-ci il   22 yanvar tarixli 10 nömrəli qərarı ilə

                                                                                                           TƏSDİQ EDİLMİŞDİR

 

 

İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi

 

QAYDALARı

 

1.  Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.17-ci yarımbəndininicrasını təmin etmək məqsədilə hazırlanmışdır və istifadəyə yararsız və istifadəsi   qadağan   olunmuş   pestisidlərin,   bioloji   preparatların,   onların   birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsini və ya məhv edilməsini tənzimləyir.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - sahibkar) istifadəyəyararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablan haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Xidməti)   məlumat verməlidirlər.

3. Dövlət Xidməti  istifadəyə yararsız və  istifadəsi  qadağan olunmuş pestisidlərin,   bioloji   preparatların,   onların   birləşmələrinin   və   qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə inventarlaşdırma komissiyası yaradır.

4. İnventarlaşdırma komissiyası sahibkarın iştirakı ilə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu, toksikoloji təsirini, ətraf mühitinçirklənməsi və saxlanılma vəziyyətini öyrənərək 1 ay müddətində Dövlət Xidmətinə rəy təqdim edir.

5. İnventarlaşdırma komissiyasının rəyi əsasında istifadəyə yararsız və istifadəsi   qadağan   olunmuş   pestisidlərin,   bioloji   preparatların,   onların   birləşmələrinin və qablarının   zərərsizləşdirilməsi və ya məhv edilməsi barədəDövlət Xidməti tərəfindən qərar qəbul edilir. Qərarda kimyəvi maddələrin adı, miqdarı, həmin maddələrin istehsal olunduğu vaxt, qeydiyyat nömrəsi, həmçinin basdırılacağı və yaxud zərərsizləşdiriləcəyi yer, cavabdeh şəxsin adı göstərilməlidir.

6. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi inventarlaşdırma komissiyasınındaimi nəzarəti altında həyata keçirilir.

7.            İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş   pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının geri alınmasına, zərərsizləşdirilməsinə, məhv edilməsinə çəkilən xərclər sahibkarın vəsaiti hesabına aparılır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsinə və məhv edilməsinə könüllü ödənişlərdən və donor təşkilatların texniki-maliyyə yardımından istifadə edilə bilər.

8. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin,   bioloji preparatların,   onların   birləşmələrinin,   qablarının   toplanması,   saxlanması, hazırlanıb müəyyən olunmuş yerə göndərilməsi zamanı texniki təhlükəsizliyə əməl olunmaqla xüsusi geyim və vasitələrdən istifadə edilməlidir.

9. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidləri, bioloji preparatları,  onların  birləşmələrini  və  qablarını  zərərsizləşdirmək,  məhv etmək məqsədilə bir yerdən başqa yerə daşıyarkən onlar zədələnməmiş,bütöv qablarda olmalıdır. Əks halda kimyəvi maddə başqa qablara doldurulur, ağzı bağlanılır və qabların üzərinə preparatın adı, çəkisi və buraxılış tarixi yazılır.

10.      İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər,   bioloji preparatlar,  onların birləşmələri və qabları xüsusi hazırlanmış anbarlarda (qəbiristanlıqlarda) dəmir-beton konteynerlərdə basdırılmalıdır.

11. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş maye pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları həmin preparatları istehsal edən şirkətə, zavoda və ya müəssisəyə göndərilir və orada müəyyən olunmuşqaydada məhv edilir. Sözügedən zəhərli maddələrin geri qaytarılması mümkün olmadığı halda bu işə qanunvericiliklə müəyyən olunmuş qaydada toksikoloji maddələrin utilizasiyası ilə məşğul olan firmaları cəlb etməklə və ya onlar tərəfindən hazırlanmış zərərsizləşdirmə metodlarından istifadə etməklə
nail olunur.

12. Mövcud qanunvericiliyə uyğun pestisidlərin,  bioloji  preparatların, onların birləşmələrinin və qablarının təhlükəliliyi barədə yeni, əvvəllər aşkar olunmayan məlumatlar daxil olduğu halda müvafiq qaydada onların istifadəsinə qadağa qoyulur. və keyfiyyəti yoxlanılmadan Dövlət Xidməti tərəfindən zərərsizləşdirilir və ya məhv edilir.

13. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının basdırılmasının və ya məhv edilməsinin   qeydiyyatı Dövlət Xidməti tərəfindən aparılır.

 

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2007-ci il   22 yanvar tarixli 10 nömrəli qərarı ilə

                       TƏSDİQ EDİLMİŞDİR

 

Yüksək toksiki-ekoloji təhlükəli preparatların  siyahısı və tətbiqi

 

QAYDALARı

 

ı. ÜMUMİ MÜDDƏALAR

 

 1.1.   Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441  nömrəli Fərmanının  1.25-ci yarımbəndininicrasını təmin etmək məqsədilə hazırlanmışdır və yüksək toksiki-ekoloji təhlükəli   preparatların siyahısını və tətbiqini müəyyən edir.

1.2.    Fiziki  şəxslər və  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı
olmayaraq, bütün hüquqi şəxslər (bundan sonra - sahibkar) yüksək toksiki-ekoloji təhlükəli preparatların ətraf mühit və insan sağlamlığı üçün ziyanlı olduğunu nəzərə alaraq, onların tətbiqi zamanı bu Qaydalara riayət etməlidirlər.

 

ıı. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARıN   SİYAHıSl

 

1.                          Tiodan 35%

2.        Fosforin M 36%

3.        Bazudin 60%

4.        Dursban 40,8%

5.        Fosfamid 40%

6.        Zolon 30%

7.        Akreks 50%

8.        Nurell D 20%

9.        Sumi-alfa 5%  

10.      Arrivo 25%

11.      DNOK 40%

12.      Sink fosfid 21 - 80%

13.       Nematosid qarışığı 50%

14.      Dropp-ultra

15.       Zookumarin 0,5%

16.      Ratindan 0,5%

17.       Metaldehid 5%

18.       Karate 5%

19.       Desis   2,5%

20.       Danitol   10%

21.       Sumisidin 20%  

22.      Maqtoksin 66%

23.      Fostoksin 57%

 

 

ııı. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARıN   TƏTBİQİ

 

3.1.  Bu Qaydaların ıı bölməsində sadalanan yüksək toksiki-ekoloji təhlükəli   preparatların   və   onların   analoqlarının   tətbiqi   yalnız   Azərbaycan Respublikasının   Kənd   Təsərrüfatı   Nazirliyi   yanında   Dövlət  Fitosanitar Nəzarəti  Xidmətinin (bundan sonra -  Dövlət Xidməti) yerli qurumlarının müvafiq rəyi və nəzarəti altında aparıla bilər.

3.2. Sahibkar yüksək toksiki-ekoloji təhlükəli   preparatların tətbiqi üçün Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməlidir.

Bu müraciətə əsasən Dövlət Xidmətinin yerli qurumları tərəfindən yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə cavabdeh şəxs müəyyən edilir. Bu şəxs sahibkarın yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiq reqlamentinə, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət edir. Preparatın məsrəf normasına, işləmələrin sayma və gözləmə müddətinə (sonuncu işləmə ilə məhsul yığımı arasındakı vaxt) xüsusi diqqət yetirilir. Preparatın tətbiqi ilə bağlı bütün işlər Dövlət Xidmətinin yerli qurumlarında xüsusi kitabda qeyd edilir.

3.3. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla iş müddəti dörd saatdan artıq olmamaqla, işləməyə sağlamlığı barədə tibbi arayışı olan, təhlükəsizlik texnikası üzrə təlim keçmiş şəxslər buraxılırlar.

3.4. Yüksək toksiki-ekoloji təhlükəli preparatların daşınması, yüklənməsi və tətbiqi zamanı qanunvericilikdə nəzərdə tutulmuş xüsusi kateqoriyalı şəxslərin əməyindən istifadə edilməsinə icazə verilmir.

3.5. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla əlaqəli olan bütün işlər səhər və axşam saatlarında, havanın nisbətən sərin və az küləkli vaxtlarında aparılmalıdır. Zərərverici, xəstəlik və alaq otlarına qarşı işlədilən bu preparatlar məhlul, emulsiya və  suspenziya halında olmaqla, çiləmə və tozlama üsulu ilə istifadə olunur, qranula və kapsul halında torpağa verilir, toxum materialı dərmanlanır, aldadıcı yem və aerozol (fumiqasiya) halında tətbiq edilir.

