• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Rəis

Ələddin Qismət oğlu Eyvazov

Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakultəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.

Ə.Eyvazov 1991-1994-cü illərdə Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 21 iyun 2018-ci ildən hal-hazıradək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışır. O, işlədiyi müddətdə özünü yüksək səviyyəli mütəxəssis, təcrübəli rəhbər kimi aparmış və kollektivin dərin hörmətini qazanmışdır.

2001-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi(aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi və dosent elmi adını almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə.Eyvazov respublikada bitkiçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür.

41 elmi əsərin, 52 informasiya bülleteninin(bukletin), 3 rəngli albomun, 2 metodik vəsaitin, 1 sortun müəllifi, 2 kitabın elmi redaktoru, 1 kitabın rəyçisidir.

Kitabları:

  1. Kartofçuluq, Bakı-2004
  2. Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007
  3. Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008
  4. Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası,toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008
  5. Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011
  6. Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014
  7. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015
  8. Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015
  9. Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016
  10. Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017.
  11. Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45