• 12.12.2017 / KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ FERMERLƏRİ BİR DAHA XƏBƏRDARLIQ EDİR
  • 27.11.2017 / FİTOSANİTARİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
  • 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB

19 Fevral 2018
Dont risk

Nəşrlər

NAXÇIVAN MR ŞƏRAİTİNDƏ QIRMIZIDÖŞ ZƏLİCƏNİN (OULEMA MELANOPUS L.) ZİYANVERMƏ QABİLİYYƏTİ VƏ İQTİSADİ ZİYANLı HƏDDİ.

Quliyev Camal Alqulu oğlu, Dövlət Fitosanitar Nəzarəti Xidməti

    Naxçıvan şəraitində zəlicələrdən Qulema lichenis (syanella L.) Voet., Q. erichsoni Sffr., Q. tristis Hbst., O. melanopus L.  yayılmışdır. Yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə qırmızıdöş zəlicə ( O. melanopus L.)  durur, lakin nadir hallarda göy zəlicə də  ( Q. lichenis ( syanella L.) Voet.) məhsul itkisinə səbəb ola bilir.

   Böcəklər aprel ayının ıı ongünlüyündən may ayının əvvəllərinə qədər, sürfələr isə may ayının başlanğıcından ıı ongünlüyün sonuna qədər daha fəal qidalanır. Dağətəyi və dağlıq ərazidə ( 1000 m-ə qədər) yerləşən əkinlərə daha çox ziyan vurur.  Azərbaycan, o cümlədən Naxçıvan MR şəraitində qırmızıdöş zəlicənin ziyanvermə qabiliyyəti və iqtisadi ziyanlı həddi zəif tədqiq edilmişdir.

     Stasionar təcrübələr 1996-2002-ci illərdə Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən  “ Araz” EİB-nin YTT-nın, marşrut müşahidələr isə Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının payızlıq taxıl sahələrində aparılmışdır. Qırmızıdöş zəlicənin ziyanvermə qabiliyyətinin və iqtisadi ziyanlı həddinin öyrənilməsi  məqsədilə ümumi qəbul edilmiş metodikalara [8,10] buğda bitkisinin fenologiyasına və zərərvericinin inkişaf biologiyasına uyğun əlavələr  edilmişdir.Alınmış rəqəm materiallarının riyazi təhlili  ümumi qəbuledilmiş metodikalar üzrə aparılmışdır [7,5,2]

    Zərərvericinin imaqo və sürfələrinin ziyanvermə qabiliyyətinin öyrənilməsi məqsədilə hər birinin sahəsi 1m2 olmaqla 10 variantda, dörd qat təkrarda təcrübələr aparılmış, digər amillərin zərərvericinin say miqdarına təsirini məhdudlaşdırmaq məqsədilə 150× 100×100 sm ölçülü 40 ədəd qəfəsdən istifadə edilmişdir.   

      Məhsul yığımı zamanı hər variantda məhsuldar gövdələrin və sünbüldə dənin sayı hesablanmış, sonra isə sünbüldə dənin çəkisi , 100 dənin kütləsi və 1m2 sahənin məhsulu müəyyən edilmişdir.

   Zəlicənin böcəklərinin  qeydiyyatı 0,1 m2 ( 33× 33sm) ölçülü 15 nümunə sahəsində, sürfələrinin qeydiyyatı isə 10 gövdədən ibarət 10 nümunədə və ya 5 gövdədən ibarət 20 nümunədə zərərvericinin yayılma ocaqlarını əhatə etməklə aparılır.

     Zərərvericinin ziyanvermə qabiliyyəti buğdanın inkişaf fazasından, populyasiyanın sıxlığından, sürfələrin seçicilik qabiliyyətindən, havanın temperaturundan, rütubətindən və digər amillərdən çox asılıdır. Yarpaq səthinin kollanmanın sonu – boruyaçıxmanın əvvəllərində itirilməsi daha təhlükəlidir. Sonrakı fazalarda  bitki inkişaf etdikcə vurulan zədələrə qarşı  davamlığı artır. Vegetasiyanın sonuna yaxınlaşdıqca yarpaq səthinin itirilməsi daha az məhsul itkisinə səbəb olur. Bu səbəbdən də yazlıq taxıllar payızlıq taxıllara nisbətən zəlicəyə qarşı daha davamsızdır.

