• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Karantin baxışı

Karantin baxışı üzrə

Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri Azərbaycan Respublikası Prezdentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında “ 23 oktyabr 2004-ci il tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmış və Kənd Təsərrüfatı Nazirliyi yanında   Dövlət Fitosanitar Nəzarət Xidmətinin tabeliyində fəaliyyət göstərirlər.     

Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələrinin əsas vəzifələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi, nümunələrin götürülərək aidiyyəti üzrə təqdim edilməsi, zərərsizləşdirmə tədbirlərinin təşkil edilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinin görülməsi,ölkənin fitosanitar karantin vəziyyətinin hazırlanması üçün məlumatların toplanması və s. ibarətdir.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin tabeliyində Ağstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran,  Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri  mövcuddur.

Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər.

Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45