• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Nəşrlər

Naxçıvan MR şəraitində Eurygaster integriceps Put.-un parazit kompleksi

C. A. Quliyev, biologiya elmləri namizədi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Dənli taxıl bitkilərinin zərərvericilərinə qarşı mübarizədə pestisidlərdən qeyri – rasional istifadə aqrosenozda ciddi biosenotik pozuntular törədir. Bu arzuolunmaz halların aradan qaldırılması üçün aqrosenozların formalaşması xarakterinin və bitki – fitofaq – entomofaq sistemində çoxistiqamətli qarşılıqlı əlaqələrin orqanizm və populyasiya səviyyəsində tədqiq edilməsi nəzəri, praktiki və aktual əhəmiyyət kəsb edir.

Taxıl bitkilərinin, xüsusəndə buğdanın zərərvericiləri arasında bağacıqlar xüsusi yer tutur. Naxçıvan MR şəraitində ondan çox növünün yayılmasına baxmayaraq potensial təhlükəli növ ziyankar bağacıqdır. Zərərvericinin parazitlərlə yolxmasında telenominlər, Braconidae fəsiləsinə aid minicilər və faziya milçəkləri iştirak edir. Telenominlərin bütün növləri oliqofaqdırlar. Əsas sahiblərinin ziyankar bağacıq olmasına baxmayaraq onlar vegetasiya müddətində 5 – 6 nəsil verməklə 12 növdən çox qalxanlı bağacığın yumurtalarını 5 – 7 ay ərzində yoluxdurmaq qabiliyyətinə malikdirlər  ( Varonin və b., 1988).

Bağacıqların sürfələrinin 30 – 40 % ( Rubsov,1945; Fedotov, 1947) Braconidae fəsiləsinə aid parazitlərlə yoluxmasına baxmayaraq onlarda sahib həşərata fizioloji uyğunlaşma olmadığından (Viktorov,1967) imaqoya çevrilmədən məhv olurlar.

Bağacıqların yetkinliyə çatmamış dişi fərdləri faziya milçəkləri ilə yoluxduqda onlar nəsilvermə qabiliyyətlərini itirirlər. Zərərvericinin yumurtaqoymanın başlanğıcından əvvəl yoluxması nəsil vermə qabiliyyətinin 65 %, kütləvi yumurtaqoyma zamanı yoluxması  isə 20 % azalmasına səbəd olur

 ( Voronin və b., 1988).

Tədqiqatın əsas məqsədi parazit kompleksinin zərərvericinin say dinamikasının təbii tənzimlənməsində rolunu müəyyən etməkdən ibarət olmuşdur.

Tədqiqatın metodikası. Təcrübələr 1996 – 2002 – ci illərdə Naxçıvan MR – nın dəniz səviyyəsindən 700 – 1000 m yüksəklikdə yerləşən Araz ətrafı aşağı iqlim zonasına və 700 – 1000 m yüksəklikdə yerləşən dağətəyi iqlim zonasına aid ərazilərdə, stasionar təcrübələr isə   “ Araz  ” EİB- nin MR – nın müxtəlif rayonlarında yerləşən dayaq məntəqələrinin taxıl sahələrində aparılmışdır.

Zərərvericinin bütün yumurtaqoyma dövrü ərzində həftədə bir dəfə yumurtaları təhlil üçün yığılmış, hər bir qeydiyyat tarixi üzrə yumurtaların ümumi sayının telenominlərlə yoluxma faizi hesablanmışdır. Qışlamadan çıxmış ziyankar bağacığın faziya milçəkləri ilə yoluxması sahəyə  uçuşun başlanğıcında, kütləvi yumurtaqoyma zamanı və yumurtaqoymanın sonunda yığılmış bağacıqların yarılma və parazitlərin  çıxarılması metodları ilə təhlil edilmişdir. Yetkin bağacıqların yarılması zamanı  öncə qayçı ilə qanad üstlükləri və qarıncığın kənarları yanlardan kəsilir, sonra isə qarıncıq açılır və oradan parazitlərin yumurta və sürfələri çıxarılaraq mikroskop altında dərinləşdirilmiş əşya şüşəsi üzərində işıqlandırıcı  məhlulda ( kalium qələvisi, vazelin, qliserin, gənəgərçək yağı və. s.) təsbit edilir.

