• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Nəşrlər

Azərbaycan şəraitində ziyankar bağacığın say dinamikasının tənzimlənməsində parazitlərin rolu.

C. A. Quliyev, biologiya elmləri namizədi , Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.

 Dənli taxıl bitkilərinin inteqrir mühafizə sisteminə keçiddə əsas addımlardan biri zərərvericilərin sayının təbii tənzimlənməsi prosesində çoxformalı biosenotik əlaqələrin dərindən öyrənilməsidir. Mühafizə tədbirlərinin həyata keçirilməsinə biosenotik yanaşmanın əsasını parazitlərin, yırtıcıların və entomopatogenlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsi və entomofaqların təbii populyasiyasının səmərəli həddə çatdırılması təşkil edir. Ona görə də, bu məqsədlə elmi-tədqiqat işlərinin aparılması nəzəri, təcrübi və aktual əhəmiyyət kəsb edir.

Dənli taxıl bitkilərinin, xüsusəndə buğdanın zərərvericiləri arasında bağacıqlar xüsusi yer tutur. Respublikamızda onlardan Eurygaster integriceps Put., E. maura L., E. austriacus Schr., Aelia acuminata L., A. rostriata Boh., A. virgata Klug., Cadophila varia F., Dolicoris bascarum L., Carpacoris purpureipennis Deg. və sairələri yayılmağına baxmayaraq ən təhlükəli növ  ziyankar bağacıqdır.

Ziyankar bağacığın sayının tənzimlənməsində entomofaqların rolunu aydınlaşdırmaq məqsədi ilə təcrübələr  2003-2007-ci illərdə  Şəki – Zaqatala  zonasında və Müğan – Salyan yarımzonasında aparılmışdır.

Ziyankar bağacığın parazitlərlə yoluxması yumurta və imaqo mərhələsində baş verir. Zərərvericinin yumurtalarının sayının müəyyənləşdirilməsi və təhlil ücün  yığılması bütün yumurtaqoyma dövrü ərzində həftədə bir dəfə aparılır. Yumurtaların yoluxma faizini müəyyənləşdirmək məqsədilə götürülmüş nümunədə ən azı 10 yumurta topası olmalıdır. Müşahidə aparılan sahədə ziyankar bağacığın yumurtalarının parazitlərlə 1 m2 –da yoluxması təyin edilmiş və hər bir qeydiyyat tarixi üzrə yumurtaların ümumi sayının telenominlərlə yoluxma faizi hesablanmışdır.

Qışlamadan çıxmış zərərvericinin faziya milçəkləri ilə yoluxması 4 dəfədən az olmamaq şərti ilə aşağıdakı müddətlərdə müəyyənləşdirilmişdir: sahəyə uçuşun başlanğıcında, yumurta qoyuluşunun başlanğıcında, kütləvi yumurta qoyuluşu zamanı və yumurta qoyuluşunun sonunda. Cinsi yetişkənliyə çatmamış bağacıqların faziyalarla yoluxma faizi 2 dəfə müəyyənləşdirilmişdir: qanadlanmanın başlanğıcında və kütləvi qanadlanma zamanı . Yığılmış bağacıqlar yarılma və parazitlərin çıxarılması metodları ilə təhlil edilmişdir. Onlardan 25 erkək və 25 dişi fərd yarılır, 50-100 bağacıq isə xüsusi qəfəslərə salınaraq faziyalar çıxana qədər saxlanılır. Cavan bağacıqlar yarıldıqdan sonra daxilə baxdıqda əsas diqqət qanad əzələlərinə yetirilir, bu hissədə boz faziyanın yumurtasına və nadir hallarda ı – yaş sürfələrinə rast gəlinir. Faziyalarla yoluxmuş bağacıqların sayı müəyyən edildikdən sonra hər bir qeydiyyat tarixi üzrə yoluxma faizi hesablanır.

Yetkin bağacıqların yarılması zamanı əvvəlcə qayçı ilə qanad üstlükləri və qarıncığın yanlardan kənarları kəsilir, sonra isə qarıncıq açılır və oradan parazitlərin yumurta və sürfələri çıxarılaraq 70-75%-li spirtdə təsbit edilir.

