• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Struktur

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram: [1]

1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 1).

2.  (Qüvvədən düşüb)[2]

3.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 3).

4.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 4).

5.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 5).

6.  "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə təsdiq edilmiş əlavə № 2 - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı"nın 10-cu və 11-ci bəndlərində "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

7.  Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin:

7.1.  "Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;

7.2.  "Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı;

7.3.  "Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;

7.4.  "Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli 275 nömrəli Fərmanı.

8.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say həddini bir ay müddətində müəyyən etsin; [3]

8.2.  normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3.  bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;

8.4.  Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9.   Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı səhəri, 20 aprel 2005-ci il

                 № 226

ƏLAVƏ 4

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında

 

ƏSASNAMƏ

 

ı. ÜMUMİ MÜDDƏALAR

1.   Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (bundan sonra - Dövlət Xidməti) Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

2. Dövlət Xidməti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

3.      Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, əmr və qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

4.      Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

5.      Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6.  Dövlət Xidmətinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

7.  Dövlət Xidməti Bakı şəhərində yerləşir.

ıı. DÖVLƏT XİDMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ

8.   Dövlət Xidmətinin əsas vəzifələri aşağıdakılardır:

8.1. qanunvericiliyə müvafiq olaraq bitki mühafizəsi və karantini sahəsində dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;

8.2. bitkiçilikdə pestisidlərin, bioloji və başqa preparatların tətbiqi qaydalarını müəyyən etmək, bitki mühafizəsi üzrə normativ sənədlərin layihələrini hazırlamaq;

8.3.  torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən kimyəvi, aqrotexniki, bioloji, təşkilati və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;

8.4.  karantin obyekti mənbələrini vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün tədbirlər görmək;

8.5.  Azərbaycan Respublikasının ərazisinə karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin daxil olmasına nəzarət etmək;

8.6.  qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

ııı. DÖVLƏT XİDMƏTİNİN ƏSAS FUNKSİYALARı

9. Dövlət Xidməti qanunvericiliklə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün karantin və qanunvericiliklə müəyyən edilmiş digər məhdudiyyətlərin qoyulması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır;

9.2. karantin obyektlərinin siyahısını hazırlayır, müəyyənləşdirilmiş ərazidə fitosanitar karantin rejimini tətbiq edir, karantinin qoyulması və götürülməsi barədə təkliflər verir;

9.3.  Azərbaycan Respublikasının ərazisində bitkilərin ziyanverici və xəstəliklər, habelə alaq otları ilə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək məqsədilə müşahidələr aparır;

9.4.  qanunvericiliyə müvafiq olaraq pestisidlərin və digər preparatların idxalına və ixracına öz səlahiyyətləri daxilində nəzarət edir;

9.5.  karantin nəzarətində olan yüklərin idxalı və ixracı zamanı aşkar olunmuş karantin orqanizmlərinin zərərsizləşdirilməsi (fumiqasiya) tədbirləri görür;

9.6.  karantin nəzarətində olan bitki və bitki mənşəli məhsulların, meşə və dekorativ (bəzək) bitkilərin toxumlarının, əkin materiallarının, bitkilərin və onların hissələrinin (çilik, ting, soğanaq, kök yumruları, meyvələr və«s.), karantin obyektlərini yaya bilən digər bitki mənşəli məhsulların ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına, yaxud Azərbaycan Respublikasının ərazisində daşınmasına, təkrar ixracına və dövriyyəsinə idxal karantin icazəsi , təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatı verir; [33]

9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) dəniz, çay limanları ərazilərində, hava limanlarında, dəmir yol stansiyalarında, poçtamtlarda, elevatorlarda, anbarlarda, gəmilərdə, sərnişin qatarlarında, mülki təyyarələrdə, kənd təsərrüfatı bitkilərinin əkin sahələrində, təcrübə, elmi tədqiqat, sort-sınaq sahələrində, təsərrüfatlarda, həyətyanı sahələrdə, tinqliklərdə, üzümlüklərdə, bağlarda, çoxillik əkmələrdə, otlaqlarda, meşə qoruqlarında ticarət, emal müəssisələrində və digər bitki karantini obyektlərində karantin yoxlanışlar aparır; [34]

9.8.   Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışını keçirir və laboratoriya ekspertizasını aparır;[35]

