• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

Bibərin vertisillioz soluxması-verticillium dahliae Kleb

Bibər becərilən bütün rayonlarda xəstəliyə rast gəlinir. Müxtəlif regionlarda, o cümlədən, Samux rayonunda bibər sahələrində xəstəlik ciddi itkilər verir.

Xəstəlik bitkilərin yavaş-yavaş soluxması ilə xarakterizə edilir. Fitopatogen orqanizmlər olan xəstəlik törədiciləri bitkilərin boru sistemini təcrid etmək yolu ilə onları  yoluxdurur.

Xəstəlik şitilləri sirayətləndirsə də adətən onun simptomları yaşlı bitkilərdə müşahidə olunur. Bibər bitkilərində vertisillioz soluxmanın simptomları yavaş inkişaf edir. Yoluxmanın xarakterik əlaməti yaşlı yarpaqların uclarında V-şəkilli zədələrin görünməsidir. Yarpaq uclarında təsvir edilən ləkələr müəyyən zaman keçəndən sonra ölçücə böyüyür və bütün yarpağı əhatə edir.
Bibərin yoluxmuş yarpaqları böyümədən qalır və alt yarpaqlarda zəif xloroz əlamətləri nəzərə çarpır. Xəstəlik inkişaf etdikcə bibər bitkisində böyümənin gecikməsi sürətlənir,  yoluxma zamanı tədricən xloroz da güclənir. Soluxma bəzən asimmetrik ola bilir. Bunun ardınca permanent soluxma gəlir və bitki məhv olur. Yoluxmuş meyvələr kiçik və deformasiyalıdır. Bibərdə vertisillioz soluxma törədən Verticillium cinsi göbələkləri geniş əhatəli bitkiləri yoluxdurur.
Bir neçə il müddətində torpaqda və bitki qalıqlarında saxlanılır. Xəstəlik törədicisi ağır gilli torpaqlarda daha intensiv inkişaf edir.

Mübarizə tədbirləri: Torpağın fumiqasiyası, onun günəş şüaları ilə şüalandırılması müasir mübarizə tədbirləri kompleksinə daxildir.
Yağmurlu keçən illərdə tarla şəraitində xəstəliyin ilkin simptomları göründükdə ridomil qold MS 2.5 kq/ha, moniko bordo 3 kq/ha, klip 0.5 kq/ha preparatların biri çiləmə aparılmalıdır.
Sonrakı çiləmələr xəstəliyin inkişafını nəzərə alaraq 10-14 günlük intervalla təkrar edilməlidir.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45