Çiləmə zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4   m/saniyədən çox olduqda, yağışın yağması ehtimalı olduqda və ya yağışlı hava şəraitində çiləmə işlərinin aparılmasına yol verilmir.

Vegetasiya müddətində mühafizə edilməsi üçün çoxsaylı işləmələr tələb olunan bitkilər yaşayış məntəqələrindən ən azı bir kilometr məsafədə küləyin istiqaməti nəzərə alınmaqla əkilməlidir.

3.6.   Əkin sahələrində yüksək toksiki-ekoloji təhlükəli preparatlarla bitki mühafizəsi tədbirləri Dövlət Xidmətinin yerli qurumları tərəfindən aparılmış müşahidələrdən sonra yerinə yetirilməlidir. Sahibkar bitki mühafizəsi tədbirlərinin aparılmasına başlamazdan əvvəl həmin ərazidə yaşayan əhaliyə məlumat verməli və sonra bu tədbirləri aparmalıdır və zəhərli maddələr tətbiq edilən   sahənin sərhədi boyu xüsusi işarə qoymalıdır.

3.7.   Bitki mühafizəsi tədbirləri xüsusi  qurğu və maşınlarla aparılmalı, onların kip bağlanmasına nəzarət olunmalıdır.

3.8. Bitkilərin çiçəklənmə dövründə və qida üçün istifadə olunan səbzə-tərəvəz bitkilərində kimyəvi preparatlarla işləmələr aparılmasına icazə verilmir.

3.9. Yüksək toksiki-ekoloji təhlükəli preparatların işçi məhlulları asfalt və ya betonla örtülmüş meydançalarda yerləşən, işçi məhlulun hazırlanması və maşına doldurulması  üçün lazım olan bütün ləvazimatla təchiz olunmuşdoldurucu   məntəqələrdə  hazırlanmalıdır.   Doldurma   məntəqələri   yaşayış binalarından, tövlələrdən, su təchizatı mənbələrindən, qida üçün istifadə olunan səbzə-tərəvəz bitkiləri əkilən və yem saxlanılan yerlərdən azı 200 metruzaqda yerləşməlidir. Çiləmə üçün işçi məhlullar bu məqsədlə nəzərdə tutulmuş  xüsusi  qurğularda mexaniki  qarışdırıcıların köməyi  ilə  qarışdırılaraq hazırlanmalıdır.

3.10. Yüksək toksiki-ekoloji təhlükəli preparatların tənəffüs yolları, dəri və selikli qişa vasitəsilə insan orqanizminə daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirlərinə cəlb edilən şəxslər sahibkar tərəfindən pulsuzolaraq fərdi mühafizə vasitələri ilə (xüsusi geyim, ayaqqabı, respirator, əleyhqaz, qoruyucu eynək, texniki əlcək və s.)   təmin edilməlidir.

3.11. Bitki mühafizəsi tədbirləri qurtardıqdan sonra maşın və avadanlıqlar yüksək toksiki-ekoloji təhlükəli preparatların qalığından mexaniki üsulla təmizlənməlidir.

3.12. Toxumların dərmanlanmasında istifadə olunan preparatlar yüksək toksiki   xassəyə malik olduğundan, əlaqəli işlərdə ümumi qaydalarla yanaşı ,bir sıra əlavə ehtiyat tədbirləri də yerinə yetirilməlidir. Toxumların dərmanlanması üçün istifadə olunan maşınlar hermetik olmalı və toz buraxmamalıdır. Dərmanlanmış toxumlar üzərinə "dərmanlanmışdır, zəhərlidir" sözləri yazılmalı, ağzıbağlı, möhkəm kisələrdə, xüsusi yerlərdə saxlanılmalıdır. Səpin
zamanı səpin aqreqatının ağzı kip bağlanmalı, onu idarə edən şəxs isə fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Artıq qalmış dərmanlanmış toxum anbara qaytarılmalıdır. Səpindən sonra dərmanlanmış toxum saxlanılan yer, səpində istifadə edilən aqreqatlar təmizlənməli və zərərsizləşdirilməlidir.

3.13.  Gəmiricilərə qarşı yüksək toksiki-ekoloji təhlükəli preparatlardan hazırlanmış aldadıcı yemlər sorucu şkafla təmin edilmiş   xüsusi   yerlərdə və ya yaşayış məntəqələrindən, heyvandarlıq tikililərindən 200 metr aralıda yerləşən xüsusi meydançalarda hazırlanmalıdır.

