• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Nəşrlər

Azərbaycanda taxıl bitkiləri zərərvericilərinin sərtqanaqlılar faunası.

C.A. Quliyev,biologiya elmləri namizədi , Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Respublikamızın ərzaq məhsulları istehsalının əsasını taxıl bitkiləri təşkil edir.Lakin zərərvericilər taxıl əkinlərinə ciddi ziyan vurur.Taxıl aqrobiosenozunda zərəli entomofaunanın növ müxtəlifliyi üzrə həşərat dəstələri arasında dominantlıq isə sərtqanadlılar ( Coleoptera ) dəstəsinə məxsusdur.Bu dəstənin təhlükəli növlərinin taxıl bitkilərinə vurduğu itkinin qarşısının alınması üçün onların növ tərkibini,qida əlaqələrini,şaquli istiqamətdə yayılmasını,təhlükəli növlərin bioloji xüsusiyyətlərini və təsərrüfat əhəmiyyətini tədqiq etmək və əldə edilmiş nəticələr əsasında bitkilərin zərərvericilərdən mühafizəsini biosenoloji prinsipə uyğun təkmilləşdirmək vacibdir.      

Tədqiqatın metodikası. Təcrübələr 1996-2002-ci illərdə Naxçıvan MR-nın taxıl sahələrində,2003-2008-ci illərdə Şəki-Zaqatala zonasında və Muğan-Salyan yarımzonasıda aparılmışdır.Sərtqanadlıların növ tərkibini müəyyən etmək üçün yabanı və mədəni taxıl bitkiləri üzərində rast gəlinən cücülər yığılmışdır.Zərərvericilərin yığılması metodları və texnikası onların bioloji xüsusiyyətlərinə,inkişaf xarakterinə və bitkilərdə yerləşməsinə uyğun seçilmiş,inkişaflarının müəyyən dövrü torpaqda keçən cücüləri aşkar etmək üçün avqustun sonunda,sentyabr və may aylarında şahmat üsuli ilə 0,25 m² ölçülü torpaq nümunələri götürülmüş,torpaqda hərəkət edən növlər banka-tutucuların köməyi ilə öyrənilmişdir.Axırıncı halda yarıya qədər 4%-li formaların məhlulu ilə doldurulmuş 0,5l-lik şüşə banklar ağzına qədər torpağa basdırılmış,tutucular zibillənməsin deyə üzəri kip olmamaq şərti ilə qəzetlə örtülmüş,cücülərin hesabat 5-10 gündən bir aparılmışdır .

Alınmış nəticələr və təhlili.Taxıl aqrobiosenozunda aparılan biosenoloji tədqiqatlar nəticəsində sərtqanadlılar dəstəsinin 16 fəsiləsinə mənsub 126 növ cücü aşkar edilmişdir.Onlardan 71 növ Naxçıvan MR-nın taxıl əkinlərində,97 növ Şəki-Zaqatala zonasında,92 növ isə Muğan-Salyan yarımzonasında qeydə alınmışdır.Şaquli istiqamət üzrə düzənliklə 100,dağətəyi və dağlıq hissədə isə uyğun olaraq 116 və 56 növü yayılmışdır.Dağətəyi ərazinin bitki örtüyü və iqlim şəraiti taxıl aqrobiosenozunda zərərli entomofaunanın növ tərkibinin zəngiyinliyinə səbəb olur.Dağlıq ərazidə isə müxtəlif amillər,xüsusəndə iqlim şəraiti cücülərin məskunlaşmasına mənfi təsir edərək onların növ tərkibini xeyli miqdarda azaldır.

Taxıl aqrosenozunda aşkar edilmiş sərtqanadlıların tərkibi,onların zonalar üzrə,şaquli istiqamətdə yayılması və zərərvermə dərəcəsi olduqca müxtəlifdir.

 

Taxıl aqrosenozunda aşkar edilmiş sərtqanadlıların növ tərkibi, yayılması və zərərvermə dərəcəsi.