9.9.   pestisidlərin və bioloji vasitələrin istehsalına, saxlanmasına, satışına və tətbiqinə, eləcə də zərərli kimyəvi maddələrin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem əlavələrində və torpaqda qalıq miqdarına dövlət nəzarətini həyata keçirir;

9.10.  bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət strukturları ilə birgə fəaliyyət göstərir;

9.11.  karantin zonasından Dövlət Xidmətinin icazəsi olmadan çıxarılmış karantin nəzarətində olan yüklərin geri qaytarılmasını, zərərsizləşdirilməsini və qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməsini həyata keçirir;

9.12.  pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların dövlət sınağının, qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının hazırlanmasında iştirak edir;

9.13.  bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin saxlanılması, daşınması və istifadəsi texnologiyasının və reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün səlahiyyətli dövlət orqanlarına göndərir;

9.14.  Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün müvafiq proqramlar və xərc smetaları tərtib edir və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

9.15.  büdcə vəsaitinin istifadəsi barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;

9.16.  işçilərinin peşəkar hazırlığı və əlavə təhsili ilə bağlı zəruri tədbirlər həyata keçirir; [36]

9.17.  Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatında dövlət karantin və bitki mühafizə tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin edir;

9.18.     səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr qurur;

9.19.     qanunvericiliyə müvafiq olaraq xidmətin fəaliyyəti dövründə yaranmış arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanmasını, uçotunu və istifadəsini təşkil edir;

9.20.          qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

ıV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARı

10. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1.          qanunvericiliklə, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada müvafiq fəaliyyət sahələrində ekspertiza, tədqiqat, qiymətləndirmə işlərinin aparılmasını, nümunələrin götürülməsini, baxış və nəzarət altında olan materialların və obyektlərin yoxlanılmasını həyata keçirmək; [37]

10.2.  fitosanitar fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq etmək;

10.3.sanitariya, gigiyena qaydalarına və təhlükəsizlik texnikasına uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan etmək;

10.4.mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, təşkilatların və təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və əkin materialları saxlanılan anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində fıtosanitar vəziyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;

10.5.mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, təşkilatlardan, torpaq mülkiyyətçilərindən və istifadəçilərindən əkin sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin toxum və əkin materiallarının fitosanitar vəziyyəti, habelə ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə tədbirləri haqqında lazımi məlumatların verilməsini tələb etmək;

10.6.gömrükxanaların, dəmir yolu stansiyalarının, avtovağzalların, hava, dəniz və çay limanlarının, poçtamtların müdiriyyətindən qanunvericiliklə müəyyən edilmiş qaydada karantin tətbiq edilən yüklər barədə məlumat tələb etmək və həmin yüklərin sənədləri ilə tanış olmaq;

10.7.qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin və digər bitki mühafizə preparatlarının istehsalının, satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

10.8.bitki mühafizəsi və karantini sahəsində qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərin, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

10.9.Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılan məqsədli büdcə vəsaitinə sərəncam vermək;

10.10. qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

 

V. DÖVLƏT XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

11. Dövlət Xidmətinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.[38]

12. . Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə şəxsən məsuliyyət daşıyır.

13.   Dövlət Xidməti rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

14.. Dövlət Xidmətinin rəisi:

14.1. Dövlət Xidmətinin işini təşkil edir və oha rəhbərlik edir;

14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla Dövlət Xidməti aparatının ştat cədvəlini və tabeliyində olan müəssisə və təşkilatların xərc smetaların təsdiq edir;

14.3. Dövlət Xidmətinə daxil olmuş təkliflərə, vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxır;

14.4. Dövlət Xidməti aparatının işçilərini və səlahiyyətləri daxilində tabeliyində olan müəssisə və təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Xidmətinə ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarmı təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

14.6. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Xidmətinə ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

14.7. tabeliyində olan təşkilatlarda mühasibat uçotu və hesabatı işlərinin düzgün aparılmasına nəzarət edir;

14.8. tabeliyində olan təşkilatlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

14.9. Dövlət Xidmətini bütün dövlət və ictimai təşkilatlarda, idarə və müəssisələrdə, məhkəmələrdə vəkalətnaməsiz təmsil edir.

15.  Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə baxılmaq və təkliflər hazırlamaq, müasir elmi nailiyyətlərin tətbiqi üzrə tövsiyələr hazırlamaq məqsədilə Dövlət Xidmətində tərkibi alim və mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.

16.  Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan geyim forması və xüsusi vəsiqələri vardır.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45