• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

21 İyul 2019
Dont risk

Fermerlərə məsləhət

Qarğıdalı cücərtilərinin fuzariozu-Fusarium spp.

Cücərməkdə olan dənciyin səthində göbələyin çəhrayi və ya ağ rəngli örtüyü qeyd olunur. Bitkilər torpağın səthinə çıxandan dərhal sonra cücərti qonurlaşır və ölür.

Hətta cücərti yaşayırsa belə, zəif kök sisteminə malik olduğundan xəstə bitkilər böyümədən qalır, yarpaqlar quruyurlar və s. 
Xəstəliyin  törədicisi – müxtəlif kif göbələkləridir. Bir çoxu Fusarium cinsinə aiddirlər.Onlar torpaqda, bitki qalıqlarında və toxumlarda saxlanılır. 

Mübarizə tədbirləri: Səpindən əvvəl toxum dərmanlanmalıdır. Bu zaman müasir çeşidli toxum dərmanlarından istifadə edilməsi məqsədə uyğundur.
Funqisidlərdən  mübarizə tədbiri üçün aşağıdakılardan istifadə olunur:

Dividant Star   - 1,5 – 2 kq/ ton

Delan              - 1,5 – 2 kq/ ton

Benomil           - 1,5 – 2 kq/ ton

Səpin optimal müddətdə və elit toxumlarla aparılmalı, toxumun basdırılma dərinliyinə ciddi fikir verilməlidir. Toxumun tez bir zamanda cücərməsini təmin edən aqrotexniki tədbirlər həyata keçirilməlidir. Xəstəliyə qarşı davamlı hibridlərdən istifadə olunması məsləhət görülür. 

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45