• 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 05.09.2017 / ELAN: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti A Ç I Q T E N D E R E L A N E D İ R
  • 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR

21 Sentyabr 2017
Dont risk

Rəis

Quliyev Camal Alqulu oğlu

15.05.1965-ci ildə Naxçıvan Muxtar  Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Bitki Mühafizəsi fakültəsinə qəbul olmuş və 1987-ci ildə həmin  fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1987-1990-illərdə Sankt-Peterburqda yerləşən Ümumittifaq Bitki Mühafizəsi İnstitutunun aspiranturasında təhsil almış və müdafiə edərək biologiya  elmlər namizədi alimlik dərəcəsi almışdır.            
1990-2002-ci illərdə Elmi-Tədqiqat İnstitutlarında kiçik elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini  vəzifələrində çalışmışdır.                                             
2002-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və Karantini şöbəsində aparıcı müfəttiş vəzifəsində fəaliyyətə başlamışdır.
2005-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bitki mühafizəsi və pestisidlər sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir.                   
2006-2012-ci illərdə Kənd Təsərrüfatı  Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyasının müdiri vəzifəsində işləmiş, 30 mart 2012-ci il tarixdən 24 noyabr 2014-cü il tarixədək Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.     
2011-2013-cü illərdə Azərbaycan Respublikasını “Avropa və Aralıq dənizi ölkələrinin Bitki Mühafizəsi və Karantini təşkilatı”nın İcraiyyə Komitəsində təmsil etmişdir. Kənd təsərrüfatı nazirinin 24 noyabr 2014-cü il tarixli 475 k nömrəli əmrinə əsasən  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
1996-2009-cı illərdə “Azərbaycanda taxıl bitkilərinin entomofaunası və başlıca zərərvericilərə qarşı mübarizənin bioloji əsasları” mövzusunda doktorluq dissertasiyası işini yerinə yetirmişdir. 50-dən artıq elmi əsər, məqalə və 1 kitab müəllifidir.    
Ailəlidir. İki övladı var.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45