      Zəlicə ilə zədələnmiş yarpaqların fitosintezedici səthinin azalması fizİioloji proseslərin intevsivliyinin yüksəlməsi hesabına bərpa oluna bilir. Ümumiyyətlə bitkilərin bərpaedici reaksiyası əsasən maddələr mübadiləsinin intevsivliyinin güclənməsi hesabına baş verir. Fotosintezin intensivliyi, vegetativ və generativ orqanların əmələ gəlmə prosesi sürətlənir, fotosintez məhsullarından tam istifadə edilir və yarpaqların tənəffüs intensivliyi artır [10,6,12,3]. Taxıl bitkilərində parenximanın 25% yeyilməsi nəticəsində boyatma prosesləri fəallaşır  və məhsuldarlıq 1,5-1,2% artır. Məhsul  itkisi yarpaqlar 30% və daha çox zədələndikdə baş verir [9,3].

      Rusiya Federasiyasının Krasnodar və Stavropol vilayətlərində “ Qilçıqsız - 1” sortunda sürfələr tərəfindən yarpaq səthinin 25% yeyilməsi bitkilər kifayət qədər nəmliklə təmin edildikdə 3,6-12% məhsul artımına səbəb olur. 25% zədələnmə dərəcəsi 1m2 –də 500 ədəd məhsuldar gövdə və bir gövdədə 0,1 ədəd sürfə olduqda müşahidə edilir. Məhsuldarlığın az miqdarda azalması 1 gövdədə 02,-0,3 sürfə olduqda baş verir. Rütubətliyi müxtəlif illərdə 1 gövdədə 0,4- 0,5 sürfə qeyd edildikdə dənin kütləsi 3-18%, 1 gövdədə 2 ədəd sürfə olduqda isə 40% azalır [3].   

        Volodiçevin məlumatlarına əsasən payızlıq buğdanın yarpaq səthinin 25-50% zədələnməsi məhsulu 3-5% azaldır. Yarpaqların 25%-ə qədər zədələnməsi 1 gövdədə 0,4-0,5 ədəd iri yaşlı  sürfə, 50 və 75% zədələnməsi isə uyğun olaraq 1-1,5 və 2-2,5 ədəd sürfə olduqda mümkündür. Yarpaqların zədələnməsi sürfələrin yaşındanda asılıdır. Belə ki, 1 gövdədə 15-20 ədəd kiçik yaşlı sürfə 50% yarpaq səthini zədələdiyi halda, 1-1,5 ədəd iri yaşlı sürfə də bu zədəni törədir [1]. Buğdanı qırmızıdöş zəlicənin imaqoları və sürfələri zədələyir. Naxçıvan MR şəraitində payızlıq taxıl əkinlərində imaqolar əsasən boruyaçıxma və sünbülləmənin başlanğıcında zərər vurur. Sürfələrin qidalanması isə boruyaçıxmanın sonu və sünbülləmə fazasına düşür. Böcəklər aşağı yarpaqlara yumurta qoyduğu üçün yenicə çıxmış ı və ıı yaş sürfələri alt yarpaqlarla qidalanır və demək olar ki, heç bir ziyan vurmur. Əsas ziyanı ııı və ıV yaş sürfələri gövdə ilə yuxarı qalxaraq  fotosintezi hesabına məhsulun 30-40%-i formalaşan iki yuxarı yarpaqla qidalanaraq törədir [3]. Lakin yarpaqların zədələnməsi nəticəsində dəyən ziyanın bir qismi sünbülün yaşıl hissəsinin fotosintezinin fəallaşması hesabına bərpa olunur.

    Qırmızıdöş zəlicənin imaqolarının zərərvermə qabiliyyətinin tarla şəraitində öyrənilməsi nəticəsində müəyyən edildi ki, 1m2- də 15 ədəd böcək qidalandıqda sünbüldə dənin sayı 3,4%, çəkisi 3,7%, 1000 dənin kütləsi 0,2%  və 1m2-də məhsul 4,6 % artır. 1m2-də 25-35 ədəd böcək olduqda məhsul elementlərinin azalmasına baxmayaraq məhsuldarlıq cəmi 2,8- 4,5% azalır. 1m2-də 45 ədəd böcək qidalandıqda isə məhsuldar gövdələrin sayı 5,0%, sünbüldə dənin sayı 2,2 %, sünbüldə dənin çəkisi 4,3%, 1000 dənin kütləsi 21 %, məhsuldarlıq isə 9,1% azalır (cədvəl 1).

