• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Nəşrlər

С.A. QULİYEV AZƏRBAYCANDA TAXIL BİTKİLƏRİ ZƏRƏRVERİCİLƏRİNİN FAUNİSTİK İCMALı Respublika Bitkilərin Karantin Ekspertizası Laboratoriyası

Taxıl bitkilərinin zərərli entomofaunası, növlərin şaquli zonalar üzrə yayılması və təsərrüfat əhəmiyyəti tədqiq edilmişdir. Taxıl aqrobiosenozunda 10 dəstə və 59 fəsiləyə mənsub 347 növ cücü aşkar edilmişdir ki, onlardan 25 növü Azərbaycanın faunası, 16 növü Naxçıvan MR faunası, 2 növü isə bu aqrosenoz üçün ilk dəfə qeyd edilir. Naxçıvan MR-nın taxıl əkinlərində 223, Şəki- Zaqatala zonasında 253 , Muğan "“ Salyan yarımzonasında isə 242 növ məskunlaşmış, şaquli zonalar üzrə düzənlikdə 261,dağətəyində 311, dağlıq hissədə isə 127 növ yayılmışdır. Aşkar edilmiş cücülərin 11-ini daimi zərərverən, 51-ni vaxtaşırı zərərverən, 248-ni təsərrüfat əhəmiyyəti kəsb etməyən, 37-sini isə təsadüfi növlər təşkil edir.

        Respublikamızın torpaq – iqlim şəraiti yüksək keyfiyyətli  və bol taxıl yetişdirilməsinə imkan verir. Lakin zərərvericilər hər il artıb çoxalaraq, taxıl zəmilərinə ciddi ziyan vurur. Vurulan itkinin qarşısının alınması üçün taxıl bitkilərinin zərərvericilərinin növ tərkibini, qida əlaqələrini, şaquli istiqamətdə yayılmasını, təhlükəli növlərin bioekoloji xüsusiyyətlərinin və təsərrüfat əhəmiyyətini  tədqiq etmək və əldə edilmiş nəticələr əsasında bitkilərin mühafizəsini təkmilləşdirmək vacibdir.

    Respublikamızda taxıl aqrobiosenozunun zərərli entomofaunası qismən A.V.Boqaçev (1941), Ə.Ə. Cəfərov (1949; 1963;1964), A.N. Səmədov (1963), Y.M.Məmmədov (1995), N.B. Mirzəyeva (2003) və digər tədqiqatçılar tərəfindən öyrənilmişdir, lakin bizim tədqiqatlar  başlayana qədər entomofaunanın kompleks halda öyrənilməməsi bu istiqamətdə tədqiqat işlərinin aparılmasına əsas verdi.                           

     Tədqiqatın metodikası. Təcrübələr 1996-2002-ci  illərdə Naxçıvan MR-nın taxıl sahələrində, 2003-2008-ci illərdə Şəki-Zaqatala zonasında və Muğan – Salyan yarımzonasında aparılmışdır. Zərərvericilərin növ tərkibini müəyyən etmək üçün yabanı və mədəni taxıl bitkiləri üzərində rast gəlinən yumurta, müxtəlif yaşlı sürfə  və ya tırtıl, pup və imaqolar yığılmışdır. Zərərvericilərin yığılması metodları və texnikası onların bioloji xüsüsiyyətlərinə, inkişaf xarakterinə  ( açıq və ya gizli, gövdə daxilində və ya sünbüldə) və bitkilərdə yerləşməsinə uyğun seçilmiş, inkişaflarının müəyyən dövrü torpaqda keçən cücüləri aşkar etmək üçün avqustun sonunda, sentyabr və may aylarında  şahmat üsulu ilə 0,25 m2 ölçülü torpaq nümunələri götürülmüş, torpaqda hərəkət edən növlər banka – tutucuların köməyi ilə öyrənilmişdir. Axırırncı halda yarıya qədər 4%-li formalin məhlulu ilə doldurulmuş 0,5 l-lik şüşə bankalar ağzına qədər torpağa basdırılmış, tutucular zibillənməsin deyə üzəri kip olmamaq şərti ilə qəzetlə örtülmüş, cücülərin hesabatı 5-10 gündən bir aparılmışdır. Otluqda və körpə əkinlərdə cücülərin aşkarlanması və nisbi sayının müəyyən edilməsi üçün 30 - 32 sm diametrində entomoloji torbadan istifadə edilmişdir, cücülər hər 10 çalımdan sonra torbadan çıxarılaraq bankaya və ya politelen kisəyə salınmışdır. Bitkilərin gövdə daxili zərərvericilərlə zədələnməsini müəyyən etmək üçün kollanma fazasında nümunələr götürülmüş, tripsləri müəyyənləşdirmək üçün dənin süd və mum yetişmə dövründə  sünbüllər kəsilərək laboratoriya şəraitində onların sayı müəyyən edilmişdir.                                                                                    