3.14. Aldadıcı yemlər hazırlandığı gün tətbiq edilməli və artıq qalan yüksək toksiki-ekoloji təhlükəli preparatlar anbarda saxlanmalıdır. Tətbiq üçün yararsız olan aldadıcı yemlər əvvəlcədən hazırlanmış quyu və çalalardayandırılmalıdır. İş qurtardıqdan sonra inventar və qablar təmiz yuyulmalıdır. Meyvə  bağlarına,  bostanlara  və   digər  əkin  sahələrinə  payızın  sonunda səpilmiş aldadıcı yemlərin gəmiricilər tərəfindən toxunulmamış qalıqları yaztarla işlərindən əvvəl Dövlət Xidmətinin yerli qurumlarının nəzarəti altında sahibkar tərəfindən yığılmalı və məhv edilməlidir.

3.15. Təkrarən istifadə edilməyən qablar və kağızlar Dövlət Xidmətinin yerli qurumlarının nəzarəti altında yığılmalıdır və qanunvericiliklə müəyyən olunmuş yerlərdə basdırılmalıdır. Aldadıcı yem hazırlanan sahə 25 santimetrdərinliyində şumlanmalı və sönmüş əhəng tökülməlidir.

3.16. Zəhərlənmənin baş verməməsi üçün yaşayış məntəqələrindən, mal-qara otarılan sahələrdən və fermaların ətrafından 500 metr məsafədə, bağlardan və meşə zolaqlarından 300 metr məsafədə aldadıcı yemlərin açıq sahəyəsəpilməsi qadağandır.

3.17. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar tətbiq edilən sahənin ətrafında 20 gün müddətində mal-qaranın otarılmasına yol verilmir.

3.18. Dövlət Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq yüksək toksiki-ekoloji təhlükəli preparatların  tətbiqinin reqlamentinə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır.

Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:

sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);

nəzarətin aparılmasının səbəbləri və müddəti;

yoxlamanın nəticələri.

Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür.

Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada aidiyyəti orqanlara şikayət edə bilər.

 

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2007-ci il   22 yanvar tarixli 10 nömrəli qərarı ilə

                     TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi

 

QAYDALARı

 

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441  nömrəli Fərmanının 1.26-cı yarımbəndininicrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqini tənzimləyir.

2. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı   və tətbiqinə aşağıdakı hallarda  yol verilə bilər:

2.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;

2.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları gətirildikdə, idxal və ixrac edildikdə;

2.3. fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin  kütləvi  yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda, idxalına və tətbiqinə dair qanunvericiliklə müəyyən olunmuş  qaydada müvafiq qərar verildikdə.

3.  Dövlət qeydiyyatına alınmamış  pestisidlərin və bioloji  preparatların idxalı  və  tətbiqi  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) nəzarəti altında həyata keçirilir.

4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - ərizəçi) bu Qaydaların 2.1-ci və 2.2-ci yarımbəndlərində göstərilən hallarda Dövlət Xidmətinə müraciət etməlidirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün-hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; fiziki şəxslər üçün-soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

dövlət qeydiyyatına alınmamış pestisidləri və bioloji preparatları barədə məlumat:     

idxalı nəzərdə tutulan preparatın növü;

preparatın miqdarı;

gətirildiyi ölkənin, firmanın adı;

saxlandığı yer və tətbiq sahəsi;

uyğunluq sertifikatı.

5. Ərizəçinin müraciəti və  bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş sənədlər Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 5 gün müddətində baxılır. İmtinaüçün əsas olmadıqda, dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə icazə verilir. Bu barədə ərizəçiyə rəsmi məlumat verilir.

6. Bu  Qaydalarda  göstərilən   əsaslarla  dövlət  qeydiyyatına  alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

7. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların
idxalı və tətbiqindən aşağıdakı hallarda imtina edilir:

bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

8. Dövlət Xidməti tərəfindən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı barədə hər yarımillikdə Azərbaycan Respublikasının  Ekologiya  və  Təbii   Sərvətlər  Nazirliyinə,  Azərbaycan   Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilir.