Yetkin telenominlərin sayının qeydiyyatı bağacığın sahədə görünməsinin və ya yumurtaqoymanın başlanğıcında aparılır. 1m2-da telenominlərin sayı entomoloji torun 100 çalımında tutulmuş telenominlərin sayının 40 – a ( çalımın eni 2 m olduqda) bölünməsi yolu ilə müəyyənləşdirilir ( Varonin və b. ,1988).

Rəqəm materiallarının riyazi analizi ümumi qəbul edilmiş metodika ( Ploxinski, 1972 ; Lakin, 1980; Dospexov, 1985), variantlar arasındakı fərqin etibarlılığını qiymətləndirmək üçün ən az əsaslı fərqin hesablanması  Litll və Xilzin ( 1981) metodikası üzrə aparılmışdır.

 

Alınmış nəticələrin təhlili. Tədqiqat nəticəsində müəyyən edildi ki, zərərvericinin yumurtaları parazitlər tərəfindən 30,4 – 78,5 %, , imaqoları isə 25,3 – 80, 0 % yoluxa bilir (cədvəl 1). Eyni zamanda buğda sahəsinin yerləşmə yerindən asılı olaraq ziyankar bağacığın parazitlərlə yoluxma faizi kəskin dəyişilir. Məsələn,yumurtaların parazitlərlə yoluxma faizi xaşa əkini yaxınlığında yerləşən buğda sahəsində 78,5 % - ə çatır, əkin yeri dəyişdikcə tədricən azalaraq meyvə bağı yaxınlığında 73,9 %, yonca əkini yaxınlığında 67,1%, meşə zolağı yaxınlığında 56,0%, buğda əkinləri arasında isə 30,4% təşkil edir. Anoloji hal bağacıqların parazitlərlə yoluxma faizində də baş verir. Meşə zolağı yaxınlığında yerləşən buğda sahəsində imaqoların yoluxma faizi 80,0% olduğu halda, əkin sahəsinin yerləşmə yerindən asılı olaraq tədricən aşağı düşərək 25,3% -ə çatır ( cədvəl 1).

 

                                                                                           Cədvəl 1.

Buğda sahəsinin yerləşmə yerindən asılı olaraq parazit kompleksinin ziyankar bağacığı yoluxdurma qabiliyyəti.

 

Buğda əkinin yerləşmə yeri

Toplanmış yumurtala-rın sayı

Parazitlərlə
yoluxmuşdur

Toplanmış bağacıqların sayı

Parazitlərlə
yoluxmuşdur

ədəd

%

ədəd

%

Yonca əkini yaxınlığında

420

282

67,1

215

132

61,4

Xaşa əkini yaxınlığında

350

275

78,5

300

209

69,6

Meyvə bağı yaxınlığında

392

288

73,9

235

178

75,7

Meşə zolağı yaxınlığında

448

250

56,0

425

340

80,0

Buğda əkinləri arasında

378

115

30,4

170

43

25,3

 

Bizim mülahizəmizə görə, əkin sahəsinin parazitlərin qışlama yerlərinin yaxınlığında yerləşməsi və parazitlərin məhsuldarlığının artmasında əsaslı rol oynayan bitki örtüyünün zəngin olması parazitlərin səmərəliliyinin yüksəlməsinə səbəb olur.

Zərərvericinin yumurtalarının yoluxmasında əsas yeri Telenomus chloropus Thoms. ( 15,1 – 41,4%) və Trissolcus grandis Thoms.( 15,3 – 43,8%) tutur, digər növ telenominlər az miqdarda qeyd edilərək 0,7 – 1,7% yoluxma törədir (cədvəl 2). Bağacığın sürfələrinin Broconidae fəsiləsinə aid minicilərlə 8,1 – 31,7% yoluxmasına baxmayaraq parazitlərdə sahib həşərata fizioloji uyğunlaşma olmadığından onlar inkişaflarını başa çatdırmadan məhv olurlar.

Yetkin bağacıqların yoluxdurulmasında qızılı ( Clytiomyia helluo F.), boz

(Alophora ( Phasia) subcoleoptrata L.), əlvan ( Phasia ( Ectophasia ) crassipennis F. ) və qara ( Helomyia lateralis Meid.) faziya milçəkləri iştirak edirlər. Qızılı faziya digər növlərdən daha fəal olaraq əkin sahəsinin yerləşmə yerindən asılı olaraq zərərvericini 9,4 – 27, 6%, boz faziya 7,1 – 29,4 %, əlvan faziya 4,1- 16,7 %, qara faziya isə 4,7 – 11,3% yoluxdurur (cədvəl 2).