   Alınmış nəticələr və  təhlili. Taxıl aqrobiosenozunda aparılan biosenoloji tədqiqatlar nəticəsində 10 dəstə və 59 fəsiləyə mənsub 347 növ cücü aşkar edilmişdir ki,onlardan 25 növü Azərbaycanın, 16 növü Naxçıvan MR-nın faunası, 2 növü isə bu aqrosenoz üçün ilk dəfə qeyd edilir.  Naxçıvan MR-nın taxıl əkinlərində 223, Şəki-Zaqatala zonasında 253, Muğan-Salyan yarımzonasında isə 242 növ qeydə alınmışdır. Cücülərin şaquli istiqamətdə yayılması araşdırılarkən düzənlikdə 261, dağətəyi və dağlıq hissədə isə uyğun olaraq 311 və 127 növün yayıldığı  müəyyən edildi. Dağətəyi ərazinin bitki örtüyü və iqlim şəraiti taxıl aqrobiosenozunda zərərli entomofaunanın növ tərkibinin zənginliyinə səbəb olur. Dağlıq ərazidə isə müxtəlif amillər, xüsusəndə iqlim şəraiti cücülərin məskunlaşmasına mənfi təsir edərək onların növ tərkibini kəskin sürətdə azaldır.

    Taxıl  aqrosenozunda aşkar edilmiş cücülərin növ tərkibi, onların zonalar üzrə, şaquli istiqamətdə yayılması və zərərvermə dərəcəsi olduqca müxtəlifdir.( cədvəl 1).


Cədvəl 1

Taxıl aqrosenozunda aşkar edilmiş zərərli cücülərin növ tərkibi,yayılması və zərərvermə dərəcəsi.

S/№

Dəstələr

Fəsilələr

Növlərin
miqdarı

            Yayılması

Daimi
zərərverən
növlər
Vaxtaşırı
zərərverən
növlər 
Təsərrüfat
əhəmiyyəti  
kəsb
etməyən
növlər 
Təsadüfi 
növlər

