• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Nəşrlər

Azərbaycanda taxıl bitkiləri zərərvericilərinin sərtqanadlılar faunası

C.A. Quliyev,biologiya elmləri namizədi Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Respublikamızın ərzaq məhsulları istehsalının əsasını taxıl bitkiləri təşkil edir. Taxıl aqrobiosenozunda zərərli entomofaunanın növ müxtəlifliyi üzrə həşərat dəstələri arasında dominantlıq sərtqanadlılar ( Coleoptera ) dəstəsinə məxsusdur.Bu dəstənin təhlükəli növlərinin taxıl bitkilərinə vurduğu itkinin qarşısının alınması üçün onların növ tərkibini,qida əlaqələrini,şaquli istiqamətdə yayılmasını,təhlükəli növlərin bioloji xüsusiyyətlərini və təsərrüfat əhəmiyyətini tədqiq etmək və əldə edilmiş nəticələr əsasında bitkilərin zərərvericilərdən mühafizəsini biosenoloji prinsipə uyğun təkmilləşdirmək vacibdir.                    

Tədqiqatın metodikası. Təcrübələr 1996-2002-ci illərdə Naxçıvan MR-nın taxıl sahələrində, 2003-2008-ci illərdə Şəki-Zaqatala zonasında və Muğan-Salyan yarımzonasıda aparılmışdır.Sərtqanadlıların növ tərkibini müəyyən etmək üçün yabanı və mədəni taxıl bitkiləri üzərində rast gəlinən cücülər yığılmışdır.Zərərvericilərin yığılması metodları və texnikası onların bioloji xüsusiyyətlərinə,inkişaf xarakterinə və bitkilərdə yerləşməsinə uyğun seçilmiş,inkişaflarının müəyyən dövrü torpaqda keçən cücüləri aşkar etmək üçün avqustun sonunda,sentyabr və may aylarında şahmat üsuli ilə 0,25 m² ölçülü torpaq nümunələri götürülmüş,torpaqda hərəkət edən növlər banka-tutucuların köməyi ilə öyrənilmişdir.Axırıncı halda yarıya qədər 4%-li formalın məhlulu ilə doldurulmuş 0,5l-lik şüşə bankalar ağzına qədər torpağa basdırılmış,tutucular zibillənməsin deyə üzəri kip olmamaq şərti ilə qəzetlə örtülmüş,cücülərin hesabat 5-10 gündən bir aparılmışdır. Material toplanması və zərərvericilərin say qeydiyyatının aparılması zamanı entomoloji tədqiqatlarda tətbiq edilən üsullardan istifadə edilmişdir.

Alınmış nəticələr və təhlili.Taxıl aqrobiosenozunda aparılan biosenoloji tədqiqatlar nəticəsində sərtqanadlılar dəstəsinin 16 fəsiləsinə mənsub 126 növ cücü aşkar edilmişdir.Onlardan 71 növ Naxçıvan MR-nın taxıl əkinlərində,97 növ Şəki-Zaqatala zonasında,92 növ isə Muğan-Salyan yarımzonasında qeydə alınmışdır.Şaquli istiqamət üzrə düzənlikdə 100,dağətəyi və dağlıq hissədə isə uyğun olaraq 116 və 56 növ yayılmışdır.Dağətəyi ərazinin bitki örtüyü və iqlim şəraiti taxıl aqrobiosenozunda zərərli entomofaunanın növ tərkibinin zəngiyinliyinə səbəb olur.Dağlıq ərazidə isə müxtəlif amillər,xüsusəndə iqlim şəraiti cücülərin məskunlaşmasına mənfi təsir edərək onların növ tərkibini xeyli miqdarda azaldır.

Taxıl aqrosenozunda aşkar edilmiş sərtqanadlıların tərkibi,onların zonalar üzrə,şaquli istiqamətdə yayılması və zərərvermə dərəcəsi olduqca müxtəlifdir  (cədvəl 1). Cədvəldən aydın olur ki, taxıl aqrosenozunda sərtqanadlılar arasında dominantlıq 30 növlə  Scarabaeidae fəsiləsinə məxsusdur. ıı yerdə 14 növlə Elateridae fəsiləsi, ııı və ıV yerdə hər birindən 13 növlə Tenebrionidae və Chrysomelidae fəsiləsi, V yerdə 11 növlə Alleculidae fəsiləsi, Vı və Vıı yerdə hər birindən 10 növlə Carabidae və Meloidae fəsilələri, Vııı yerdə 8 növlə  Cerambycidae  fəsiləsi durur. Yerdə qalan fəsilələr 1-5 növlə təmsil olunmuşdur. Qeyd edilmiş sərtqanadlıların 5 növü daimi zərərverən, 17 növü vaxtaşırı zərərverən, 95 növü təsərrüfat əhəmiyyəti kəsb etməyən, 9 növü isə təsadüfi növlərdir.