 

S/№

Fəsilələr

 Növlərin miqdarı

            Yayılması

 Daimi zərərverən növlər

 Vaxtaşırı  zərərverən növlər

Təsərrüfat əhəmiyyəti
kəsb etməyən növlər

Təsadüfi  növlər

Zonalar üzrə

Şaquli istiqamətdə

Naxçıvan MR

Şəki-Zaqatala

Muğan-Salyan

Düzən Dağətəyi Dağlıq

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

 

Carabidae

10

7

9

7

8

9

7

1

2

7

-

Hydrophilidae

1

-

1

1

1

1

-

-

1

-

-

Silphidae

5

4

5

3

3

5

2

-

-

3

2

Staphylinidae

1

1

-

1

1

1

-

-

-

1

-

Elateridae

14

5

12

9

8

13

-

-

3

10

1

Scarabaeidae

30

17

25

21

25

28

13

3

2

25

-

Cantharidae

1

1

1

1

1

1

-

-

-

1

-

Melyridae

3

2

3

3

3

3

1

-

     -

3

-

Buprestidae

2

-

2

1

1

2

-

-

-

2

-

Alleculidae

11

4

6

6

7

9

1

-

2

9

-

Tenebrionidae

13

10

6

10

13

13

6

-

2

11

-

Meloidae

10

9

10

10

10

10

8

-

-

8

2

Cerambycidae

8

4

4

5

5

7

6

-

-

8

-

Chrysomelidae

13

6

10

11

11

12

9

1

4

5

3

Bruchidae

1

-

-

1

1

-

-

-

-

-

1

Curculonidae

3

1

3

2

2

2

3

-

1

2

-

Cəmi

16

126

71

97

92

100

116

56

5

17

95

9

Cədvəldən aydın olur ki, taxıl aqrosenozunda sərtqanadlılar dəstəsinin 16 fəsiləsinə mənsub 126 növ yayılmışdır. Bu növlərdən Naxçıvan MR – da 71, Şəki- Zaqatala zonasında 97, Muğan- Salyan yarımzonasında isə 92 növ qeydə alınmış, şaquli zonalar üzrə aran bölgədə 100, dağətəyi bölgədə 116, dağlıq bölgədə isə 56 növ yayılmışdır. Qeyd edilmiş sərtqanadlıların 5 növü daimi zərərverən, 17 növü vaxtaşırı zərərverən, 95 növü təsərrüfat əhəmiyyəti kəsb etməyən, 9 növü isə təsadüfi növlərdir.

Taxıl bitkilərinə vaxtaşırı zərərverən sərtqanadlılar 8 dəstəyə mənsub  17 növdür (cədvəl 2). Bu növlərdən 4 növ Chrysomelidal, 3 növ Elateridal, 2 növ Carabidae, 2 növ Scarabalidal, 2 növ Alleculidae, 2 növ Tenebrionidae, 1 növ Hydrophihidae, 1 növ isə Curculonidae fəsiləsinə daxildir. Bu növlər daimi zərərverən növlərə nisbətən az təhlükəlidir, lakin əlverişli şəraitdə kütləvi çoxalaraq əkinlərə  əhəmiyyətli zərər vura bilər.

Cədvəl  2

  Taxıl bitkilərinə vaxtaşırı zərərverən sərtqanadlılar

 

S/№

Fəsilələr

Növlər

 

Carabidae

 

Hydrophilidae

Elateridae

 

 

Scarabaeidae

 

Alleculidae

 

Tenebrionidae

 

Chrysomelidae

 

 

 

Curculonidae

Zabrus morio Men.

Z. spinipes rugosus Men.

Helophopus micans Fald.

Agriotes gurgistanus Fald.

A.lineatus L.

A.obcurus L.

Anisoplia pastuchovae Zaitz.

A.reitteriana Sem.

Podonta daghestanica Reitt.