Zonalar üzrə

Şaquli istiqamətdə

Naxçıvan
MR
Şəki-
Zaqatala
Muğan-
Salyan
Düzən Dağətəyi Dağlıq

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

1

Collembola

Onychiuridae

1

-

1

-

-

1

-

-

-

1

-

2

Orthoptera

Tettigoniidae

28

20

24

15

17

27

13

-

4

24

-

Oecanthidae

2

1

1

1

1

2

1

-

-

1

1

Gryllidae

3

3

1

2

3

3

-

-

1

2

-

Gryllotalpidae

2

2

1

2

2

2

-

-

2

-

-

Tridactulidae

1

-

1

1

1

1

-

-

-

1

-

Pyrgomorphidae

1

1

1

1

1

1

-

-

-

1

-

Acrididae

45

35

24

35

38

32

11

-

9

33

3

3

Dermaptera

-

1

1

1

1

1

1

1

-

-

1

-

4

Homoptera

Cixidae

2

2

1

2

2

2

-

-

-

2

-

Cercoridae

1

1

1

1

1

1

-

-

-

1

-

Cicadelliae

8

8

4

8

7

7

-

-

-

7

1

Pemphigidae

6

5

5

1

1

6

1

-

2

4

-

Anoecidae

1

1

1

-

-

1

1

-

1

-

-

Chaitophoridae

1

-

1

-

-

1

-

-

-

1

-

Aphididae

9

7

9

3

3

9

6

2

3

4

-

Margarodidae

1

1

-

1

-

1

-

-

-

1

-

Pseudococcidae

5

3

3

-

-

5

2

-

-

5

-

1

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

5

Hemiptera

Scutelleridae

3

3

3

3

3

3

2

1

1

1

-

Pentatomidae

14

6

7

8

11

11

6

-

1

9

4

Rhopalidae

1

-

-

1

1

1

-

-

-

1

-

Pyrrhocoridae

1

1

1

1

1

1

1

-

-

1

-

Lygaeidae

7

3

5

6

7

6

-

-

-

-

7

Miridae

12

6

9

9

10

9

3

-

1

7

4

Cydnidae

2

1

2

-

-

2

-

-

-

-

2

Coreidae

4

1

2

2

1

4

1

-

-

-

4

6

Thysanoptera

Thripidae

13

11

12

7

10

13

8

-

-

12

1

Phloeothripidae

6

2

5

5

5

6

3

1

1

4

-

7

Coleoptera

Carabidae

10

7

9

7

8

9

7

1

2

7

-

Hydrophilidae

1

-

1

1

1

1

-

-

1

-

-

Silphidae

5

4

5

3

3

5

2

-

-

3

2

Staphylinidae

1

1

-

1

1

1

-

-

-

1

-

Elateridae

14

5

12

9

8

13

-

-

3

10

1

Scarabaeidae

30

17

25

21

25

28

13

3

2

25

-

Cantharidae

1

1

1

1

1

1

-

-

-

1

-

Melyridae

3

2

3

3

3

3

1

-

     -

3

-

Buprestidae

2

-

2

1

1

2

-

-

-

2

-

Alleculidae

11

4

6

6

7

9

1

-

2

9

-

Tenebrionidae

13

10

6

10

13

13

6

-

2

11

-

Meloidae

10

9

10

10

10

10

8

-

-

8

2

Cerambycidae

8

4

4

5

5

7

6

-

-

8

-

Chrysomelidae

13

6

10

11

11

12

9

1

4

5

3

Bruchidae

1

-

-

1

1

-

-

-

-

-

1

Curculonidae

3

1

3

2

2

2

3

-

1

2

-

8

Lepidoptera

Noctuidae

10

6

8

10

10

9

2

-

3

7

-

Gelechiidae

1

-

1

1

1

1

-

-

-

1

-

Pyralidae

1

-

1

1

1

1

-

-

-

1

-

Tineidae

1

-

1

1

1

1

-

-

-

1

-

9

Hymeniptera

Cephidae

4

2

3

2

2

3

2

-

2

2

-

Tenthredinidae

4

1

3

1

1

4

2

-

-

4

-

Euritomidae

3

1

1

2

2

1

1

-

-

3

-

Formicidae

2

2

2

2

2

2

2

-

-

1

1

10

Diptera

Tipulidae

1

1

-

1

-

1

-

-

-

1

-

Cecidomyiidae

1

1

1

1

1

1

1

1

-

    -

-

Agromyzidae

1

1

-

1

1

1

-

-

-

1

-

Anthomyzidae

1

1

1

1

1

1

-

-

-

    1

-

Opomyzidae

1

1

1

1

1

1

-

-

1

     -

-

Ephydridae

1

1

1

1

1

1

-

-

-

1

-

Chloropidae

8

8

6

7

8

8

-

1

3

4

-

Anthomyiidae

-

1

-

1

1

1

1

-

-

1

-

Cəmi

10

59

347

223

253

242

261

311

127

11

51

248

37


 

  Cədvəldən aydın olur ki, cücülərin 11-i daimi zərərverən, 51-i vaxtaşırı zərərverən, 248-i təsərrüfat əhəmiyyəti kəsb etməyən, 37-si isə təsadüfi növlərdir.

                                                                                                        Cədvəl 2.

                               Taxıl bitkilərinə daimi zərər verən növlər

S/№

Dəstələr

Fəsilələr

Növlər

1

Homoptera

Aphididae

Schizaphis gramina Rond.

Sitobion avenae F.

2

Hemiptera

Scutelleridae

Eurygaster integriceps Put.

3

Thysanoptera

Phloeothripidae

Haplothrips tritici Kurd

4

Coleoptera

Carabidae

Scarabaeidae

Chrysomelidae

Zabrus tenebrioides elongatus Men.

Anisoplia austriaca major Rtt.

A.farraria Er.

A.leucaspis Cast.

Lema melanopus L.

5

Diptera

Cecidomyiidae

Chloropidae

Mayetiola destructor Say.

Oscinella frit L.

