• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Nəşrlər

Adi zaqafqaziya taxıl böcəyinin iqtisadi ziyanlı həddinin tətbiqinin iqtisadi səmərəliliyi

C.A.Quliyev, biologiya elmləri namizədi Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Azərbaycanda adi zaqafqaziya taxıl böcəyinə qarşı mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi problemi mürəkkəb və aktualdır. Respublikada bu zərərvericiyə qarşı mübarizədə kimyəvi üsuldan geniş istifadə edilir. Hər il küllü miqdarda vəsaitin sərf edilməsi məhsulun maya dəyərini yüksəltməklə yanaşı, pestisidlərin çoxqat tətbiqi  ətraf mühitin çirklənməsinə səbəb olur. Bu səbəbdən də son illər buğdanın adi zaqafqaziya taxıl böcəyindən mühafizəsinin ekoloji prinsiplərə uyğun təkmilləşdirilməsinə xüsusi diqqət verilir.

       Zərərvericilərə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsinin ilk mərhələsi pestisidlərin əsaslandırılmış tətbiqinə və entomofaqların təsərrüfat səmərələliyinin yüksəldilməsinə şərait yaradan iqtisadi ziyanlı hədlərin (İZH) müəyyənləşdirilməsi  və ya  mövcud  olanların  təkmilləşdirilməsidir. Çünkü, zərərvericilərin vurduqları ziyanın orqanizm səviyyəsində qiymətləndirilməsi, yəni ilk həşəratın və ya zədənin görünməsinin kimyəvi işləmələrin başlanılmasına kifayət etməsi aqrosenozlarda mövcud olan bitki- fitofaq-entomofaq sisteminin davamsızlığına səbəb olur (Suqonyaev, 1967; Qilyarov,1979; Voronin və b.1988; Tanskiy, 1988 ). Qarşıalıcı işləmələr zamanı pestisidlər çox vaxt istifadəsinə ehtiyac olmadan tətbiq edilir.

Tərəfimizdən taxıl böcəyinin zərərvermə qabiliyyətinə dair əldə etdiyimiz nəticələr əsasında zərərvericinin İZH müəyyən edilmişdir. Bu hədd adi taxıl əkinlərində 1m2-da 1,6-2,2 sürfəyə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfəyə bərabərdir (Quliyev,2006, 2007).

Taxıl böcəyinin İZH-nin tətbiqinin iqtisadi səmərəliliyi  Şəki- Zaqatala zonasında təsərrüfat şəraitində öyrənilmişdir. Zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı İZH – nin tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi ümumi qəbuledilmiş metodika üzrə aparılmışdır (Qonçarov və b.,1983). Variantlar arasında ən az əsaslı fərqin qiymətləndirilməsi isə Litll və Xillzin metodikası üzrə aparılmışdır (Litll, Xillz, 1981). Təcrübələr aşağıdakı variantlarda aparılmışdır:

1.qarşıalıcı dərmanlama sistemi (etalon); 2. işləmələr zərərvericinin  tərəfimizdən müəyyən edilmiş İZH əsasında aparılmışdır (yeni variant); 3.nəzarət (kimyəvi dərmanlama aparılmamışdır).

Zərərvericinin 1 m2 – da sayını məyyən etmək üçün 0,1 m2 ( 33x 33 sm ) ölçülü 10 sahədə torpaq 25-30 sm dərinlikdə qazılmış, torpaq diqqətlə baxışdan keçirilərək yumurta və sürfələr sayılmışdır. Məhsul yığımı zamanı hər variantda bitki, gövdə, sünbül və dənlərin sayı hesblanmış, sonra isə 1000 dənin çəkisi, 1m2-da məhsul və ümumi məhsuldarlıq müəyyən edilmişdir.

Sahələrdə zərərvericinin sürfələri oktyabr ayının əvvəllərində müşahidə edilmiş,  lakin  ı  variantda  ilk  kimyəvi  işləmə  15  noyabr  tarixdə  bazudin

 (600 q/l) preparatı ilə 1,5 l/ha hesabı ilə  zərərvericinin 1m2 - da  sayı  orta hesabla 1,3 sürfə olduqda aparılmışdır. Bazudin preparatının bioloji səmərəliliyi 79,1 % təşkil etməklə zərərvericinin sayını azaldaraq 1m2- da  0,3 sürfəyə çatdırmışdır. Havaların şaxtalı keçməsi nəzərə alınaraq təkrar kimyəvi işləmə aparılmamışdır. ıı işləmə 17 mart tarixində sürfələrin 1m2-da sayı 0,5 ədəd olduqda roqor, c (400q/l) preparatı ilə 1,2 l/ha hesabı ilə tətbiq edilmişdir.Preparatın bioloji səmərəliliyi 68,3% təşkil etmişdir.