  Cədvəl 1. Qırmızıdöş zəlicənin imaqolarının payızlıq buğdanın məhsuldarlığına təsiri

 

Göstəricilər

Böcəklərin sayı, 1m2/ ədəd

Nəzarət variantına nisbətən azalma, %-lə

0

15

25

35

45

15

25

35

45

Məhsuldar gövdələrin sayı

348,2

351,2

345,7

337,2

330,7

10,9

0,7

3,2

5,0

Sünbüldə dənin sayı

31,9

33,0

31,5

31,3

31,2

+3,4

1,2

1,9

2,2

Sünbüldə dənin çəkisi,q

1,239

1,285

1,213

1,222

1,186

+3,7

2,1

1,4

4,3

1000 dənin kütləsi, q

38,8

38,9

38,5

39,0

38,0

+0,2

0,8

0,5

2,1

1m2-də məhsul, q

431,4

451,3

419,3

412,0

392,2

+4,6

2,8

4,5

9,1

     Alınmış nəticələr təsdiq edir ki, Naxçıvan MR şəraitində 1m2-də zərərvericinin 15 ədəd imaqosunun qidalanması məhsul itkisinə səbəb olmur. Bu onunla əlaqədardır ki,  bitki zərərverici tərəfindən zədələndikdən dərhal sonra ona cavab reaksiyası verir.  Ehtiyat mənbələrdən maksimum istifadə edilməsi və bioloji proseslərin intensivliyinin artması bitkinin kompensasiyaedici qabiliyyətinin yüksəlməsinə səbəb olur. Nəticədə vurulmuş itki qismən və ya tamamilə bərpa edilir, bəzi hallarda isə məhsuldarlıq  artır. 1m2-da  25-30 ədəd  imaqonun zərərli fəaliyyəti isə uyğun olaraq 3-5%-li məhsul itkisi həddini keçmir. ımaqonun sayı 1m2-də  45 ədəd olduqda  isə məhsuldar gövdələrin sayı 5%, sünbüldə dənin sayı 2,2%, sünbüldə dənin çəkisi 4,3%, 1000 dənin kütləsi 2,1%, 1m2-də məhsul 9,1% azalır. Deməli, imaqoların 1m2-də sayı 35 ədəddən çox olduqda vurulan zədə bitkinin inkişaf prosesinə daha güclü təsir edərək onu tam zəiflədir.  Nəticədə vurulan itkinin təsiri bitkinin bərpaedici reaksiyasından güclü olduğu üçün məhsul itkisinə səbəb olur.

  Sürfələrin sayı 1 gövdədə 0,1 ədəd olduqda  sünbüldə dənin sayı 1,4%, sünbüldə dənin çəkisi 14,6%, 1000 dənin çəkisi 12,9%, 1m2-də məhsul  10,2% artır. Sürfələrin sayı 0,5 ədəd olduqda məhsuldarlıq 2,3% azalaraq 3%-li məhsul itkisi həddini keçmir. Sürfələrin sayı 1 gövdədə 1-2 ədəd olduqda isə məhsuldarlıq uyğun olaraq 10,1-45,0% azalır (cədvəl 2).

      Cədvəl 2. Qırmızıdöş zəlicənin sürfələrinin payızlıq buğdanın məhsuldarlığına təsiri

Göstəricilər

 Sürfələrin sayı, 1 gövdə/ ədəd

Nəzarət variantına nisbətən azalma, %-lə

0

0,1

0,5

1

2

0,1

0,5

1

2

Məhsuldar gövdələrin sayı

350,2

336,5

353,0

339,7

323,2

1

+0,7

3,0

7,7

Sünbüldə dənin sayı

29,1

29,5

28,7

28,5

27,8

+1,4

1,4

3,1

4,5

Sünbüldə dənin çəkisi, q

1,126

1,291

1,091

1,043

0,67

+14,6

3,1

7,4

40,5

1000 dənin kütləsi, q

38,7

43,7

38,2

33,7

24,1

+12,9

1,3

13

37,7

1m2-də məhsul,q

394,3

434,5

385,1

354,3

216,5

+10,2

2,3

10,1

45,0

      Deməli, sürfələrin sayı çoxaldıqca məhsul itkisi təklikdə hər bir sürfənin vurduğu itkinin sadə riyazi cəmindən daha yüksək olur. Məsələn, 1 gövdədə 0,5 sürfə 2,3%-li məhsul itkisinə səbəb olduğu halda 1 sürfə 4,6% deyil 10,1% məhsul itkisinə səbəb olur. Bu onunla bağlıdır ki, vurulan zədə artdıqca  bitkinin kompensasiya edici qabiliyyəti azalır.