Cəmi

5

8

11

Taxıl bitkilərinə daimi zərərverən 11 növ 5 dəstə və 8 fəsiləni əhatə edir. Respublikada bir neçə miqrasiya edən və etməyən taxıl mənənələrinin yayılmasına baxmayaraq dominat növlər adi taxıl (Schizaphis gramina Rond.) və böyük taxıl (Sitobion avenae F.) mənənələridir. Taxıl sahələrinin mənənələrlə sirayətlənməsi aprelin üçüncü ongünlüyündə bitkilərin boruyaçıxma fazasında başlayır. Əvvələr onların say miqdarı çox  az olur, lakin mənənələr sürətlə artıb çoxalaraq iyun ayının birinci dekadasında maksimum həddə çatır. İyun ayının sonu iyulun əvvəlləri isə taxıl bitkiləri yetişməyə başladıqca mənənələr qarğıdalı və yabanı taxıllara miqrasiya edirlər. Payızda payızlıq taxıllar cücərdikdən sonra yenə də taxıl sahələrinə keçirlər.Mənənələr ilk öncə sahələrin kənarında rast gəlinir. Sonra isə təqricən mərkəzə doğru yayılır. Başlanğıcda onlar bitkilərin yuxarı yarusunda cavan yarpaqlarda toplaşırlar, kütləvi çoxaldıqda isə gövdəyə də keçirlər. Sünbülləmə - süd yetişmə fazasından başlayaraq mənənələr əsasən sünbüllərdə qidalanırlar. Mum yetişmə fazasında isə tam olaraq sünbülə keçirlər.

      Dənli taxıl bitkilərinin zərərvericiləri arasında bağacıqlar xüsusi yer tutur. Respublikamızda Hemiptera dəstəsinin Scutelleridae və Pentatomidae fəsiləsinə aid 17 növ bağacıq yayılmasına baxmayaraq onlardan ən təhlükəlisi ziyankar bağacıqdır (Eurygaster integriceps Put.) (Scutelleridae). Taxıl sahələrində Thysanoptera  dəstəsinin Thripidae və Phloeothripidae fəsiləsinə aid 19 növ  trips qeydə alınmasına baxmayaraq ən qorxulu  növ buğda tripsidir (Haplothrips tritici  Kurd). Buğda tripsinin sürfələri biçilmiş taxıl yerlərində torpağın 8-10 sm dərinliyində qışlayır. ılkin yazda torpağın üst qatı 8-10º C qızdıqda torpağın üstünə çıxır və əvvəlcə pronimfa, sonra isə nimfa fazasına çevrilir. Bu proses aprel ayının sonu  və mayın əvvələrində baş verir. Payızlıq buğdanın sünbülləmə fazasının başlanğıcına qədər artıq tripsin yetkin forması əmələ gəlir. Yetkin trips taxıllara yoluxur və qidalanaraq may ayının ikinci yarısından etibarən sünbül pulcuqlarına qrup halında  (4-8 ədəd) yumurta qoymağa başlayır. Qoyulmuş yumurtalardan 7-14 gün sonra çıxan sürfələr süd yetişmə dövründə olan dənlərin şirəsi ilə qidalanır.Qidalanma nəticəsində pulcuqlar rəngini dəyişir, dənlər çəkisini və keyfiyyətini itirir. Sürfələr dənin fizioloji yetişmə dövründə, iyul ayının ikinci ongünlüyündən etibarən torpağa düşür və qışlamaya gedir. Zərərvericinin inkişaf tsikli tempraturdan asılı olaraq Arazətrafı aşağı iqlim zonasında dağətəyi iqlim zonasına nisbətən 5-7, dağlıq iqlim zonasına  nisbətən isə 10-12 gün tez başa çatır. Buğda tripsi ildə bir nəsil verir.

     Buğdanın yetkin tripslər və sürfələri zədələyir. Yetkin tripslər buğdanın boruyaçıxma və sünbülləmə fazasında yarpaqların və sünbüllərin  hüceyrə şirəsini sormaqla zərər verir. Lakin əsas zərəri sürfələr dənlə qidalanaraq törədir.

    Tripsin sürfələrinin zərərvermə qabiliyyəti buğdanın yetişmə fazasından, populyasiyanın sıxlığından və sürfələrin seçicilik qabiliyyətindən çox asılıdır.  Tezyetişən taxıl sortlarında dən tez bərkidiyi üçün sürfələr qidalana bilmir və inkişafını məcburi başa çatdırır.  Gecyetişən sortlarda  isə trips optimal qidalana bildiyi üçün inkişafını gec başa çatdırır və uyğun olaraq  zərərvermə qabiliyyəti də daha yüksək olur.  Buğda tripsinin populyasiyası artdıqca dənlərin zədələnmə dərəcəsi və uyğun olaraq tripsin zərərvermə dərəcəsi kəskin surətdə artır. Nəzarət variantı ilə müqayisədə 1000 dənin çəkisi zəif zədələnmiş dənlərdə 1,9 q ( 4,0 %), güclü zədələnmiş dənlərdə isə 19,3 q (40,4%) azalır. ( Quliyev,2006 a).