 

Cədvəl 1

Taxıl aqrosenozunda aşkar edilmiş sərtqanadlıların növ tərkibi, yayılması və zərərvermə dərəcəsi.

 

S/№

Fəsilələr

Növlərin miqdarı

            Yayılması

 Daimi
zərərverən
növlər

Vaxtaşırı  
zərərverən
növlər

Təsərrüfat
əhəmiyyəti
kəsb etməyən  
növlər

Təsadüfi 
növlər

 

Zonalar üzrə

Şaquli istiqamətdə
Naxçıvan MR  Şəki-Zaqatala

   Muğan-Salyan

Düzən

Dağətəyi

Dağlıq

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

 

Carabidae

10

7

9

7

8

9

7

1

2

7

-

Hydrophilidae

1

-

1

1

1

1

-

-

1

-

-

Silphidae

5

4

5

3

3

5

2

-

-

3

2

Staphylinidae

1

1

-

1

1

1

-

-

-

1

-

Elateridae

14

5

12

9

8

13

-

-

3

10

1

Scarabaeidae

30

17

25

21

25

28

13

3

2

25

-

Cantharidae

1

1

1

1

1

1

-

-

-

1

-

Melyridae

3

2

3

3

3

3

1

-

     -

3

-

Buprestidae

2

-

2

1

1

2

-

-

-

2

-

Alleculidae

11

4

6

6

7

9

1

-

2

9

-

Tenebrionidae

13

10

6

10

13

13

6

-

2

11

-

Meloidae

10

9

10

10

10

10

8

-

-

8

2

Cerambycidae

8

4

4

5

5

7

6

-

-

8

-

Chrysomelidae

13

6

10

11

11

12

9

1

4

5

3

Bruchidae

1

-

-

1

1

-

-

-

-

-

1

Curculonidae

3

1

3

2

2

2

3

-

1

2

-

Cəmi

16

126

71

97

92

100

116

56

5

17

95

9

 

Taxıl bitkilərinə vaxtaşırı zərərverən sərtqanadlılar 8 dəstəyə mənsub  17 növdür (cədvəl 2).

 Cədvəl  2

Taxıl bitkilərinə vaxtaşırı zərərverən sərtqanadlılar

 

S/№

Fəsilələr

Növlər

 

1

Carabidae

Zabrus morio Men.

Z. spinipes rugosus Men.

2

Hydrophilidae

Helophopus micans Fald.

3

Elateridae

Agriotes gurgistanus Fald.

A.lineatus L.

A.obcurus L.

4

Scarabaeidae

Anisoplia pastuchovae Zaitz.

A.reitteriana Sem.

5

Alleculidae

Podonta daghestanica Reitt.

P. elongata Men.

6

Tenebrionidae

Pedinus femoralis volgensis Müls.

Tentyria tessulata Tausch.

7

Chrysomelidae

Lema lichenis (cyanella) L.

Chaetocnema aridula Gyll.

Ch.hortensis Geoffr.

Phyllotreta vittula Redtenb.

8

Curculonidae

Sitophilus oryzae L.

Cəmi

8

16

 

          Bu   növlərdən  4  növ  Chrysomelidae, 3 növ   Elateridae, 2 növ Carabidae, 2  növ 

   Scarabaeidae , 2  növ   Alleculidae ,   2   növ   Tenebrionidae ,  1  növ    Hydrophilidae,

  1 növ isə Curculonidae  fəsiləsinə  daxildir. Bu növlər daimi zərərverən növlərə nisbətən

  az təhlükəlidir, lakin əlverişli şəraitdə kütləvi çoxalaraq əkinlərə  əhəmiyyətli zərər vura

   bilər.