Yumurtaların yarılması mikroskop altında dərinləşdirilmiş əşya şüşəsi üzərində parlaq məhlulda aparılır.Yumurtaların yoluxma faizinin dəqiqləşdirilməsi təcili olduqda ( bu zaman yumurtaların əsas hissəsi yaşıl rəngdə olur) bağacığın yaşıl yumurtaları saat şüşəsinə  yerləşdirilir və  üzərinə hər hansı bir  işıqlandırıcı  məhlul

( kalium qələvisi, vazelin, qliserin, gənəgərçək yağı və. s ) əlavə edilir. Bundan bir saat sonra mikroskop altında telenominlərin yumurtaları, binokulyor altında isə ı-yaş sürfələri bağacığın yumurtaları daxilində asanlıqla seçilir.

Yetkin telenominlərin sayının qeydiyyatı bağacığın sahədə görünməsinin başlanğıcında və ya yumurta qoyuluşunun başlanğıcında aparılır. 1 m2 – da telenominlərin sayı entomoloji torun 100 çalımında tutulmuş telenominlərin sayının 40-a ( çalımın eni 2 m olduqda)  bölünməsi yolu ilə müəyyənləşdirilir.

Ziyankar bağacıqdan faziya milçəklərinin çıxarılması siyirtmə altlıqlı qəfəslərdə aparılır. Qəfəsin dibinə kağız vərəq qoyulur və 2-3 sm qalınlığında təmiz qum səpilir. Qumun üzərinə bankada yem bitkilərinin çələngi qoyulur. Ziyankar bağacığın yetkin fərdləri əvvəlcədən kiçik ölçülü qablarda becərilmiş buğda və ya şəkər çuğunduru cücərtiləri ilə yemləndirilir. Qəfəsin qumu dövrü olaraq nəmləndirilir.

Bağacıqlardan çıxan parazit milçəklərin sürfələri quma girir və puplaşır. Qəfəsə 1 – 2 gündən bir baxış keçirilir, bağacıqlar baxış zamanı digər qəfəsə salınır, qum ələnir və milçəklərin yalançı baramaları seçilir. Yığılmış yalançı baramalar tək halda nəm quma basdırılır və etiket yapışdırılmış sınaq şüşəsi ilə örtülür.

Ziyankar bağacığın inkişafı buğda bitkisinin fenologiyası ilə sıx bağlıdır və yumurtaqoyma dövrünün təxminən 2 aya qədər, aktiv yumurtaqoyma dövrünün  isə 17 – 22 gün çəkməsi xeyli sayda parazitlərin zərərvericiyə uyğunlaşmasına şərait yaradır.

Zərərvericinin say miqdarının tənzimlənməsində əsasən  telenominlər, Braconidae fəsiləsinə aid minicilər və faziya milçəkləri iştirak edir.

Telenominlərin bütün növləri oliqofaqdırlar. Əsas sahiblərinin ziyankar bağacıq olmasına baxmayaraq 12 növdən çox qalxanlı bağacığı yoluxurlar ( Şapiro, 1956, 1959). Vegetasiya müddətində 5 – 6 nəsil verməklə onlar bağacıqların yumurtalarını 5 – 7 ay ərzində yoluxdurmaq qabiliyyətinə malikdirlər ( Varonin və b., 1988).

 Parazitlər bağacıqların yumurtalarını sahibin embriogenezinin başlanğıcında yoluxdurmağa üstünlük verirlər. Çünkü bu zaman yumurtada embrionun inkişafına sərf edilməmiş daha çox qida maddəsi olur. Parazit yumurta qoyduqda buraxdığı xüsusi maddə embrionun inkişafını dayandırır, sonra isə ı yaş sürfələri onu mexaniki məhv edir.

Zərərvericinin yumurtalarının parazitlərindən daim rast gələn Telenomus chloropus Thoms. və Trssolcus grandis Thoms. növləridir.

Orta Asiyada bağacıqların sürfələrinin 30 – 40% ( Rubsov, 1945; Fedotov,1947), Braconidae fəsiləsinə aid minicilərlə sirayətlənməsinə baxmayaraq parazitlərdə bağacıqlara fizioloji uyğunlaşma olmadığından ( Viktorov, 1967) onlar imaqoya çevrilmədən məhv olur.