     Daimi  zərər verən növlər arasında Coleoptera  dəstəsi dominantlıq edir. Bu dəstənin Carabidae  fəsiləsinin nümayəndəsi  adi Zaqafqaziya taxıl böcəyi (Zabrus tenebrioides elongatus Men.), Scarabaeidae fəsiləsinə aid taxıl sümürtgəni (Anisoplia austriaca major Rtt.), xaçlı Qafqaz sümürtgəni (A. farraria Er.), ağqalxanlı sümürtgən (A.leucaspis Cast.), Chrysomelidae fəsiləsindən zəlicik (Lema  melanopus  L.) daimi olaraq taxıl bitkilərinə  ciddi zərər vurur. Adi Zaqafqaziya taxıl böcəyinin dişi fərdlərinin yumurta qoymaları avqustun sonu və ya sentyabrın əvvəllərində başlayaraq oktyabrın ıı ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15,  bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə ( iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin sürətdə azalır.

Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-indən, aran zonada isə sentyabrın 15-indən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr daha tez doğulur və inkişafları payızda qurtarır. Yazda belə sürfələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur.

 Qidalanmayan sürfələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir. Payız quraqlıq olduqda və ya havalar tez soyuduqda sürfələrin inkişafı uzanır, qidalanması başa çatmamış kiçik yaşlı sürfələr qışlayır və əsasən yazda zərər vurur.  Sürfələr əvvəlcə yerə tökülmüş dənələrin və yabanı taxılların cücərtiləri ilə qidalanır.  Oidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır.

Adi Zaqafqaziya taxıl böcəyinin sürfələri torpaqda düzəltdikləri yuvalarda yaşayır. Günəş batdıqdan sonra yer üzünə çıxan sürfələr taxıl cücüərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Sürfələr bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Bitkinin kök boğazı və kökü zədələnmədiyi üçün bitkilərin bir hissəsi böyüyərək bərpa olunur. Sürfələr çox acgöz və fəaldır. Qidalanmanın və ətraf mühit amillərinin təsirindən asılı olaraq ı- yaş sürfələri 35-40, ıı- yaş sürfələri 95-100, ııı- yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir.( Səmədov, 1963). Azərbaycanda sürfələr əsasən bütün 3 yaşda qışlamaya gedir. Yazda orta gündəlik temperatur 7-8ºC –yə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ıı- ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır ( kütləvi mayın əvvəlindən). Pup mərhələsi 13-19 gün davam edir.

May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq  aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Böcəklər də sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır.  Əsasən dağlıq ərazilərdə, tutqun havalarda gündüzlər də təsadüf  edilir. Böcəklər iyulun ıı- yarısından etibarən torpağın 25-30 sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayır. İl ərzində 1 nəsil verir. Adi Zaqafqaziya taxıl böcəyinin bir sürfəsi orta hesabla 5,29 q, bir imaqosu isə 2,69 q məhsul itkisinə səbəb olur ( Quliyev, 2006 b).                                        

     Respublikamızda taxıl sümürtgəni müxtəlif biosenozlarda və aqrobiosenozlarda yayılmışdır, lakin ən çox taxıl sahələrində rast gəlinir. Quru və az rütubətli mikroiqlimi olan rayonlarda daha çox ziyan vurur. Dəniz  səviyyəsindən  2000 m hündürlüyə qədər rast gəlinir.

ıkinci il qışlamadan sonra ııı yaş sürfələri aprelin sonu mayın əvvəllərində qidalanmanı bitirərək torpaqda xüsusi yer düzəldərək 8-15 sm dərinlikdə puplaşırlar. Pupu süd rəngində olur və tədricən tündləşir. Puplaşmadan 2-3 həftə sonra mayın ortasından başlayaraq puplardan böcəklər çıxmağa başlayır. Taxıl sahələrində böcəklərə iyun ayında  kütləvi rast gəlinir. Bu isə əsasən taxıllların süd, mum və tam yetişmə dövrünə düşür. Böcəklərin qidalanması zamanı dənlərin bir qisminin yerə tökülməsi nəticəsində onların ziyanvermə qabiliyyəti daha da artır.