P. elongata Men.

Pedinus femoralis volgensis Müls.

Tentyria tessulata Tausch.

Lema lichenis (cyanella) L.

Chaetocnema aridula Gyll.

Ch.hortensis Geoffr.

Phyllotreta vittula Redtenb.

Sitophilus oryzae L.

Cəmi

8

16

Sərtqanadlılar dəstəsinin 3 fəsiləsinə mənsub 5 növ taxıl bitkilərinə daimi zərər vurur. Bu növlərdən 3-ü löhvəbığ böcəklər ( Skarabaeidae auistridca major Rtt.), xaçlı Qafqaz sümürtgəni ( A. farraria Er.) və ağ qalxanlı  sümürtgəndir. ( A. lecaspis Cast.). 1 növ Karabid böcəklər  Carabidae,fəsiləsinə aid Adi Zaqafqaziya taxıl böcəyi ( Zabrus  tenebrioides elongatus Men.), 1 növ isə yarpaqyeyən böcəklər  ( Chysomelidae) fəsiləsinə daxil olan qırmızıdöş zəlicədir ( Qulema melanopus L.)

    Qeyd etdiyimiz sümürtgən böcəklərinin bioekoloji xüsusiyyətləri oxşardır, lakin geniş yayılmasına görə birinci yerdə  taxıl sümürtgəni durur.

ıkinci il qışlamadan sonra ııı yaş sürfələri aprelin sonu mayın əvvəllərində qidalanmanı bitirərək torpaqda xüsusi yer düzəldərək 8-15 sm dərinlikdə puplaşırlar. Pupu süd rəngində olur və tədricən tündləşir. Puplaşmadan 2-3 həftə sonra mayın ortasından başlayaraq puplardan böcəklər çıxmağa başlayır. Taxıl sahələrində böcəklərə iyun ayında  kütləvi rast gəlinir. Bu isə əsasən taxıllların süd, mum və tam yetişmə dövrünə düşür. Böcəklərin qidalanması zamanı dənlərin bir qisminin yerə tökülməsi nəticəsində onların ziyanvermə qabiliyyəti daha da artır.

Böcəklər bir neçə gün əlavə qidalandıqdan sonra adətən günün isti saatlarında cütləşirlər. Cütləşmədən bir müddət sonra iyunun ı – ongünlüyü dişi fərd torpağın 5-15 sm dərinliyinə girərək rütubətli qata 8-16 yumurta qoyur. Bir dişi fərd 2-3 dəfəyə 40-60 yumurta qoya bilir və yumurta qoymaq üçün yumşaq və rütubətli torpaq seçir. Yumurta qoyulmasından təxminən üç həftə sonra (iyunun ııı ongünlüyündən etibarən) qoyulmuş yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin tam inkişafı 21-22 aya başa çatır. Bu müddətdə onlar iki dəfə qışlayır, qabıq dəyişir və üç yaş keçirir.

Cavan sürfələr çürüntü və müxtəlif bitkilərin əmici telləri ilə qidalanır, iri yaşlı sürfələr isə müxtəlif bitkilərin  köklərini və kök boğazlarını gəmirir. Kütləvi çoxalma illərində sürfələr əkinlərdə seyrəklik əmələ gətirə bilir, lakin əsas ziyanı böcəklər yetişməkdə olan dənlə qidalanaraq törədir.

Böcəklər günün isti saatlarında daha fəal qidalanırlar. Axşam və səhər saatlarında, eyni zamanda buludlu və yağışlı havada sünbüldə böcəklərin miqdarı kəskin azalır. İsti quraqlıq illərdə kütləvi çoxaldığı halda, soyuq və yağışlı yay onların say miqdarının kəskin azalmasına səbəb olur. 1m2-da taxıl sümürtgəninin 5; 10; 15 imaqosu olduqda məhsuldarlıq uyğun olaraq 21q; 33,1q və 53q azalır.

