• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Fermerlərə məsləhət

Noxudun askoxitozu Solğun ləkəli askoxitoz- Ascochyta pisi Lib. Tünd ləkəli askoxitoz- Ascochyta pinodes L.K.Jones

Solğun askoxitoz xəstəliyinin törədicisi Ascochyta pisi əsasən paxla və toxumları, az miqdarda isə gövdə və yarpaqları yoluxdurur. Xəstəlik paxla, gövdə və yarpaqlarda ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur.

Tünd ləkəli askoxitozun törədicisi Ascochyta pinodes isə bitkinin bütün orqanlarını yoluxdurur. Göbələk yarpaqlarda qabarıq, mərkəzi tünd qəhvəyi, kənarında tünd çalar olmayan ləkələr əmələ  gətirir. Bitkinin gövdəsində kiçik,  nöqtəli yaralar əmələ gəlir.

Mübarizə tədbirləri: Növbəli əkin dövriyyəsinə əməl edilməli və noxud əvvəlki yerinə 3-4 ildən sonra qaytarılmalıdır.
Məhsul vaxtında yığılmalı, payızda dərin şum aparılmalıdır. Davamlı sortlar yetişdirilməlidir.
Səpin yüksək reproduksiyalı toxumlarla və optimal müddətlərdə aparılmalıdır. Səpindən əvvəl toxumlar dərmanlanmalıdır.

Dərmanlama zamanı bunker (60 qr/l tebukonazol), vial (60 qr/l dinikanazol-M+ 80 qr/l tiabenazol), vitaros (198 qr/l, karboksin +198 qr/l tiram) , TMTD (400 qr/l tiram) tipli müasir toxum fungisidlərindən istifadə etmək yüksək bioloji səmərəliliyi təmin edir.
Vegetasiya dövrü toxumluq məqsədilə becərilən noxud sahələri fungisidlərdən biri ilə-bakır WP 5 kq/ha, dikotan M-45 4.7 kq/ha, ridozeb 6 kq/ha dərmanlanmalıdır.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45