• 09.10.2018 / Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 05.10.2018 / ASTARADA MEYVƏ VƏ SİTRUS BAĞLARINDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ OLUNUB
  • 03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 03.10.2018 Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 28.09.2018 / Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti BMT-nin tədbirində çıxış edib
  • 27.09.2018 / Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb

15 Oktyabr 2018
Dont risk

Nazirlər Kabinetinin qərarları

"Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət fitosanitar nəzarətini həyata keçirən vəzifəli şəxslərinin xüsusi vəsiqəsinin nümunəsi və fərqləndirici nişanlı geyim formasının nümunəsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 oktyabr tarixli 203 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 3-cü bəndi və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 fevral tarixli 17 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2005-ci il 29 iyun tarixli 122 nömrəli qərarının 12-ci bəndi çıxarılsın.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 fevral 2007-ci il

№ 29

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə

 

Q A Y D A S ı

 

ı. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formalarını və təmin edilməsini müəyyən edir.

1.2. Dövlət Xidmətinin işçilərinin vəzifə səlahiyyətlərini yerinə yetirərkən fərqləndirici nişanı olan geyimini geyinmək hüququ vardır.

1.3. Bu Qaydaya riayət etmək Dövlət Xidmətinin işçiləri üçün məcburidir. Geyim formasının bütün əşyaları qəbul edilmiş təsvir və qaydaya uyğun olmaqla normal vəziyyətdə saxlanmalıdır.

1.4. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Dövlət Xidmətinin rəisinin əmri ilə tənzimlənir.

1.5. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin təchizatı hər il dövlət büdcəsində Dövlət Xidmətinin və onun tabeliyində olan təşkilatların saxlanması xərcləri və maddi-texniki təminatı üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Dövlət Xidmətinin bu sistemdən əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

 

ıı. DÖVLƏT XİDMƏTİNİN İŞÇİLƏRİNİN FƏRQLƏNDİRİCİ NİŞANı OLAN

GEYİM FORMASıNıN TƏSVİRİ VƏ ONUN TƏMİN EDİLMƏSİ

 

2.1. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin təsviri:

Qış dəsti - tünd göy rəngli parçadan furajka, papaq (dairəvi şlyapa), tünd göy rəngli palto, gödəkcə, tünd göy rəngli pencək və şalvar (yubka), uzunqol pambıq parçadan ağ və ya göy-mavi rəngli köynək, tünd göy rəngli qalstuk, qalstuk üçün sancaq, qara rəngli corab və əlcək, ağ rəngli şərf və isti içlikli qara rəngli uzunboğaz çəkmədən ibarətdir.

Yay dəsti - tünd göy rəngli parçadan furajka, tünd göy rəngli parçadan şalvar və göy-mavi rəngli üst köynək, ağ rəngli qısaqol köynək, qara rəngli corab və ayaqqabıdan ibarətdir.

2.2. Furajka - tünd göy rəngli müvafiq kostyumluq parçadan tikilir. Üst tərəfində ensiz tünd yaşıl zolaq, ortasının kənarında eni 50 mm olan tünd yaşıl rəngli məxmərdən zolaq vardır. Günlüyü qara rənglidir və laklanmışdır, iki kiçik düymə ilə bərkidilmiş qızılı rəngli toxunma qaytanı və Dövlət Xidmətinin embleminin təsviri olan kokardası vardır.

Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və onun müavinləri üçün furajkanın kokardasının sağ və sol hissəsində toxunma dəfnə yarpağı nişanı vardır.

Papaq - tünd göy rəngli, qulaqlı, içlikli, ön tərəfdə ortada Dövlət Xidmətinin embleminin təsviri olan kokardası vardır.

2.3. Palto - tünd göy rəngli yun parçadandır. Üzərində bir sırada yerləşən 3 ədəd iri düymə, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri vardır. Qolun aşağı arxa hissəsində bir sırada yerləşən 3 ədəd kiçik düymələr vardır, arxadan bel hissəsində 2 ədəd iri düymə ilə bərkidilmiş kəmərciyi olur. Paltonun çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişanı vardır.

Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və müavinləri üçün paltonun yaxalığının sağ və sol tərəfində qızılı toxunma dəfnə yarpağı nişanı vardır.

2.4. Gödəkçə - sukeçirməyən tünd göy rəngli parçadandır. Bir bortludur, üstlükləri qatlanan iki döş və iki yan cibləri vardır. Yaxası "molniya" tipli zəncirbəndlə və parça ilə örtülmüş bir sırada yerləşən 4 ədəd iri düymə ilə açılıb bağlanır. Çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və müavinləri üçün gödəkçə qara rəngli olur, içliyi və yaxalığı xəzdəndir.

2.5. Plaş - tünd göy rəngli parçadandır, bir bortludur, hər iki tərəfdən düz yerləşdirilmiş qatlanan yan cibləri, üstündə bir sırada yerləşən, parça ilə örtülmüş 4 ədəd iri düymələri, eyni parçadan tikilmiş bel kəməri vardır. Plaşın çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və onun müavinləri üçün plaşın yaxalığında sağ və sol tərəfdə qızılı rəngli toxunma dəfnə yarpağı nişanı vardır.

2.6. Pencək - tünd göy rəngli parçadandır, bir bortludur, arxası bütövdür, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üstündə bir sırada yerləşən 3 ədəd iri düymələri, qatlanan yaxalığının sağ və sol tərəfində isə 1 ədəd iri düyməsi vardır. Qolunun aşağı arxa hissəsində bir sırada yerləşən, 3 ədəd kiçik düymələr vardır. Pencəyin çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və onun müavinləri üçün pencəyin qollarının aşağı hissəsində qızılı rəngli toxunma zolaq, pencəyin qatlanan yaxalığında sağ və sol tərəfdən qızılı rəngli toxunma dəfnə yarpağı nişanı vardır.

2.7. Şalvar - tünd göy rəngli parçadan, düzünə tünd yaşıl kantlı və manjetsiz tikilir.

2.8. Üst köynək - göy-mavi açıq yaxalıqlı olmaqla döş hissəsində 2 ədəd qapalı üst cibli, aşağı bel hissəsi və qolları manjetlidir. Köynəyin qabaq hissəsində 4 ədəd iri düymələri, cib qapaqlarında 1 ədəd və qolun manjetində və aşağı bel hissəsinin manjetində 2 ədəd kiçik düymələri vardır. Üst köynəyinin çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

2.9. Köynək - uzunqol və qısaqol olmaqla ağ və ya göy-mavi rəngdədir. Yay köynəyinin çiyinlərində çiyinüstü fərqləndirici nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyimin Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan olur.

2.10. Qalstuk - tünd göy rəngdədir. Qalstuk üçün sancağın üstündə Dövlət Xidmətinin emblemi vardır.

2.11. Qadınlar üçün qış və yay geyim dəstlərində palto, plaş, pencək, üst köynək, uzunqol və qısaqol köynək forması eyni olmaqla, sol tərəfə düymələnir və Dövlət Xidmətinə aid olduğunu bildirən qolüstü nişan geyimin sağ qolunda olur. Furajka və papaq dairəvi tünd göy rəngli şlyapa ilə, şalvar isə yubka ilə əvəz edilir.

2.12. Geyim formasında istifadə edilən düymələr qızılı rəngli metaldan hazırlanır, diametrləri 20 (iri) və 13 mm (kiçik) olmaqla üzərində Dövlət Xidmətinin embleminin təsviri olur.

2.13. Uzunboğaz çəkmə - isti içlikli qara rəngli, üstü yumşaq, altlığı göndən və ya digər materialdan olur.

2.14. Ayaqqabı - qara rəngli, üstü yumşaq, altlığı göndən və ya digər materialdan olur.

2.15. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyimi aşağıdakı müddətlərə təmin edilir:

palto, gödəkçə, plaş, şərf- 5 il;

pencək, şalvar (yubka) - 4 il;

furajka, papaq (dairəvi şlyapa), əlcək - 3 il;

üst köynək, köynək (uzunqol və qısaqol - hər birindən 2 ədəd), qalstuk,

uzunboğaz çəkmə - 2 il;

ayaqqabı - 1 il;

qalstuk üçün sancaq - müddətsiz.