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə

        TƏSDİQ EDİLMİŞDİR

 

Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması

 

QAYDALARı

 

1.  Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı  il 2 avqust tarixli 441  nömrəli Fərmanının  1.27-ci yarımbəndininicrasını təmin etmək məqsədilə hazırlanmışdır və zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınmasını və saxlanmasını tənzimləyir.

2. Zəhərli  kimyəvi  maddələr müvafiq  standartlara və  texniki  şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərdə və istifadə təminatlarında Azərbaycan dilində və zəruri hallarda başqa dillərdə hazırlanma tarixi,  saxlanma  müddəti,  şəraiti  barədə  və  digər məlumatlar göstərilməlidir.

3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəhərli kimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər ( bundan sonra-sahibkar) zəhərli kimyəvimaddələrin   daşınmasında   iştirak   edərkən   xüsusi fərdi geyim və digər vasitələrdən istifadə etməlidirlər,

4. Zəhərli  kimyəvi maddələr avtomobillə daşındıqda adamlar maşının kabinəsində oturmalıdırlar. Zəhərli kimyəvi maddələrin daşınması üçün asan təmizlənə və zərərsiz-
ləşdirilə bilən xüsusi nəqliyyat vasitələri ayrılmalıdır .Avtomobilin bortu müvafiq boya ilə rənglənməli və ona "zəhərli maddə" sözləri yazılmalı, hər tərəfinə  qırmızı  kiçik  bayraq  bərkidilməlidir. Nəqliyyat vasitəsilə ancaq zavodda qablaşdırılmış, yaxşı bağlanan və bütövlüyü pozulmamış taralara yığılmış preparatlar daşınmalıdır.

5. Zəhərli kimyəvi maddələr daşınan və ya daşındıqdan sonra təmizlənməyən və zərərsizləşdirilməyən nəqliyyatda insanların, ərzaq və yem məhsullarının daşınması qadağan olunur.

6. Zəhərli kimyəvi maddələrin yüklənməsi və boşaldılması işləri ehtiyatla yerinə yetirilməli, taraların zədələnməsinə, zəhərli kimyəvi maddələrin dağıdılmasına yol verilməməlidir.

7. Zəhərli kimyəvi maddə torpağa və ya maşına dağılarsa, dərhal Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarına sahibkar tərəfindən müraciət olunmalı və bu maddələr xüsusi üsullarla zərərsizləşdirilməlidir.

8. Alovlana bilən zəhərli kimyəvi maddələr yanğınsöndürən cihazla təmin edilmiş üstü dəmirlə örtülü maşında daşınmalıdır.

9. Sahibkar zəhərli kimyəvi maddələri bu məqsəd üçün tikilən   texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi anbarlarda saxlamalıdır. Anbarlar yanğınsöndürənlərlə, su, qum və digər inventarlarla təmin olunmalıdır və məcburi havadəyişən qurğular quraşdırılmalıdır.

Anbarlar adətən dəmiryola yaxın, açıq, hasarlanmış yerlərdə yerləşir və bu yerlər xüsusi quruluşa malik olaraq, torpağın, yeraltı suların və havanın çirklənməsinə imkan yaratmamalıdır.

10. Zəhərli kimyəvi maddələrin yığılması və boşaldılması işləri mexanikləşdirilməlidir. İstifadə edilən vəsaitlər anbarlardan yığışdırılaraq ayrıca yerlərdə təmizlənərək saxlanılmalıdır.

11. Zəhərli  kimyəvi  maddələr saxlanılan anbarlar aşağıdakı tələblərə cavab verməlidir:

11.1. yaşayış məntəqələrindən, heyvanlar saxlanılan yerlərdən və taxıl anbarlarından azı 500 metr, su mənbələrindən isə 2000 metr uzaqda və bu tikililərə nisbətən külək tutmayan tərəfdə yerləşdirilməlidir;

11.2. geniş, işıqlı , quru, divarları və tavanı asan yuyulan, döşəməsi hamar olmalıdır;

11.3. zəhərli kimyəvi maddələri saxlamaq üçün yeri, onları çəkmək və ölçmək üçün müxtəlif vəsaitləri olmalıdır;

11.4. ən azı iki otaqdan ibarət olmalı, onlardan biri zəhərli kimyəvi maddələrin saxlanılması və buraxılması, digəri isə onların qeydiyyatının aparılması və xüsusi geyimlərin saxlanılması üçün təchiz edilməlidir;