Böcəklər bir neçə gün əlavə qidalandıqdan sonra adətən günün isti saatlarında cütləşirlər. Cütləşmədən bir müddət sonra iyunun ı – ongünlüyü dişi fərd torpağın 5-15 sm dərinliyinə girərək rütubətli qata 8-16 yumurta qoyur. Bir dişi fərd 2-3 dəfəyə 40-60 yumurta qoya bilir və yumurta qoymaq üçün yumşaq və rütubətli torpaq seçir. Yumurta qoyulmasından təxminən üç həftə sonra (iyunun ııı ongünlüyündən etibarən) qoyulmuş yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin tam inkişafı 21-22 aya başa çatır. Bu müddətdə onlar iki dəfə qışlayır, qabıq dəyişir və üç yaş keçirir.

Cavan sürfələr çürüntü və müxtəlif bitkilərin əmici telləri ilə qidalanır, iri yaşlı sürfələr isə müxtəlif bitkilərin  köklərini və kök boğazlarını gəmirir. Kütləvi çoxalma illərində sürfələr əkinlərdə seyrəklik əmələ gətirə bilir, lakin əsas ziyanı böcəklər yetişməkdə olan dənlə qidalanaraq törədir.

Böcəklər günün isti saatlarında daha fəal qidalanırlar. Axşam və səhər saatlarında, eyni zamanda buludlu və yağışlı havada sünbüldə böcəklərin miqdarı kəskin azalır. İsti quraqlıq illərdə kütləvi çoxaldığı halda, soyuq və yağışlı yay onların say miqdarının kəskin azalmasına səbəb olur. 1m2-da taxıl sümürtgəninin 5; 10; 15 imaqosu olduqda məhsuldarlıq uyğun olaraq 21q; 33,1q və 53q azalır. Qırmızıdöş zəlicənin imaqoları torpaqda qışlayır. Havanın gündəlik orta temperaturası  12-13º C olduqda qışlama yerlərindən çıxıb, ilk vaxtlar kolluqlarda, əkin kənarlarında  yabanı dənli bitkilərlə qidalanır və sonra mədəni əkinlərə keçir. Adətən mart ayının sonundan başlayaraq may ayının axırına qədər qışlamadan çıxmış böcəklərə rast gəlinir. Əlavə qidalanmadan 4-6 gün sonra böcəklər mayalanır və yumurta qoymağa başlayır. Aprel ayının  ıı- ongünlüyündən başlayaraq may ayının ortalarına qədər əkinlərdə adətən yarpağın alt səthində 3,5,7 ədəd olmaqla zəncirvari formada qoyulmuş yumurtalara rast gəlinir. Dişi fərdlərin yumurta məhsuldarlığı biotik amillərdən asılı olaraq  100-300 ədəd arasında dəyişilir. ( Samedov, 1963; Arnoldi, Qureva və b., 1974; Voronin və b., 1988).  Qırmızıdöş zəlicənin 1 gövdədə 1-2 sürfəsi olduqda məhsuldarlıq 10,1- 45,0% azalır.

    Diptera  dəstəsindən 8 fəsiləyə aid 15 növ  taxıl aqrosenozunda qeyd edilmişdir ki,  bu növlərdən   Cecidomyiidae  fəsiləsindən hessen milçəyi (Mayetiola destructor say.) və Chloropidae fəsiləsindən isveç milçəyi (Oscinella frit L.) daimi zərərverən növlərdir.

        Taxıl bitkilərinə vaxtaşırı zərərverən növlər 8 dəstə  və 21 fəsiləyə aid 51 növdür (cədvəl 3). Bu növlərdən 16 növ Orthoptera, 16 növ Coleoptera, 6 növ Homoptera, 4 növ Diptera, 3 növ Hemiptera, 3 növ Lepidoptera, 2 növ Hymeniptera, 1 növ isə Thysanoptera dəstəsinə daxildir. Bu növlər daimi zərərverən növlərə nisbətən az təhlükəlidir, lakin əlverişli şəraitdə kütləvi çoxalaraq əkinlərə əhəmiyyətli zərər vura bilir.

                                                                                                                       Cədvəl  3

                              Taxıl bitkilərinə vaxtaşırı zərərverən növlər

S/№

Dəstələr

Fəsilələr

Növlər

1

Orthoptera

Tettigoniidae

Gryllidae

Gryllotalpidae

Acrididae

Tettigonia caudata Charp.

T. viridissma L.

Decticus albifrons Fabr.

Tesselana vittata Charp.

Tartarogryllus burdigalensis Latr.

Gryllotalpa gryllotalpa L.

G.unispina Sauss.