     Qırmızıdöş zəlicənin ziyanvermə qabiliyyətinə dair əlavə etdiyimiz məlumatlar əsasında zərərvericinin iqtisadi ziyanlı həddi ( toxumluq taxıl əkinlərində 3%-li, adi taxıl əkinlərində isə 5%-li məhsul itkisi həddi )  müəyyən edilmişdir.

     Payızlıq buğdada böcəklərin iqtisadi ziyanlı həddi toxumluq taxıl əkinlərində 1m2-də 25 böcəyə, adi taxıl əkinlərində isə 35 böcəyə bərabərdir. Sürfələrin iqtisadi ziyanlı həddi toxumluq taxıl əkinlərində 1 gövdədə 0,5 sürfəyə, adi taxıl əkinlərində isə 0,6-0,7 sürfəyə bərabərdir. Zərərvericiyə qarşı kimyəvi dərmanlamalar bu həddlərə uyğun aparılmalıdır.

 

                                           ƏDƏBİYYAT

 

1. Володичев Ðœ.А. Пьявица: прогнозирование и организация борьбы // Защита растений, 1990, № 4,с.16-18.

2. Досрехов В. А. Методика полевого опыта. М 1985, 335с.

3. Дубровицкая Н.И. Регенерация и возрастная изменчивость растений. М. Наука, 1961.230 с.

4. Кряжева Л.П.,  Гуслиц И.С., Шапиро и.Д., Зубков А.Ф., Пономарева Э. А. Хлебная пьявица // Защита растений, 1987, № 3, с. 16-17.

5. Лакин Г.Ф. Биометрия. М. 1980, 293 с.

6. Макроносов А. Т., Рафес П.Ðœ. Реакция фотосинтетического аппарата на повреждение листогрызущими  насекомыми. Ð’ кн.: Проблемы онкологии и термотологии растений , Л. Наука, 1975, с. 173-177.

7. Плохинский Н.А. Математические методы в биологии. М. 1972, 366 С.

8. Танский Ð’.И. Определение экономических порогов вредоносности насекомых  // Защита  растений, 1978, № 2, с.21-22.

9. Танский Ð’.И. Особенности взаимосвязей насекомых – фитофагов и растений в агроценозах и биоценозах // Агроценотические аспекты защиты растений. Сб. научных трудов. Л., 1984. с.20-29.

10. Танский Ð’.И. Биологические основы  вредоносности  насекомых.Ðœ.1988, 182с.

11. Andrzejewska L., Bremeyer A., Kajak A., Wojeik Z. Experimental studies on trophic relationships of terrestrial invertebrates.  Secondary Productivity Terrestual Ecosistems, 1967, v.2, Warsawa – Krakov, p.477-495.

12. Watson D.J. A prospect of crop physiology/ Ann. Appl. Biol, 1968,v. 62, № 1, p.1-9.   

                                           Guliyev D.A.

 

THE  INJURIOUSNESS AND THE ECONOMIC THRESHOLD OF OULEMA MELANOPUS  L. ıN CONDıTıONS OF THE NAKHıCHEVAN AR

 

       Depending on wheat growth phase, compactness of population, larvaes’ age limit and selectness it has been learnt the changing of injuriousness of Oulema melanopus L.

      ıt has been proved that in autumnal wheat area in 1 m2 when 15 insects were fed the harvest increases to 4,6 % but harvest of 25-35 insects reduces to 2,8-4,5% and 45 insects reduces to 9,1%. When the number of larvae in one body on average was 0,1 harvest increases to 10,2%, 0,5 to 2,3%, but 1 or 2 reduces to 10,1-45,0%.

      The economic threshold of insects in seed grain sowing is 25 but in usual grain sowings equal to 35 insects. But in larvae this threshold in seed grain sowings in one body 0,5 larva, in usual grain sowings 0,6-0,7 larvae.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45