ıı variantda zərərvericinin sürfələrinin qeydiyyatı aparılarkən müəyyən edildi ki, buğda sahəsinin 42,5%- ində sürfələrin sayı iqtisadi ziyanlı həddə çatmaqla 1m2- da orta hesabla 1,7 sürfə təşkil edir. Sahənin 57,5% - ində sürfələrin sayı orta hesabla 1m2- da 0,8 olmaqla iqtisadi ziyanlı həddən az olmuşdur. Bu fakt nəzərə alınaraq sahənin yalnız 50% - ində 15 noyabr tarixdə bazudinlə (600 q/l ) 1,5 l/ha hesabı ilə kimyəvi işləmə aparılmışdır. Preparatın bioloji səmərəliliyi 80,5% olmaqla sürfələrin sayını azaldaraq 1m2-da 0,3 - ə çatdırmışdır. Sonrakı müşahidələr zamanı sürfələrin sayında artım qeyd edilməsinə baxmayaraq sayları iqtisadi ziyanlı həddə çatmadığı üçün təkrar çiləmə aparılmasına ehtiyac qalmamışdır.

Məhsul yığımı zamanı məhsuldarlıq elementləri müəyyənləşdirilərkən nəzarət variantında digər iki varianta nisbətən azalmalar müşahidələr edildiyinə baxmayaraq etalon və yeni variantların məhsuldarlıq elementləri arasında ciddi fərq aşkar edilmədi, məhsuldarlıq ı - variantda 29,1 sen/ha, ıı- variantda 28,6 sen /ha, ııı variantda isə 20,4 sen / ha alındı ( cədvəl 1).

                                                                                                       Cədvəl 1.

 

Adi zaqafqaziya taxıl böcəyinin İZH – nin tətbiqinin kimyəvi işləmələrin miqdarına təsiri.

 

Variantlar

Kimyəvi işləmələrin sayı

ınsektisid sərfi

Məhsuldarlıq sen/ha  

faktiki

azalmışdır,%-lə

faktikil /ha

azalmışdır,%- lə

1. Etalon

2

---

2,7

---

29,1

2. Yeni

1

50

1,6/2=0,8

70,4

28,5

3. Nəzarət

---

---

---

---

20,4

 

 

      Yeni variantda etalon variantına nisbətən kimyəvi işləmələrin sayının 50 %, insektisid sərfinin isə 70,4% azalmasına baxmayaraq variantların məhsuldarlığı arasında mövcud fərq (0,6 sen/ha)  2,1 % təşkil etməklə statistik etibarsızdır . Bu təsdiq edir ki, zərərvericiyə qarşı mübarizə zamanı İZH- nin tətbiqi nəticəsində kimyəvi işləmələrin sayı və pestisid sərfi azalır, lakin məhsuldarlıq eyni səviyyədə  qalır.  

ı variantda 2 dərmanlama aparılmış, hər hektara 2,7  l pestisid sərf edilmiş və nəticədə 29,1 sen / ha məhsul əldə edilmişdir . ıı variantda isə yalnız əkin sahəsinin 50 %-ində bir kimyəvi işləmə aparılmış, 0,8 l/ha pestisid sərf edilməklə 28,5 sen/ha məhsul əldə edilmişdir. Kimyəvi işləmələrin sayının və insektisid sərfinin kəskin azalmasına baxmayaraq məhsuldarlıq demək olar ki, dəyişilməyib.

Eyni zamanda, etalon variantında nəzarət variantına nisbətən maya dəyəri 9,4 % artmış, mühafizə edilmiş məhsula 132,9 man/ha xərc çəkilmiş və əvəzində təxminən çəkilən xərc qədər 136,8 man/ha şərti xalis gəlir əldə edilmişdir. Yeni variantda isə maya dəyəri 16,1 % azalmış, mühafizə edilmiş məhsula cəmi 61,2 man/ha xərc çəkilmiş və bitki mühafizəsinə xərclənmiş 1 manata 3,15 man. gəlir əldə edilmişdir ( cədvəl 2). 