Calliptamus italicus italicus L.

C. turanicus Tarb.

Thisoicetrinus pterostichus F.- W.

Schistocerca gregaria Forsk.

Pararcyptera microptera transcaucasica Uv.

Ramburiella turcomano F.- W.

Dociostaurus maroccanus Thunb.

D.anatolicus Krausb.

Locusta migratoria migratoria L.

2

Homoptera

Pemphigidae

Anoecidae

Aphididae

Tetraneura rubra Licht

T. ulmi L.

Anoecia corni F.

Longiunguis pyrarius Pass.

Rhopalosiphum insertum Walk.

Brachycolus noxius Mordv.

3

Hemiptera

Scutelleridae

Pentatomidae

Miridae 

Eurygaster maura L.

Aelia acuminata L.

Trigonotylus ruficornis Geoffr.

4

Thysanoptera

Phloethripidae

Haplothrips  aculeatus F.

5

Coleoptera

Carabidae

Hydrophilidae

Elateridae

Scarabaeidae

Alleculidae

Tenebrionidae

Chrysomelidae

Zabrus morio Men.

Z. spinipes rugosus Men.

Helophopus micans Fald.

Agriotes gurgistanus Fald.

A.lineatus L.

A.obcurus L.

Anisoplia pastuchovae Zaitz.

A.reitteriana Sem.

Podonta daghestanica Reitt.

P. elongata Men.

Pedinus femoralis volgensis Müls.

Tentyria tessulata Tausch.

Lema lichenis (cyanella) L.

Chaetocnema aridula Gyll.

Ch.hortensis Geoffr.

Phyllotreta vittula Redtenb.

6

Lepidoptera

Noctuidae

Scotia (Agrotis) segetum Schiff.

S.exclamationis L.

S.ypsilon Rott.

7

Hymeniptera

Cephidae

Cephus pygmaeus L.

C. fumipennis Ev.

8

Diptera

Opomyzidae

Chloropidae

Opomyza florum Fabricius.

Meromyza saltatrix L.

M. saltatrix var. nigriventris Mcq.

Chlorops pumilionis Bjerkander.

Cəmi

8

21

51

    Taxıl aqrobiosenozunda zərərli entomofaunanın növ müxtəlifliyi üzrə dəstələr arasında dominantlıq 125 növlə Coleoptera  dəstəsinə məxsusdur. Bu növlərdən  Naxçıvan MR- da 71, Şəki- Zaqatala zonasında 97, Muğan- Salyan yarımzonasında  isə 92 növ  qeydə alınmış, şaquli zonalar üzrə aran bölgədə 100, dağətəyi bölgədə 115, dağlıq bölgədə isə 56 növ yayılmışdır. Aşkar edilmiş cücülərin 5 növü daimi zərərverən, 17 növü vaxtaşırı zərərverən, 95 növü təsərrüfat əhəmiyyəti kəsb etməyən, 8 növü isə təsadüfi növlərdir( cədvəl 4).

Taxıl aqrobiosenozunda zərərli entomofaunanın  dəstələr üzrə dominantlığı

S/N

Dəstələr

Fəsilələrin
miqdarı
Növlərin
miqdarı

Yayılması

Daimi
zərərverən
növlər
Vaxtaşırı
zərərverən
növlər
Təsərrüfat
əhəmiyyəti
kəsb
etməyən
növlər
Təsadüfi
növlər

Zonalar üzrə

Şaquli istiqamətdə

Naxçıvan
MR
Şəki-
Zaqatala
Muğan-
Salyan
Düzənlik Dağətəyi Dağlıq

1

Collembola

1

1

-

1

-

-

1

-

-

-

1

-

2

Orthoptera

7

82

62

53

57

63

68

25

-

16

62

4

3

Dermaptera

-

1

1

1

1

1

1

1

-

-

1

-

4

Homoptera

9

34

28

25

16

14

33

10

2

6

25

1

5

Hemiptera

8

44

21

29

30

34

37

13

1

3

19

21

6

Thysanoptera

2

19

13

17

12

15

19

11

1

1

16

1

7

Coleoptera

16

125

71

97

92

100

115

56

5

17

95

8

8

Lepidoptera

4

13

6

11

13

13

12

2

-

3

10

-

9

Hymeniptera

4

13

6

9

7

7

10

7

-

2

10

1

10

Diptera

8

14

15

10

14

14

15

2

2

3

9

-

Cəmi

10

59

347

223

253

242

261

311

127

11

51

248

37

                             