 

ııı. DÖVLƏT XİDMƏTİNİN İŞÇİLƏRİNİN FƏRQLƏNDİRİCİ NİŞANı

OLAN GEYİMİNİN ÇİYİN NİŞANLARı, EMBLEMİ VƏ QOLÜSTÜ NİŞANı

 

3.1. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin çiyinüstü nişanlarının uzunluğu 140-160 mm, eni 50 mm olmaqla dördkünc, kənarları isə girdə formadadır. Çiyinüstü nişanın yeri geyimin parçasının rənginə nisbətən açıq rəngdə olmaqla kənarlarına hər tərəfindən tünd göy rəngli qaytan vurulur.

Çiyin nişanı yuxarı hissədə kiçik düymə ilə geyimə bərkidilir. Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi və onun müavinləri üçün çiyin nişanının yeri mavi sapla toxunur.

3.2. Dövlət fitosanitar nəzarətini yerinə yetirən Dövlət Xidmətinin işçiləri tutduğu vəzifəyə uyğun olaraq çiyinüstü nişanlarla fərqlənirlər.

3.3. Dövlət Xidmətinin rəisi - Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişinin çiyin nişanının üzərində 26 mm diametrində naxışlı səkkizguşəli iki ulduz bərkidilir.

3.4. Dövlət Xidmətinin rəis müavinləri - Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi müavinlərinin çiyin nişanının üzərində 26 mm diametrində naxışlı səkkizguşəli bir ulduz bərkidilir.

3.5. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbəri - Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişinin çiyin nişanının üzərində 22 mm diametrində naxışlı, səkkizguşəli üç ulduz bərkidilir.

3.6. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbərinin müavinləri - Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişi müavinlərinin çiyin nişanının üzərində 22 mm diametrində naxışlı, səkkizguşəli iki ulduz bərkidilir.

3.7. Dövlət Xidmətinin rayon və şəhər karantin məntəqələrinin rəhbərləri - rayon və şəhər dövlət fitosanitar müfəttişlərinin, respublika bitki mühafizə mərkəzinin, bitkilərin karantin ekspertizası laboratoriyasının, fumiqasiya mərkəzinin, dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin rəhbərləri - dövlət fitosanitar müfəttişlərinin çiyin nişanının üzərində 20 mm diametrində naxışlı, səkkizguşəli bir ulduz bərkidilir.

3.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən digər vəzifəli şəxslərə və fitosanitar mütəxəssislərinə tutduğu vəzifələrə uyğun olaraq dövlət fitosanitar müfəttişi adı verilə bilər.

Dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən vəzifəli şəxslərə müvafiq olaraq bu Qaydanın 3.5-3.7-ci bəndlərində göstərilən geyim formasının çiyin nişanları verilir.

Dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən fitosanitar mütəxəssislərinə dövlət fitosanitar müfəttişi adı verilərkən, onların geyim formasının çiyin nişanının üzərində 13 mm diametrində naxışlı səkkizguşəli üç ulduz bərkidilir.

3.9. Çiyin nişanlarında bərkidilən ulduz qızılı metaldan hazırlanır, mərkəz xətti istiqamətində uzununa bərkidilir.

3.10. Dövlət Xidmətinin emblemi əklil şəklindədir. Əklilin mərkəzində ilan sarılmış sünbül gövdələri təsvir olunmuşdur.

3.11. Dövlət Xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin sol qolunun yuxarı hissəsində Dövlət Xidmətinə aid olunduğunu bildirən qolüstü nişanı vardır.

Qolüstü nişan qalxanabənzər formada olmaqla, kənarı tünd yaşıl rəngli parçadandır, qızılı rəngli toxunma dəfnə ağacının iki ədəd yarımdairəvi budağı yerləşdirilir, budaqların (dairənin) ortası açıq yaşıl rəngli parçadan tikilir, ortasında qızılı rəngli ilan sarılmış sünbül gövdələri toxunur.

