• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

Pomidor bitkisinin fitoftorozu və ya qonur çürüməsi- Phytophthora infestans de Bary

Fitoftorozun kartof, pomidor bitkisinə vurduğu zərər bizim günlər üçün də xarakterikdir. Xəstəlik dünyanın bütün ölkələrində ən geniş yayılmış xəstəliklərdəndir.

Xəstəlik bitkinin yarpaq, gövdə və meyvələrini yoluxdurur, fitoftorozun ilkin əlamətləri adətən pomidor kolunun aşağı yarpaqlarında kiçik səpələnmiş qonur rəngli ləkələr şəklində meydana çıxır. Əlverişli hava şəraitində (yüksək rütubət, mülayim davamlı hava) ləkə tezliklə böyüyür, bütün yarpağı əhatə edir. Rütubətli hava zamanı məhv olmuş toxumanın kənarlarında yarpağın alt tərəfində yüngül torlu örtük inkişaf edir. Həmin örtük göbələyin mitsellərindən ibarətdir. Pomidorda fitoftoroz yayın ortalarında daha çox müşahidə edilir. Xəstəliyin inkişafı meteoroloji şəraitdən asılı olaraq dəyişir. Uzun müddətli isti və rütubətli hava xəstəliyin intensiv inkişafına kömək edir. Xəstəliyin güclü inkişafı zamanı bir çox meyvələr təzə halda istifadəyə yararsızlaşır.

Mübarizə tədbirləri: Pomidorun fitoftorozdan qorunmasında profilaktiki tədbirlərin rolu böyükdür. 

Növbəli əkinə əməl edilməli, pomidorun əvvəlki əkin yerinə 3-5 ildən sonra qaytarılması lazımdır.

Pomidorun xəstəliyə davamlığını yüksəltməyin yollarından biri gübrələrin tətbiqidir. Hətta ən yüksək profilaktiki və aqrotexniki tədbirlər pomidor bitkilərini xəstəliklərdən qorumur. Pomidoru fitoftorozdan qorumaq üçün aşağıdakı kontakt və sistem təsirli fungisidlərdən istifadə olunur.

Akrobat MS 69% i.t. 1.8 kq/ha 

Kvadris 25% s.k. 0.3 kq/ha 

 

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45