                                                            

                                                                                                          Cədvəl 2

        Ziyankar bağacığın fazalar üzrə parazit kompleksi ilə yoluxması

 

Buğda əkininin yerləşmə yeri

Yoluxmuşdur ( % - lə)

Yumurta

Sürfə

İmaqo

T.chloropus T.grandis Digər növlər Braconidae C. helluo H.lateralis A.subcoleop-trata Ph.crassipen-nis

 Yonca əkini yaxınlığında

39,7

26,3

1,1

17,9

22,3

20,0

12,5

6,5

Xaşa əkini yaxınlığında

41,4

35,4

1,7

31,7

25,0

21,3

14,0

9,3

Meyvə bağı yaxınlığında

28,6

43,8

1,5

26,3

27,6

23,8

15,7

8,5

Meşə zolağı yaxınlığında

36,1

19,2

0,7

21,5

22,6

29,4

16,7

11,3

Buğda əkinləri arasında

15,1

15,3

 __

8,1

9,4

7,1

4,1

4,7

Orta hesabla

32,2

28,0

1,0

21,1

21,4

20,3

12,6

8,1

 

 

Zərərvericinin parazit kompleksinin növlər üzrə təhlili göstərir ki, telenominlərdən T. chloropus yumurtaları orta hesabla 32,2 % , T. grandis isə 28,0 % yoluxdurur. Digər növ telenominlər  yumurtaların cəmi 1,0 %-ni yoluxdurmaq qabiliyyətinə malikdir. Faziya milçəklərindən isə C. helluo və H. lateralis digər 2 növə nisbətən daha fəaldırlar.

Nəticə. Naxçıvan MR şəraitində ziyankar bağacığın parazit kompleksinin öyrənilməsi təsdiq edir ki, telenominlər və faziya milçəkləri zərərvericinin say dinamikasının tənzimlənməsində əsaslı rol oynayır. Buğda əkini sahələri çoxillik əkmələrin və  biosenozların yaxınlığında yerləşdirildikdə parazitlərin sahib həşərat axtarmasına az enerji sərf etməsi, və bitki örtüyünün zənginliyi parazitlərin səmərəliliyinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Əkinlər yerləşdirilərkən və zərərvericiyə qarşı kimyəvi mübarizə planlaşdırılarkən bu amilə xüsusi diqqət verilməlidir.

 

                              Ədəbiyyat

1. Викторов Г.А.- Экология паразитов – энтомофагов. Ðœ., Наука, 1976.152 с. 

2. Воронин К.Е., Шапиро Ð’.А., Пукинская  Г.А.-Биологическая зашита зерновых культур от  вредителей. Ðœ., 1980. 293 с.

3. Доспехов Б.А.- Методика полевого опыта. М.,1985.335 с.

4. Лакин Г.Ф.- Биометрия. Ðœ., 1980. 293 с.5.Литлл , Хилз Ф.-        Сельскохозяйственное опытное дело. Ðœ.,  1981. 320 с.    

6. Плохинский  Н.А.- Математические методы в биологии. Ðœ., 1972. 366с.  

7. Рубцов И.А.-  Ðž двух паразитах вредной черепашки из  ÑÐµÐ¼. Phasiidae ( Diptera).Энтомол. обозрение, 1945. Т. 28,вып. 3-4. С. 85-100.

8. Федотов Д.Ðœ.-  Наблюдения над взаимоотношениями между вредной черепашкой и ее паразитами мухами – фазиями и соображения об использовании фазий в борьбе с черапашкой / / Ð’ кн. Вредная черепашка. Ðœ- Л., 1947. Т ıı .С. 49-66.

 

УДК 632. 937.11

 

      Д.А.Гулиев, кандидат биологических наук

 

Комплекс паразитов Eurygaster integriceps Put. в

условиях Нахичеванской А Р.

 

Впервые в Нахичеванской АР исследован комплекс паразитов вредной черепашки и определен роль паразитов в регуляции численности вредителя.

Выявлены, что яиц вредной черепашки активно заражают Telenomus chloropus Thоms.u Trissolcus grandis Thoms. а взрослых клопов Clytiomiya helluo F., Alophora subcoleoptrata ,Phasia crassipennis F. и  Helomyia lateralis Meig. Всесторонно изучены эти паразиты и дана оценка каждому виду в заражении этого хозяина.

Установлено причины изменения зараженности яиц и имаго в зависимости от расположение полей пщеницы рядом различных культур.

Табл. 2. Библиогр. : 8 назв.   

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45