Qolüstü nişanın yuxarı hissəsində "Azərbaycan Respublikası" sözləri vardır. Bu sözlərin altında Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunur. Dövlət Bayrağının altında mərkəzdə "KTN", dəfnə yarpağının budaqlarının kənarında dairəvi "Dövlət Fitosanitar Nəzarəti Xidməti" sözləri həkk olunur.[1]

Qolüstü nişan qolun yuxarı nöqtəsindən 70 mm məsafədə tikilir.

 

ıV. DÖVLƏT XİDMƏTİNİN İŞÇİLƏRİNİN XÜSUSİ VƏSİQƏLƏRİNİN

FORMALARı VƏ ONLARıN VERİLMƏSİ

 

4.1. Dövlət Xidmətinin işçilərinin xüsusi vəsiqəsi (bundan sonra - vəsiqə) 7sm x 10sm ölçülü cilddən ibarətdir. Vəsiqə qırmızı rəngdədir, onun üstündə yuxarıda "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi" sözləri, ortada qızılı rəngli Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağıda isə "Dövlət Fitosanitar Nəzarəti Xidməti" sözləri həkk olunur.

4.2. Vəsiqənin birinci səhifəsində, sol tərəfin yuxarı küncündə 3sm x 4sm ölçülü fotoşəkil üçün yer, ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, onun altında pillə-pillə "Xüsusi vəsiqə", "№" və "___"________200__ ilədək etibarlıdır" sözləri həkk olunur.

Fotoşəkil üçün müəyyən olunmuş yerin altında "MY" işarələri göstərilir.

4.3. Vəsiqənin ikinci səhifəsinin yuxarı hissəsində "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti" sözləri yazılır və altından xətt çəkilir. Xəttin altında Dövlət Xidmətinin işçisinin soyadı, adı, atasının adı və tutduğu vəzifəsi yazılır.

4.4. Vəsiqənin ikinci səhifəsinin aşağı hissəsində Dövlət Xidməti rəhbərinin imzası üçün yer ayrılır.

Dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin və fitosanitar mütəxəssislərinin vəsiqələri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən imzalanır.

Vəsiqə imzalandıqdan sonra gerbli möhürlə təsdiqlənir.

4.5. Vəsiqə 3 il müddətinə verilir.

4.6. Vəsiqə Dövlət Xidmətinin işçilərinə vəzifəyə təyin olunduqda, xidməti üzrə vəzifə dəyişdikdə, işçinin adı və soyadı dəyişdikdə, vəsiqənin etibarlılıq müddəti bitdikdə verilir.

4.7. Vəsiqənin verilməsi və geri alınması barədə Dövlət Xidməti müvafiq jurnalda qeydiyyat aparır.

4.8. Vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə, onun sahibi bu barədə yazılı bildirişlə dərhal Dövlət Xidmətinin rəhbərliyinə məruzə etməlidir. Rəhbərlik bu kimi hallar baş verdikdə, təqsirkar şəxslərin intizam qaydasında məsuliyyətini müəyyən edir.

4.9. Dövlət Xidmətinin işçiləri başqa vəzifəyə keçirildikdə və ya qanunvericiliklə müəyyən olunmuş qaydada tutduğu vəzifədən azad olunduqda vəsiqə Dövlət Xidmətinin kadrlar bölməsinə təhvil verilir.

Təhvil verilmiş vəsiqə müvafiq qaydada aktlaşdırılaraq məhv edilir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHıSı

 

1. 17 yanvar 2014-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 yanvar 2014-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 61)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHıSı

 

[1] 17 yanvar 2014-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 yanvar 2014-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 61) ilə 3.11-ci bəndinin üçüncü abzasının ikinci və üçüncü cümlələrində “Bayrağı” və “Bayrağın” sözləri müvafiq olaraq “Dövlət bayrağı” və “Dövlət Bayrağının” sözləri ilə əvəz edilmişdir.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45