                                                                                                        Cədvəl 2

Adi  zaqafqaziya taxıl  böcəyinə  qarşı  mübarizədə  İZH – nin  tətbiqinin iqtisadi səmərəliliyi  

Göstəricilər

Ölçü vahidi

      Variantlar

nəzarət

etalon

yeni

Məhsuldarlıq

sen/ha

20,4

29,1

28,6

Məhsulun dəyəri

man/ha

632,4

902,1

886,6

Məhsulun istehsalına çəkilmiş xərclər

×´

305,0

473,5

356,5

Xalis gəlir

×´

327,4

428,6

530,1

1 sentner buğdanın maya dəyəri

man.

14,9

16,3

12,5

Maya dəyərinin azalması

%

-

+9,4

16,1

Rentabellik

×´

107,3

90,5

148,7

Mühafizə edilmiş məhsul

sen/ha

-

8,7

8,2

Mühafizə edilmiş məhsulun  dəyəri

man/ha

-

269,7

254,2

Bitki mühafizəsi xərcləri

×´

-

117,8

46,5

Mühafizə edilmiş məhsulun yığılmasına və daşınmasına çəkilən xərclər

×´

-

15,1

14,7

Mühafizə edilmiş məhsula çəkilən cəmi xərclər

×´

-

132,9

61,2

Bitki mühafizəsindən şərti xalis gəlir

×´

-

136,8

193

Bitki mühafizəsinə xərclənmiş 1 manata düşən gəlir

×´

-

1,03

3,15

                         

Beləliklə, adi zaqafqaziya taxıl böcəyinə qarşı tərəfimizdən işlənilmiş İZH- nə əsasən mübarizə aparılması  kimyəvi mühafizə sistemini rasionallaşdırır və hiss ediləcək iqtisadi səmərə verir. Kimyəvi işləmələrin sayı, pestisid sərfi və məhsulun qorunmasına çəkilən xərclər azalmaqla yanaşı buğda istehsalının rentabelliyi 107,3 % - dən 148,7 % - ə yüksəlir. Buğda sahələrinin taxıl böcəyindən kimyəvi mühafizə edilməsinə çəkilən xərclərdə nəzərə alınmaqla, mühafizə tədbirlərinin təkmilləşdirilmiş sisteminin tətbiqinin illik iqtisadi səmərəsi etalon variantı ilə müqayisədə 56,2 man / ha təşkil edir.

Kimyəvi işləmələrin zərərvericinin İZH - əsasında aparılmasının iqtisadi səmərəliliyi ilə yanaşı ekoloji səmərəliliyi də əhəmiyyətlidir. Buğda aqrobiosenozunda pestisidlərin rasional tətbiqi “ bitki- fitofaq-entomofaq ” sistemində biosenotik əlaqələrin qorunub saxlanılmasına xidmət etməklə zərərvericilərin entomofaq kompleksi tərəfindən təbii tənzimlənmə mexanizmlərinin qorunub saxlanılmasına  şərait yaradır.

 

Ədəbiyyat

 

1. Quliyev C.A.- Azərbaycan şəraitində adi zaqafqaziya taxıl böcəyinin biologiyası və zərərvermə qabiliyyəti // Azərbaycan aqrar elmi, 2006. № 7-8, s. 68-70.  

2. Воронин К. Е., Шапиро Ð’.А., Пукинская Г.А.- Биологическая защита зерновых культур от вредителей Ðœ., 1988. 198с.  

3. Гиляров Н.З., - Биоценология и защита растений .Ð’ кн.:Проблемы защиты растений от вредителей,болезней и сорняков.Ðœ., Колос, 1979. с. 17-26. 

4.Гончаров Н.Р., Пономарева Э.А., Зайцева Ð’.Г., Черкасов Ð’.А.- Методика экономической оценки эффективности мероприятий по защите растений в регионе. Л., 1983.29 с.    5. Гулиев Д.А.- Вредносность хлебной жужелицы // Зашита и карантин растений, 2007.№

5, с.39-40.   

6. Литлл Т., Хилз Ф.- Сельскохозяйственное опытное дело. Ðœ., 1981. 320 с.   

7. Сугоняев Е.С.- Роль энтомофагов в динамике популяций насекомых // Общая биология, 1967. № 28, с. 251-268.

8.Танский В.И.- Биологические основы вредносности насекомых. М., 1988.182 с.

 

 

                                                                    



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45