• 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB
  • 23.10.2017/ İXRAC EDILƏN POMIDOR MƏHSULLARINA YENI TƏLƏBLƏR
  • 19.10.2017/İtaliyadan idxal edilmiş dekorativ bitkilər məhv edilmişdir

25 Noyabr 2017
Dont risk

BEYNƏLXALQ LAYİHƏLƏR

2003-2005-ci illərdə FAO-nun maliyyə dəstəyi ilə “Fəaliyyət vasitələri və kompüterləşdirilmiş bitki karantininin idarəçiliyi sistemi” və “Müasir fitosanitariya tədbirləri və prosedurları” adlı layihələr  (TCP/AZE/2801, TCP/AZE/2901) yerinə yetirilmişdir.
2004-cü ildə Türkiyə Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən (TİKA) karantin ekspertizası laboratoriyasının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində texniki yardım göstərilmiş,fumiqasiyanın təşkili və bitki karantini sahəsində müfəttişlər üçün treninq təşkil edilmiş və iştirakçılara müvafiq sertifikatlar verilmişdir.

2008-ci ildə ‘‘Azərbaycanda bitki mühafizəsinin vəziyyətinin statusu haqqında‘‘qısa müddətli layihə həyata keçirilmişdir.

2009-cu ilin dekabr ayında Bakı şəhərində Dünya Bankının, Niderlandın “TauW  bv”, “Milleukontakt  İnternational”  şirkətinin, Danimarkanın  “COWİ” və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilərin (DÜÇ) ləğv edilməsi üçün layihənin hazırlanması, Hazırlıq və Xəzər regionunda əlaqələndirmə”  üzrə reqional seminar və treninqlər keçirilmişdir.

FAO və İCARDA-nın təşkilatçılığı ilə buğdanın gövdə pas xəstəliyinin- “Uqaнda  99”  rasının yayılma ehtimalını dəqiqləşdirmək məqsədilə 23-26 noyabr 2009-cu il tarixlərində Bakıda beynəlxalq seminar keçirilmişdir.
FAO  ilə uğurlu əməkdaşlıq əsasında “Qafqazda və Mərkəzi Asiya ölkələrində miqrasiya edən və digər növ  çəyirtkəkimilərin idarə edilməsinin yaxşılaşdırılması” layihəsi davam etdirilir.
FAO-nun dəstəyi ilə hazırlanmış “Mərkəzi Asiya və Türkiyədə pestisidlərin və zərərvericilərin idarə edilməsinə təşəbbüs” layihəsinə baxılması davam etdirilir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45