Yetkin bağacıqları Phassiinae yarımfəsiləsinə aid 4 növ faziya milçəyi: qızılı

(Clytiomiya helluo F.), boz  ( Alophora ( Phasia) subcoleoptrata L.),  əlvan  ( Phasia  

(Ectophasia) crassipennis F. və qara ( Helomyia lateralis Meig.) yoluxdurur. Bağacıqların bədəninin daxilində inkişaf edən faziyaların sürfələri dişi fərdlərin yumurtalıqlarında yumurtaların regenerasiyasına səbəb olur. Yetkinliyə çatmamış dişilər yoluxduqda onlarda sterillik əmələ gəlir. Bağacıqların yumurta qoyuluşunun başlanğıcından əvvəl yoluxması onların məhsuldarlığının 65%-ə qədər, kütləvi yumurtaqoyma zamanı yoluxması isə 20%-ə kimi azalmasına səbəb olur.

Faziya milçəklərinin ziyankar bağacıq üzərində mövsümü inkişaf sikli oxşar olan, yalnız yumurtalarının formaları və sahib üzərinə qoyma yeri fərqli olan 2 nəsli inkişaf edir.

Apardığımız tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, buğda sahəsinin yerləşmə yerindən asılı olaraq zərərvericinin parazitlərlə yoluxma faizi kəskin dəyişir. Məsələn, yumurtaların parazitlərlə yoluxma faizi meyvə bağı yaxınlığında yerləşən əkin sahəsində 90,1%, yonca əkini yaxınlığında 81,4%, meşə zolağı yaxınlığında 64,9% olduğu halda, buğda əkinləri arasında yerləşən sahədə bu göstərici azalaraq 20,3% təşkil edir. Anoloji hal bağacığın parazitlərlə yoluxma faizində də müşahidə edilir. Meyvə bağı yaxınlığında yerləşən buğda sahəsində imaqoların parazitlərlə yoluxma faizi 72,3%-ə çatdığı halda, əkin sahələrinin yerləşmə yerindən asılı olaraq tədricən azalaraq buğda əkinləri arasında yerləşən sahədə 18,0%-ə  çatır (cədvəl 1)

 

Cədvəl 1

Buğda sahəsinin yerləşmə yerindən asılı olaraq ziyankar bağacığın parazitlərlə yoluxması   

 

Buğda əkininin yerləşmə yeri

Yığılan yumurtala-rın sayı

Parazitlərlə
yoluxmuşdur

Yığılan  bağacıqların sayı

Parazitlərlə yoluxmuşdur

ədəd

 %

ədəd

%

Meşə zolağı yaxınlığında

228

148

64,9

110

75

68,2

Meyvə bağı yaxınlığında

252

227

90,1

130

94

72,3

Yonca əkini yaxınlığında

210

171

81,4

100

69

69,0

Cərgə arası becərilən bitkilərin yaxınlığında

196

80

40,8

150

49

32,7

Buğda əkinləri arasında

280

57

20,3

100

18

18,0

      

Cədvəldən göründüyü kimi, parazitlər ziyankar bağacığın say miqdarının tənzimlənməsində əsaslı rol oynayır. Həmçinin əkin sahəsinin parazitlərin qışlama yerlərinin yaxınlığında yerləşməsi və parazitlərin məhsuldarlığının artmasında əsaslı rol oynayan bitki örtüyünün zəngin olması parazitlərin səmərəliliyinin yüksəlməsinə şərait yaradır.

Ziyankar bağacığın parazit kompleksinin növlər üzrə səmərəliliyinin öyrənilməsi zamanı müəyyən edildi ki, yumurtaların yoluxmasında əsas rolu 2 növ telenomin oynayır, digər növ telenominlər az miqdarda qeyd edilərək 0,9-2,4% yoluxur. T. chloropus əkinin yerləşmə yerindən asılı olaraq yumurtaları 8,2- 40,5%, T. grandis isə 12,1-47,2% yoluxdurur. Zərərvericinin sürfələrinin Braconidae fəsiləsinə aid  minicilərlə 6,5- 25,2% yoluxmasına baxmayaraq sonuncular inkişaflarını başa çatdırmadan məhv olurlar ( cədvəl 2).

Yetkin bağacıqların yoluxmasında faziya milçəkləri fəal iştirak edir. Boz faziya digər növlərdən daha fəal olaraq zərərvericini 8,0 -26,9%, qızılı faziya 6,0-23,0, qara faziya 3,0-22,7%,  əlvan faziya isə 1,0-10,0% yoluxdura bilir ( cədvəl 2).