    Növ müxtəlifliyi üzrə ikinci yeri 82 növlə Orthoptera  dəstəsi tutur. Bu növlərdən 62-si Naxçıvan MR-da, 53-ü Şəki – Zaqatala zonasında, 57-si isə Muğan- Salyan yarımzonasında rast gəlinir. Şaquli istiqamətdə düzənlikdə 63, dağətəyində 68, dağlıq hissədə isə 25 növ məskunlaşmışdır. Növlərin 16-sı vaxtaşırı zərərverən, 62-si təsərrüfat əhəmiyyəti kəsb etməyən, 4-ü isə təsadüfi növlərdir. Dominantlıq üzrə üçüncü yerdə 44 növlə Hemiptera, dördüncü yerdə 34 növlə Homoptera, beşinci yerdə isə 19 növlə Thysanoptera durur. Taxıl aqrosenozunda Lepidoptera, Hymeniptera və Diptera dəstələrinin hər biri 13-14 növlə təmsil edilmişdir. Collembola  və  Dermaptera dəstələrinin hər birindən isə yalnız 1 təsərrüfat əhəmiyyəti kəsb etməyən növ aşkar edilmişdir.

   Beləliklə, Azərbaycan şəraitində taxıl aqrobiosenozunda Həşəratlar sinfinin 10 dəstə və 59 fəsiləsinə aid 347 növ cücü məskunlaşmışdır. Aşkar edilmiş cücülərin 3,2%-ni daimi zərərverən, 14,7 %- ni  vaxtaşırı zərərverən, 71,5 %-ni təsərrüfat əhəmiyyəti kəsb etməyən, 10,6%-ni isə təsadüfi növlər təşkil edir.

ƏDƏBİYYAT

  1. Cəfərov Ə.Ə. Naxçıvan MSSR şəraitində  Taxıl mişarlayıcıları və ona qarşı mübarizə tədbirləri. Naxçıvan KZTC- nin əsərləri,1963,  № 2. Səh.93-94.
  2. Məmmədov Y.M. Naxçıvan Muxtar Respublikasında dənli bitkilərin sərtqanadlılar  (Coleoptera) faunası, əsas zərərverici növlərə qarşı kompleks mübarizə tədbirləri. Biologiya e. n. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 1995.21 s.
  3. Quliyev C.A. Naxçıvan MR şəraitində buğda tripsinin ( Haplothrips tritici Kurd.) biologiyası və zərərvermə dərəcəsi. Zoologiya İnstitutunun Əsərləri, XXVııı cild. Bakı, 2006 a. s. 415-420.
  4. Quliyev C.A. Azərbaycan şəraitində adi Zaqafqaziya taxıl böcəyinin biologiyası və zərərvermə qabiliyyəti. Azərbaycan Aqrar Elmi, 2006 b, № 7-8. s. 68-70.
  5. Богачев А.Ð’.  Ð—оологические наблюдения в Мильской степи. Изв. Азербайдж. фил. АН СССР, 1941. №1.cÑ‚Ñ€. 53-60.
  6. Самедов Н.Т. Фауна  и биология жуков, вредящих сельскохозяйственным культурам в Азербайджане. Баку, 1963. 384 с.
  7. Мирзоева Н.Б. Жуки – листоеды (Coleptera, Chrysomelidae) Азербайджана. Автореферат диссертации на  соиск. уч. ст. доктора биологических наук, Баку, 2003. 49 с.
  8. Джафаров  А.А. Вредители  зерновых  культур из мира насекомых в Нах., АССР и меры борьбы с ними. Док. АН Аз ССР, 1949, № 5.5 : 217.
  9. Джафаров  А.А. Хлебные жуки-кузьки в Нахичеванской АССР и меры борьбы с ними. Труды Нахичеванской КЗОС, 1964, № 3. ст. 73-77.

Д.А.Гулиев

     Фаунистический обзор вредителей зерновых культур в Азербайджане.

   Изучен вредная энтомофауна зерновых культур, выявлен видовой состав, определен степень вредоносности и распространенности их по вертикальной  зональности. Из обнаруженных  347 видов 11 вид вредит постоянно, 51 вид вредит периодично ( при массовом размножении могут сильно вредить), 248 вид не имеют хозяйственное значение, а 37 вид является случайными. Среди выявленных вредителей 25 видов указывается  впервые для фауны Азербайджана, 16 видов для фауны  Нахичеванской  АР, а 2 вида для этого агроценоза.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45