11.5. fiziki-kimyəvi xassəsinə, toksikliyinə və yanğın təhlükəlilik dərəcə sinə görə zəhərli kimyəvi maddələrin xassəsi nəzərə alınmaqla, anbar otağı bir neçə bölmədən ibarət olmalıdır;

11.6. effektli ventilyasiya olunmalıdır;

11.7. zəhərli kimyəvi maddələr saxlanılan sahələr gündə 2-3 dəfə havalandırılmalı və orada havanın temperaturu 18-20°C olmalıdır;

11.8.  hər gün yığışdırılmalı və havası dəyişdirilməli, sanitar-məişət hissələri, paltar asılan yerləri və duşları isə vaxtaşırı dezinfeksiya edilməlidir;

11.9.  kağız və sintetik torbalarda, taxta yeşiklərdə, ağac və metal barabanlarda, flyaqalarda   qablaşdırılmış zəhərli kimyəvi maddələr yan-yana qoyulmuş taxta altlıqlar üzərinə yığılmalıdır;

11.10.           zəhərli kimyəvi maddələri rütubətdən qorumaq üçün   aşağı altlıq döşəmədən 20-25 santimetr hündür olmalıdır;

11.11. zəhərli kimyəvi maddələri yığmaq üçün taxta rəflərin hündürlüyü torba taralar üçün 4,5 metrdən, taxta yeşik, metal, ağac barabanlar üçün isə 3 metrdən hündür olmamalıdır;

11.12. stellaj və rəflərə yaxınlaşmaq üçün əlverişli şərait olmalıdır;

11.13. saxlanılan zəhərli kimyəvi maddələrin qruplarını müəyyən etmək üçün taraların üzərinə insektisid və akarisidlərdə - qara, fungisidlərdə - yaşıl, toxum dərmanlayıcılarda - göy, defolyantlarda - ağ, zoosidlərdə - sarı, herbisidlərdə isə qırmızı zolaq çəkilməlidir;

11.14. lazımi inventar və avadanlıqlarla təchiz olunmalıdır.

12. Sahibkar zəhərli kimyəvi maddələri saxladığı anbarlarda yanğın əleyhinə müvafiq qaydalara riayət etməlidir.

13. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən zavodda doldurulmuş qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır:

istehsalçının adı;

əmtəə nişanı;

zəhərli kimyəvi maddənin adı;

təsiredici maddənin faizi;

zəhərli kimyəvi maddənin qrupu;

təhlükəlilik nişanı;

zəhərli kimyəvi maddənin çəkisi;

partiya nömrəsi;

hazırlandığı tarix;

yanğından və partlayışdan təhlükəsizlik göstəriciləri.

14. Zəhərli kimyəvi maddələr yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.

15. Anbara daxil olan və anbardan buraxılan bütün zəhərli kimyəvi maddələr haqqında məlumatlar anbarda saxlanılan xüsusi qeydiyyat kitabında yazılır. Anbara müxtəlif zəhərli kimyəvi maddələr daxil olduqca, onların qeydiyyatı üçün müvafiq səhifə ayrılmalıdır.

16. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlarda siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır. Anbardar zəhərli kimyəvi maddələr buraxılan və qəbul edilən zaman anbarda olmalıdır. Başqa şəxslərin anbara daxil olması   qadağandır.

17. Zəhərli kimyəvi maddələr anbardan zavoda istehsal edilmiş qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə uyğun aparılmalıdır.

18. Mənşə və uyğunluq sertifikatları olmayan, standartlara uyğun gəlməyən, insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən zəhərli kimyəvi maddələrin daşınması və saxlanmasına yol verilmir.

19. Zəhərli kimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun olaraq onların daşınmasında və saxlanılmasında texniki təhlükəsizliyə və əməyin mühafizəsinə cavabdehlik daşıyırlar.

20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanmasında sahibkar tərəfindən mövcud reqlamentə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır.

Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:

sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);

nəzarətin aparılmasının səbəbləri və müddəti;

yoxlamanın nəticələri.

Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür.

Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada aidiyyəti orqanlara şikayət edə bilər.

 

 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHıSı

 

  1. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHıSı

 

 

[1] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları"nın 18-ci bəndində "Agentliyinə" sözü "Komitəsinə" sözü ilə əvəz edilmişdir.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45