• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

Xiyar bitkisinin antraknozu- Colletotrichum orbiculare Arx

Xəstəliklə örtülü və açıq şəraitdə becərilən bütün tağlı bitkilər vegetasiya dövrü yoluxurlar. Yarpaqlarda açıq qonur və ya sarı dəyirmi ləkələr formalaşır, onlar adətən birləşir, bütün yarpaqları tutur.

Sirayətlənmiş yarpaqlar qonurlaşır və kövrəkləşir. Meyvə, gövdə və saplaqlarda qonur və ya qara ləkələr basıq yara şəklində meydana çıxır. Rütubətli hava şəraitində ləkələr çəhrayı və ya qırmızıtəhər-sarı yastıcıqlarla örtülür. Yastıcıqlar adətən konsentrik həlqələrlə yerləşir. Güclü yoluxma zamanı yarpaqlar və gövdələr quruyur, meyvələr çürüyürlər. Adətən kök boğazı yoluxur. Xəstəliyin yayılmasında konidilər iştirak edir, onlar ellipsoidal, slindirik, orağaoxşar əyri, bir hüceyrəli 10-40x3-8 mkm ölçülüdür.

Xəstəliyin infeksiya mənbəyi yoluxmuş bitki qalıqlarında və toxumlarda saxlanan mitsel və sklerosiyalardır.

Xəstəliyin inkişafı üçün havanın optimal nisbi rütubəti 85-90%-dir. Antraknozun zərəri məhsulun miqdarı və keyfiyyətinin aşağı düşməsi ilə xarakterizə edilir.

Xəstəlik nəticəsində bitki vaxtından əvvəl tələf olur. 

Mübarizə tədbirləri: Bitki qalıqları toplanmalı, açıq sahədən və ya istixanadan kənarlaşdırılmalıdır. Növbəli əkin sisteminə əməl edilməlidir. Toxumda olan gizli infeksiyanı məhv etmək üçün toxumlar tərkibində metalaksil olan preparatlarla dərmanlanır. Vegetasiya dövründə xəstəliyin ilkin simptomları göründükdə kombinə edilmiş fungisidlərdən biri ilə çiləmələr aparılır. 

Ridomil MS 2.5 kq/ha misxlor oksidi 1.2 kq/ha 

Sandofan MS 2.0 kq/ha 

Etal 3.0 kq/ha işçi məhlul məsarifi 500-600 l/ha



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45