     Sərtqanadlılar dəstəsinin 3 fəsiləsinə mənsub 5 növ taxıl bitkilərinə daimi zərər vurur. Bu növlərdən 3-ü lövhəbığ böcəklər ( Scarabaeidae) fəsiləsinə mənsub taxıl sümürtgəni ( Anisoplia auistriaca major Rtt.), xaçlı Qafqaz sümürtgəni ( A. farraria Er.) və ağ qalxanlı  sümürtgəndir (A.leucaspis Cast.). 1 növ karabid böcəklər  (Carabidae) fəsiləsinə aid adi Zaqafqaziya taxıl böcəyi ( Zabrus  tenebrioides elongatus Men.), 1 növ isə yarpaqyeyən böcəklər  ( Chysomelidae) fəsiləsinə daxil olan qırmızıdöş zəlicədir ( Qulema melanopus L.).

      Qeyd etdiyimiz sümürtgən böcəklərinin bioekoloji xüsusiyyətləri oxşardır, lakin geniş yayılmasına görə birinci yerdə  taxıl sümürtgəni durur. ıkinci il qışlamadan sonra ııı yaş sürfələri aprelin sonu mayın əvvəllərində qidalanmanı bitirərək torpaqda xüsusi yer düzəldərək 8-15 sm dərinlikdə puplaşırlar. Pupu süd rəngində olur və tədricən tündləşir. Puplaşmadan 2-3 həftə sonra mayın ortasından başlayaraq puplardan böcəklər çıxmağa başlayır. Taxıl sahələrində böcəklərə iyun ayında  kütləvi rast gəlinir. Bu isə əsasən taxıllların süd, mum və tam yetişmə dövrünə düşür. Böcəklərin qidalanması zamanı dənlərin bir qisminin yerə tökülməsi nəticəsində onların ziyanvermə qabiliyyəti daha da artır.

Böcəklər bir neçə gün əlavə qidalandıqdan sonra adətən günün isti saatlarında cütləşirlər. Cütləşmədən bir müddət sonra iyunun ı – ongünlüyü dişi fərd torpağın 5-15 sm dərinliyinə girərək rütubətli qata 8-16 yumurta qoyur. Bir dişi fərd 2-3 dəfəyə 40-60 yumurta qoya bilir və yumurta qoymaq üçün yumşaq və rütubətli torpaq seçir. Yumurta qoyulmasından təxminən üç həftə sonra (iyunun ııı ongünlüyündən etibarən) qoyulmuş yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin tam inkişafı 21-22 aya başa çatır. Bu müddətdə onlar iki dəfə qışlayır, qabıq dəyişir və üç yaş keçirir.

Cavan sürfələr çürüntü və müxtəlif bitkilərin əmici telləri ilə qidalanır, iri yaşlı sürfələr isə müxtəlif bitkilərin  köklərini və kök boğazlarını gəmirir. Kütləvi çoxalma illərində sürfələr əkinlərdə seyrəklik əmələ gətirə bilir, lakin əsas ziyanı böcəklər yetişməkdə olan dənlə qidalanaraq törədir.

        Böcəklər günün isti saatlarında daha fəal qidalanırlar. Axşam və səhər saatlarında, eyni zamanda buludlu və yağışlı havada sünbüldə böcəklərin miqdarı kəskin azalır. İsti quraqlıq illərdə kütləvi çoxaldığı halda, soyuq və yağışlı yay onların say miqdarının kəskin azalmasına səbəb olur. 1m2-da taxıl sümürtgəninin 5; 10; 15 imaqosu olduqda məhsuldarlıq uyğun olaraq 21q; 33,1q və 53q azalır. Orta  hesabla 1m2- də 10 böcək olduqda və zərərverici 22 gün əkində qidalandıqda 1 böcək tərəfindən vurulan dən itkisi 3,7±0,4 q təşkil edir.

         Adi Zaqafqaziya taxıl böcəyinin dişi fərdlərinin yumurta qoymaları avqustun sonu və ya sentyabrın əvvəllərində başlayaraq oktyabrın ıı ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15,  bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə ( iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin sürətdə azalır.

Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-indən, aran zonada isə sentyabrın 15-indən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr daha tez doğulur və inkişafları payızda qurtarır. Yazda belə sürfələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur.