 

 Cədvəl 2

Ziyankar bağacığın mərhələlər üzrə parazitlərlə yoluxması

 

Buğda əkininin yerləşmə yeri

Yoluxmuşdur ( % - lə)

Yumurta

Sürfə

İmaqo

T.chloropus T.grandis Digər növlər Braconidae C. helluo A.subcoleop-trata H.lateralis Ph.crassipen-nis

 Meşə zolağı yaxınlığında

33,3

30,4

1,2

25,2

20,0

16,4

22,7

9,1

Meyvə bağı yaxınlığında

40,5

47,2

2,4

19,5

15,4

26,9

20,0

10,0

Yonca əkini yaxınlığında

38,1

42,4

0,9

17,1

23,0

18,0

17,0

11,0

Cərgə arası becərilən bitkilərin yaxınlığında

15,3

24,5

1,0

11,9

14,0

10,7

3,3

4,7

Buğda əkinləri arasında

8,2

12,1

__

6,5

6,0

8,0

3,0

1,0

Orta hesabla

27,3

31,3

1,1

16,0

15,7

16,0

13,2

7,2

 

Ziyankar bağacığın parazit kompleksinin səmərəliliyinin növlər üzrə təhlili təsdiq edir ki, T. grandis orta hesabla yumurtaların 31,3%-ni yoluxdurmaqla ı yeri, T. chloropus isə 27,3%-lə ıı yeri tutur. Digər növ telenominlər isə yumurtaların cəmi 1,1%-ni yoluxdura bilirlər.

C. helluo və A. subcoleptrata orta hesabla yetkin böcəkləri 15,7-16,0% yoluxdurmaqla ı yerdə ( variantlar arasında fərq etibarsızdır), H. lateralis ıı yerdə, Ph. crassipennis isə 7,2%-lə ııı yerdə durur.

Beləliklə,buğda əkini sahələri çoxillik əkmələrin və biosenozların yaxınlığında yerləşdirildikdə parazitlərin sahib həşərat axtarmasına az enerji sərf etməsi və bitki örtüyünün zənginliyi zərərverici- parazit kompleksinin yaranmasında və parazitlərin səmərəliliyinin yüksəldilməsində  əsaslı rol oynayır. Əkinlər yerləşdirilərkən və zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri planlaşdırılarkən bu amilə xüsusi diqqət yetirilməlidir.

 

 

Ədəbiyyat

1. Викторов Г.А.- Экология паразитов – энтомофагов. Ðœ., Наука, 1976.152 с. 

2. Воронин К.Е., Шапиро Ð’.А., Пукинская  Г.А.-Биологическая зашита зерновых культур от  вредителей. Ðœ., 1980. 293 с.

3. Доспехов Б.А.- Методика полевого опыта. М.,1985.335 с.

4. Лакин Г.Ф.- Биометрия. М., 1980. 293 с.

5.Литлл , Хилз Ф.-  Сельскохозяйственное опытное дело. Ðœ.,  1981. 320 с.    

6. Плохинский  Н.А.- Математические методы в биологии. Ðœ., 1972. 366 с.  

7. Рубцов И.А.-  О двух паразитах  Ð²Ñ€ÐµÐ´Ð½Ð¾Ð¹  Ñ‡ÐµÑ€ÐµÐ¿Ð°ÑˆÐºÐ¸ из  сем.  Phasiidae  (Diptera).Энтомол. обозрение, 1945. Т. 28,вып. 3-4. С. 85-100.

8. Федотов Д.Ðœ.-  Наблюдения над взаимоотношениями между вредной черепашкой и ее паразитами мухами – фазиями и соображения об использовании фазий в борьбе с черапашкой / / Ð’ кн. Вредная черепашка. Ðœ- Л., 1947. Т ıı .С. 49-66. 

9.Шапиро Ð’.А. – Влияние пищевого режима хозяина на развитие некоторых паразитических насекомых. Журнал общ. биол.1965 Т. 17. № С. 182-190. Шапиро Ð’.А. – Влияние  агротехнических мероприятий на эффективность яйцеедов  вредной черепашки // Ð’ кн.: Биологический метод борьбы с вредителями растений. Киев. Изд. Укр. Акад.с.-Ñ…. наук,1959. С. 182-190.  



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45