• 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB
  • 23.10.2017/ İXRAC EDILƏN POMIDOR MƏHSULLARINA YENI TƏLƏBLƏR
  • 19.10.2017/İtaliyadan idxal edilmiş dekorativ bitkilər məhv edilmişdir

25 Noyabr 2017
Dont risk

Zərərsizləşdirmə

FUMİQASİYA TƏDBİRLƏRİ GÜCLƏNDIRILIR

Əsası ümümmilli liderimiz Heydər Əliyev cənabları tərəfindən qoyulmuş ölkə iqtisadiyyatının çoxşaxəli inkişaf siyasəti möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkə başçımız tərəfindən iqtisadiyyatın bütün sahələri ilə yanaşı qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xüsusi  diqqət və qayğı göstərilir, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün iri miqyaslı Dövlət Proqramları həyata keçirilir.

Bu çərçivədə bitkiçilik məhsullarının istehsalının artırılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Dövlət Xidməti cari ildə Respublika ərazisində bitki mühafizəsi tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin etmiş, biosenoz və aqrobiosenozların fitosanitar vəziyyətini xarakterizə edən obyektiv, dövrü və operativ məlumatlar toplanılmış, qiymətləndirilmiş və təhlil edilmiş, cari fitosanitar vəziyyətin təsviri, yaxın və uzaq perspektivdə onun dəyişilməsinin proqnozu işlənib hazırlanmış, nəticələrin bitki mühafizə sahəsində istfadə edilməsi məqsədi ilə fitosanitar monitorinqlər həyata keçirmişdir. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqi qaydalarına, eləcə də torpaq istifadəçiləri tərəfindən aqrotexniki, mexaniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına ciddi nəzarət etmişdir.

Beynəlxalq Bitki Mühafızəsi Konvensiyasının, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Naziıiər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, ixrac, idxal və istehsal edilən zərərli orqanizmləıiə sirayətlənmə təhlükəsi olan məhsullarm becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı yerlərində müxtəlif növ məhsulların, malların və nəqliyyat vasitələrinin xüsusi fumiqantlarla zərərsizləşdirilməsi fıziki və hüquqi şəxslər üçün məcburidir və fıtosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mövcud Qnun, qaydalar və digər normativ hüquqi aktlara əsasən karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Xidmətin xüsusi təlimatlandırılmış, bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən müqavilə yolu ilə həyata keçirilir və qeyri - dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirklərinin aparılmasına yol verilmir.

Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Xüsusilə idxal və ixrac olunan bitki və bitki mənşəli, karantin daşıyıcısı olan məhsulların zərərsizləşdirilməsi Beynəlxalq müqavilələrdə öz əksini tapır.

Qeyd olunanlarla bağlı və son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin Respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya (zərərsizləşdirmə)  tədbirləri həyata keçirilməyən anbarlarda  və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.

İldən-ilə bitki mənşəli məhsulların idxalının artması, xüsusən də karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən, bir sıra xüsusi təhlükəli zərərli orqanizmlərin gətirilməsi kimi real təhlükə yaradır. İdxal edilən  karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan Respublikası üçün karantin hesab edilən onlarla növ aşkar edilir.

Təəssüf ki, hazırda bir çox saxlanma yerləri müasir tələblərə cavab vermir. Eyni zamanda anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artmışdır, bu da müəssisənin fitosanitar vəziyyətini əks etdirən əsas göstəricilərdən biridir.

Anbar zərərvericiləri üçün bir sıra bioloji xüsusiyyətlər oxşardır:

  • diapauzanın olmaması əlverişli şəraitdə il boyu inkişaf  etməyə və zərər verməyə şərait yaradır;
  • ontogenetik inkişaflarının qısa  dövrlü olması il ərzində bir neçə nəsil verməyə imkan yaradır;
  • yetkin fərdləri uzun ömrə və yüksək məhsuldarlığa malikdir;
  • çoxu tanatoz (donma, ölülüyə vurma ) xüsusiyyətinə malikdir ki, bu da onları yerdəyişmə zamanı mexaniki zədələrdən qoruyur.

 

Bu faktlar anbar zərərvericilərinin  populyasiyasının sürətlə artmasına səbəb olmaqla məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, öz-özünə qızışmasına kömək edir, toxumların cücərmə faizini azaldır, məhsulu öz bədən hissələri, ekskrermentləri, toru və müxtəlif  mikroflora ilə çirkləndirir. Dənin xarab olmasına, un çıxımının azalmasına, çörək bişirmə keyfiyyətinin və dadının pisləşməsinə səbəb olur. Dənin zədələnməsi və ya gəmirilməsi  kif göbələklərinin məskunlaşmasına səbəb olmaqla dənin xarab olmasına gətirib çıxarır. Eyni zamanda bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Bu göbələklər insanlarda və heyvanlarda zəhərlənmə - mikotoksikozlar törədiir.  Buna görə də xarab olmuş, kiflənmiş məhsullardan çörək məmulatları  və ya heyvan yemi  hazırlamaqda istifadə etmək olmaz.

Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlarda allergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər. Allergenlər əsasən həzm fermentləri olmaqla ölü, eyni zamanda diri həşəratlarda, onların ekskrementlərində toplanır. Allergenlər orqanizmə nəfəs yolları, dəri örtüyü , mədə–bağırsaq sistemi vasitəsilə daxil olur. Nəticədə  bronxial astma, allergik konyuktivit, dermatit və s klinik əlamətlər meydana çıxır. Yoluxmuş məhsulla mədəyə düşən gənələr  mədə bağırsaq sisteminin pozulmasından şoka qədər kəskin allergik reaksiyalar törədə bilir.

Hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur. FAO-nun məlumatına əsasən hər il anbar zərərvericiləri 65 mln ton ərzaqlıq və toxumluq  dən itkisi verir. Bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qidalandırmaq olar.  Hətta kənd təsərrüfatının  və aqrar elmin yüksək  inkişaf etdiyi  ölkələrdə də dən və dən məhsullarının  saxlanması zamanı zərərvericilərin itkisi  çox böyükdür. Təkcə ABŞ-da hər il 300 mln. dollar itki baş verir. Hər il saxlanılan  dənlər 5-50 %  zədələnir. Anbar və düyü uzunburunu ilə zədələnmiş dənlərdə cücərmə %-nin 70-90 %, dən yonucusu ilə zədələnmiş dənlərdə -68 %, kiçik un xırıldağı ilə zədələnmiş dənlərdə -53 %, surinam un yeyəni ilə zədələnmiş dənlərdə - 25 % azalır.

Anbar zərərvericiləri Coleoptera (sərtqanadlılar) və Lepidoptera (pulcuqqanadlılar və ya kəpənəklər) dəstələrinə  aiddir, yalnız az  sayda növlər Diptera  (ikiqanadlılar) dəstəsinə aiddir. Bəzi gənələr də  ziyan vurur.

Anbar zərərvericilərinin böyük təsərrüfat əhəmiyyətinin kompleks səbəbləri var: ı- bu növlərin çoxu kosmopolitdir (insan tərəfindən yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə daşınır). ıı- müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə- tərəvəzləri, heyvan mənşəli məhsulları  (quru balıq, dəniz məhsulları, hisə verilmiş kolbasanı, pendiri, yunu və s.) qarışıq yemləri, otu, müxtəlif bitki qalıqlarını, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini  və s. yoluxa bilir. ııı - Əlverişsiz mühit şəraitində yaşamaq və kütləvi çoxalmaq qabiliyyətinə malikdirlər.

Fumiqasiya (latın dilində fumigo- tüstü vermək) - dezinseksiya növü olub, zərərvericilərin və bitki xəstəlik törədicilərinin zəhərli buxar və ya qazlarla (fumiqantlar), məhv edilməsidir. Fumiqantlar maye, qaz və bərk formada olur. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə 100 % səmərə almaq mümkündür. Hazırda dünya təcrübəsində əsasən fosfin qazından istifadə edilir. Əvvələr bu məqsədlə geniş istifadə olunmuş metil bromidin tətbiqi yerin ozon qatını məhv etməsinə görə bu ildən qadağan edilib.

Fosfin tərkibli 2 preparatdan istifadə edilir: alüminium və maqnezium fosfid.  Fosfin zərərsizləşdirilən məhsulun zülalı ilə kimyəvi əlaqəyə girmədiyi üçün asan deqazasiya  olunur.

Anbar zərərvericiləri ilə mübarizə iki yerə ayrılır:

ı- Profilaktiki tədbirlər (müasir texniki şərtlərə cavab verən saxlanma yerlərindən istifadə, obyekt və ətraf ərazilərin sistematik təmizlənməsi, tara, dən təmizləyən maşın və nəqliyyat vasitələrinin  dən və bitki qalıqlarından, tozdan təmizlənməsi). Dən saxlanmaya qoyulmamışdan əvvəl təmizlənməli, sortlaşdırılmalı, ehtiyac olduqda qurudulmalıdır. Nəmlik və sirayətlənmə dərəcəsinə görə  qruplaşmalı, yeni məhsul köhnədən,  toxum isə yemlik və ərzaqlıq  dəndən ayrı saxlanılmalıdır.  Bir saxlanma yerindən  digərinə keçdikdə  fitosanitar  tədbirlər  sisteminə ciddi əməl edilməlidir. İlin fəsillərindən asılı olaraq nəmlik və temperatur normada  saxlanılmalıdır.

ıı- Məhvedici tədbirlər. Bu tədbirlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi  karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi fumiqasiya tədbirləri aparılarkən  normativ –hüquqi bazaya əməl edilməsinə diqqəti artırır.

 2014-cü ildə 2214 m3 meşə materialı, 118920,2 ton karantin nəzarətində olan material, 3338814 m3 anbar sahəsi zərərsizləşdirilmişdir.    

 

Camal Quliyev, biologiya elmləri namizədi

 

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45