 Qidalanmayan sürfələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir. Payız quraqlıq olduqda və ya havalar tez soyuduqda sürfələrin inkişafı uzanır, qidalanması başa çatmamış kiçik yaşlı sürfələr qışlayır və əsasən yazda zərər vurur.  Sürfələr əvvəlcə yerə tökülmüş dənlərin və yabanı taxılların cücərtiləri ilə qidalanır.  Oidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır.

Adi Zaqafqaziya taxıl böcəyinin sürfələri torpaqda düzəltdikləri yuvalarda yaşayır. Günəş batdıqdan sonra yer üzünə çıxan sürfələr taxıl cücüərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Sürfələr bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Bitkinin kök boğazı və kökü zədələnmədiyi üçün bitkilərin bir hissəsi böyüyərək bərpa olunur. Sürfələr çox acgöz və fəaldır. Qidalanmanın və ətraf mühit amillərinin təsirindən asılı olaraq ı- yaş sürfələri 35-40, ıı- yaş sürfələri 95-100, ııı- yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir.( Samedov, 1963). Azərbaycanda sürfələr əsasən bütün 3 yaşda qışlamaya gedir. Yazda orta gündəlik temperatur 7-8ºC –yə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ıı- ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır ( kütləvi mayın əvvəlindən). Pup mərhələsi 13-19 gün davam edir.

May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq  aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Böcəklər də sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır.  Əsasən dağlıq ərazilərdə, tutqun havalarda gündüzlər də təsadüf  edilir. Böcəklər iyulun ıı- yarısından etibarən torpağın 25-30 sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayır. İl ərzində 1 nəsil verir. Adi Zaqafqaziya taxıl böcəyinin bir sürfəsi orta hesabla 5,29 q, bir imaqosu isə 2,69 q məhsul itkisinə səbəb olur ( Quliyev, 2006 ). 

     Qırmızıdöş zəlicənin imaqoları torpaqda qışlayır. Havanın gündəlik orta temperaturası  12-13º C olduqda qışlama yerlərindən çıxıb, ilk vaxtlar kolluqlarda, əkin kənarlarında  yabanı dənli bitkilərlə qidalanır və sonra mədəni əkinlərə keçir. Adətən mart ayının sonundan başlayaraq may ayının axırına qədər qışlamadan çıxmış böcəklərə rast gəlinir. Əlavə qidalanmadan 4-6 gün sonra böcəklər mayalanır və yumurta qoymağa başlayır. Aprel ayının  ıı- ongünlüyündən başlayaraq may ayının ortalarına qədər əkinlərdə adətən yarpağın alt səthində 3,5,7 ədəd olmaqla zəncirvari formada qoyulmuş yumurtalara rast gəlinir. Dişi fərdlərin yumurta məhsuldarlığı biotik amillərdən asılı olaraq  100-300 ədəd arasında dəyişilir. ( Samedov, 1963; Arnoldi, Qureva və b., 1974; Voronin və b., 1988). Yumurtaların inkişafı 13-15 günə başa çatır. Çıxan sarı, kəhrəba rəngində sürfələr yarpaq epidermisini bir tərəfli yeyərək onun skeletləşməsinə səbəb olur. Aprel ayının sonundan başlayaraq may ayının axırırna  qədər sürfələrə rast gəlinir. Sürfələr 4 dəfə qabıq dəyişdikdən sonra 14-16 günə öz inkişafını başa çatdırıb bədənin üzərindəki selik qatını ataraq torpağın 2-5 sm dərinliyində küpəyə bənzər baramada puplaşır. ıyun ayının əvvəllərindən başlayaraq yetkin böcəklər yaşıl qalmış yabanı taxıllarla qidalanmağa başlayır. Dağətətyi və aran zonalarda tempraturun yüksək olması ilə əlaqədar olaraq böcəklər iyul ayının ıı ongünlüyündən başlayaraq sentyabr ayının sonu, oktyabr ayının ortalarına qədər yay diapauzasına gedir.

     Böcəklər yarpaq damarları arasında uzununa deşiklər əmələ gətirir. Qışlamadan çıxmış böcəklər ilk növbədə payızlıq və yabanı taxıllarla qidalanır, sonra isə yazlıq əkinlərə keçir. Bərk buğda və arpa sortları yumşaq buğda sortlarına nisbətən daha çox zədələnir, çünki yumşaq  buğda sortlarında yarpaq tüklü olur.

