• 17.04.2019 / Sabirabad rayonunda Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı toplantı keçirilib
  • 16.04.2019 / Taxılçılıq rayonlarında zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
  • 09.04.2019 / LƏNKƏRANDA ÇILPAQ İLBİZLƏRƏ QARŞI MÜBARİZƏ BAŞLAYIB
  • 09/04.2019 / Şəki rayonunda alaq otlarına və taxıl böcəyinin süfrələrinə qarşı davamlı mübarizə aparılır
  • 18.03.2019 / RESPUBLİKA ƏRAZİSİNDƏ SİÇANABƏNZƏR GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.02.2019 / Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir

21 Aprel 2019
Dont risk

Zərərsizləşdirmə (fumiqasiya)

Beynəlxalq Bitki Mühafızəsi Konvensiyasına, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Naziıiər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”na uyğun olaraq ixrac, idxal və istehsal edilən zərərli orqanizmlərlə sirayətlənmə təhlükəsi olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı yerlərində müxtəlif növ məhsulların, malların və nəqliyyat vasitələrinin xüsusi fumiqantlarla zərərsizləşdirilməsi fıziki və hüquqi şəxslər üçün məcburidir və fıtosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mövcud Qanun, qaydalar və digər normativ hüquqi aktlara əsasən karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Xidmətin xüsusi təlimatlandırılmış, bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən ikitərəfli bağlanmışş müqavilə əsasında həyata keçirilir və qeyri - dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45