     Orta  hesabla 1m2- də 10 böcək olduqda və zərərverici 22 gün əkində qidalandıqda 1 böcək tərəfindən vurulan dən itkisi 3,7±0,4q təşkil edir.

Adi Zaqafqaziya taxıl böcəyinin dişi fərdlərinin yumurta qoymaları avqustun sonu və ya sentyabrın əvvəllərində başlayaraq oktyabrın ıı ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15,  bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə ( iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin sürətdə azalır.

Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-indən, aran zonada isə sentyabrın 15-indən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr daha tez doğulur və inkişafları payızda qurtarır. Yazda belə sürfələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur.

 Qidalanmayan sürfələr digərlərindən rənglərinin ağ və ya sarı olması ilə fərqlənir. Payız quraqlıq olduqda və ya havalar tez soyuduqda sürfələrin inkişafı uzanır, qidalanması başa çatmamış kiçik yaşlı sürfələr qışlayır və əsasən yazda zərər vurur.  Sürfələr əvvəlcə yerə tökülmüş dənələrin və yabanı taxılların cücərtiləri ilə qidalanır.  Oidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır.

Adi Zaqafqaziya taxıl böcəyinin sürfələri torpaqda düzəltdikləri yuvalarda yaşayır. Günəş batdıqdan sonra yer üzünə çıxan sürfələr taxıl cücüərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Sürfələr bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Bitkinin kök boğazı və kökü zədələnmədiyi üçün bitkilərin bir hissəsi böyüyərək bərpa olunur. Sürfələr çox acgöz və fəaldır. Qidalanmanın və ətraf mühit amillərinin təsirindən asılı olaraq ı- yaş sürfələri 35-40, ıı- yaş sürfələri 95-100, ııı- yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir.( Səmədov, 1963). Azərbaycanda sürfələr əsasən bütün 3 yaşda qışlamaya gedir. Yazda orta gündəlik temperatur 7-8ºC –yə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ıı- ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır ( kütləvi mayın əvvəlindən). Pup mərhələsi 13-19 gün davam edir.

May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq  aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Böcəklər də sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxaraq sünbüllərə daraşır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır.  Əsasən dağlıq ərazilərdə, tutqun havalarda gündüzlər də təsadüf  edilir. Böcəklər iyulun ıı- yarısından etibarən torpağın 25-30 sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir və yumurta qoymağa başlayır. İl ərzində 1 nəsil verir. Adi Zaqafqaziya taxıl böcəyinin bir sürfəsi orta hesabla 5,29 q, bir imaqosu isə 2,69 q məhsul itkisinə səbəb olur ( Quliyev, 2006 b). 

     Qırmızıdöş zəlicənin imaqoları torpaqda qışlayır. Havanın gündəlik orta temperaturası  12-13º C olduqda qışlama yerlərindən çıxıb, ilk vaxtlar kolluqlarda, əkin kənarlarında  yabanı dənli bitkilərlə qidalanır və sonra mədəni əkinlərə keçir. Adətən mart ayının sonundan başlayaraq may ayının axırına qədər qışlamadan çıxmış böcəklərə rast gəlinir. Əlavə qidalanmadan 4-6 gün sonra böcəklər mayalanır və yumurta qoymağa başlayır. Aprel ayının  ıı- ongünlüyündən başlayaraq may ayının ortalarına qədər əkinlərdə adətən yarpağın alt səthində 3,5,7 ədəd olmaqla zəncirvari formada qoyulmuş yumurtalara rast gəlinir. Dişi fərdlərin yumurta məhsuldarlığı biotik amillərdən asılı olaraq  100-300 ədəd arasında dəyişilir. ( Samedov, 1963; Arnoldi, Qureva və b., 1974; Voronin və b., 1988).  Qırmızıdöş zəlicənin 1 gövdədə 1-2 sürfəsi olduqda məhsuldarlıq 10,1- 45,0% azalır.

         

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45