   Böcəklər aprel ayının ıı ongünlüyündən may ayının əvvəllərinə qədər, sürfələr isə may ayının başlanğıcından ıı ongünlüyün sonuna qədər daha fəal qidalanır. Dağətəyi və dağlıq ərazidə ( 1000 m-ə qədər) yerləşən əkinlərə daha çox ziyan vurur.

Qırmızıdöş zəlicənin 1m2 –də 15 ədəd imaqosunun qidalanması məhsul itkisinə səbəb olmur. 1m2 –də 25-30 ədəd imaqonun vurduğu ziyan isə 3-5 %-li məhsul itkisi həddini keçmir. Böcəklərin sayı 1m2 –də 45 ədəd olduqda isə məhsuldar gövdələrin sayı 5,0 %, sünbüldə dənin sayı 2,2%, sünbüldə dənin çəkisi 4,3%, 1000 dənin kütləsi 2,1% azalır. Zərərvericinin 1 gövdədə 1-2 sürfəsi olduqda  isə məhsuldarlıq 10,1-45,0% azalır (Quliyev, 2008).

Nəticə. Aparılmış tədqiqatlar nəticəsində respublika şəraitində taxıl aqrosenozunda sərtqanadlılar dəstəsinin 16 fəsiləsinə mənsub 126 növ yayıldığı müəyyən edildi. Bu növlərdən Naxçıvan MR-da 71, Şəki-Zaqatala zonasında 97, Muğan- Salyan  yarımzonasında isə 92 növ qeydə alınmış, şaquli zonalar üzrə aran bölgədə 100, dağətəyi bölgədə 116, dağlıq bölgədə isə 56 növ yayılmışdır. Aşkar edilmiş sərtqanadlıların 5 növü daimi zərərverən, 17 növü vaxtaşırı zərərverən, 95 növü təsərrüfat əhəmiyyəti kəsb etməyən, 9 növü isə təsadüfi növlərdir.

Əkinlərə vaxtaşırı zərərverən  sərtqanadlılar 8 dəstəyə mənsub 17 növdür. Bu növlər daimi zərərverən növlərə nisbətən az təhlükəlidir, lakin əlverişli şəraitdə kütləvi çoxalaraq əkinlərə ciddi zərər vura bilir.

Sərtqanadlılar dəstəsinin 3 fəsiləsinə mənsub 5 növ taxıl bitkilərinə daimi zərər vurur. Bu növlər taxıl sümürtgəni, xaçlı Qafqaz sümürtgəni, ağ qalxanlı sümürtgən, adi Zaqafqaziya taxıl böcəyi  və qırmızıdöş zəlicədir.

 

Ədəbiyyat

1.Quliyev C.A. Azərbaycan şəraitində adi Zaqafqaziya taxıl böcəyinin biologiyası

və zərərvermə qabiliyyəti // Azərbaycan aqrar elmi, 2006, № 7-8. S. 68-70.

2. Quliyev C.A. Naxçıvan MR şəraitində qırmızıdöş zəlicənin ( Qulema melanopus L.) ziyanvermə qabiliyyəti və iqtisadi ziyanlı həddi. Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri, ı cild, s. 275-280.

3. Арнольди Л.Ð’., Гурьева Е.Л., Емец Ð’.Ðœ. и др. Насекомые и клещи- вредители сельскохозяйственных культур. Том ıı, жестокрылые. Л. 1974,333с.

4. Воронин К.Е., Шапиро В.А. , Пукинская Г.А. Биологическая защита зерновых культур от вредителей, М. 1988, 198 с.

5. Самедов Н.Г. Фауна и биология  жуков, вредящих сельскохозяйственным культурам в Азербайджане. Баку, 1963. 384 с.

 

Резюме

Изучена фауна жесткокрылых у зерновых культур, выявлен видовой состав, определена степень вредоносности и распространенности их по вертикальной зональности. Из обнаруженных 126 видов 5 видов вредят постоянно, 17 видов вредят периодично (при массовом размножении могут сильно вредить), 35 видов не имеют хозяйственного значения, а 37 видов являются случайными.

   

      Summary

 

      The fauna of coleoptera at grain – crops is  studied,  the specific structure is revealed, degree of injuriousness and prevalence on vertical zones is defined. 5 species of  found 126 species are harmful constantly, 17 species became harmful periodically ( can be seriously harmful at mass reproduction), 35 species have no economic value, and 37 species are casual.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45