• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Fermerlərə məsləhət

Göyçay rayonu istixanalarında mikozlarin inkişafını şərtləndirən amillər və mühafizə üsulları

Göyçay rayonu istixanalarında fitosanitar vəziyyətlə tanış olmaq məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları həmin zonaya ezam olunmuşlar.

Mütəxəssislər Göyçay rayonunun Ləkçıplaq, Qaraxıdır, Qaraman, Yaluran, Şıxbəy və digər kəndlərində örtülü sahələrdə yetişdirilən pomidor və xiyar bitkilərinə baxış keçirərək, inkişafı və yayılması təhlükəli həddə çatmış xəstəlikləri  və onların törədicilərini müəyyən etmişlər.
İstixanalarda isitmə və havalandırma sisteminin yaritmazlığı, eləcə də suvarma norma və qaydalarına düzgün əməl olunmaması havada nisbi rütubətin kəskin artmasına, nəticədə pomidorda boz çürümə (Botrytis cinerea Pers.), xiyar bitkisində isə yalançı unlu şeh (Pseudoperonospora cubensis Rost.) xəstəliklərinin güclü inkişafına və yayılmasına səbəb olmuşdur. Yağışlı sərin hava və bitkilərin sıx əkilməsi də xəstəliklərin ziyanlılığını artıran amillərdən olmuşdur.

Pomidor bitkisində boz çürümə xəstəliyi

Şəkil 1. a) pomidor meyvəsində göbələyin əmələ gətirdiyi ağ halqalar; b) saplaq ətrafında çürümə və göbələyin boz spor kütləsi

 

Boz çürümə xəstəliyi törədicisinin bioekoloji xüsusiyyətləri; onun çoxlu bitkilərdə mikozlar törətməsi, sklerosiyalar şəklində torpaq və bitki qalıqlarında uzun müddət (2-3 il) qala bilməsı, adətən bitki toxumalarını zədəli yerlərdən yoluxması barədə məhsul istehsalçılarına ətraflı məlumatlar verilmişdir. Xəstəliyin müalicəsi və yayılmasının qarşısının alınması məqsədi ilə təsirli mühafizə üsulları tövsiyə edilmişdir.
Boz çürümə xəstəliyi əleyhinə tövsiyə olunan müübarizə tədbirləri:
1. İstixananın istilik rejiminə riayət olunmalı, suvarma sisteminə ciddi əməl edilməli, cərgə aralarında artıq su toplanmasının qarşısı alinmalıdır. Çərgəarası suvarmadan damcı sulama üsuluna keçilməlidir.
2. Örtülü sahədə nisbi rütübətin aşağı salınması və polietilen örtükdə su damcılarının toplanmasının qarşısının alınması üçün havalandırma düzgün aparılmalı, temperatur-rütübət balansı pomidor bitkisinin ekoloji tələbatına uyğun saxlanılmalıdır.
3. Meyvə və yarpağların üzərində ləkələr əmələ gəldikdə sirayətlənmiş həmin orqanlar dərhal kəsilərək sahədən çıxarılmalı və kənarda məhv edilməlidir (yandırılır və s.). Kəsilmiş hissələr fungisidlərlə işlənməlidir.
4. Zərərverici və infeksiya mənbələrinin  aradan qaldırılması məqsədilə istixana  kənarlarında  bitmiş alaq otlarınin təmizlənərək,  məhv edilməsi  tövsiyyə olunur.
5. Bitkinin immun sisteminin  gücləndirilməsi üçün bor, mis və maqnezium tərkibli mikro kübrələrdən istifadə olunmalıdır.
6. Pomidor bitkisində 3-5 yarpaq əmələ gəldikdə aparılan kimyəvi dərmanlamalar ən səmərəli proflaktik mübarizə tədbirlərindəndir. Bu zaman 10 litr suya  35-40 qr məsarif norması ilə Strоbi və Kvadris preparatlarından istifadə etmək  tövsiyə olunur.
7. Bitkilərin vegetasiya müddətində10 litr suya  35-40 qr məsarif norması ilə Mankozeb, Metalaksil və Mis tərkibli preparatları növbələşdirməklə istifadə olunması yaxşı təsir göstərir.
8. İlk məhsul yığımına qədər güclü sirayətlənmiş bitkilərin müalicəsində aşağıdakı fungisidlərdən istifadə olunması məqsədəuyğundur:

 

Xəstəliyin adı

 

Tövsiyyə olunan preparatların adı (tərkibi)

 

Məsarif norması

 

Müalicə məqsədi ilə dərmanlamalar arası müddət

 

Pomidorun boz çurumə xəstəliyi (Botrytis cinerea)

imozalil

3-4 qr/10 l suya

7 gün

İprodion

7-8 qr/10 l suya

7 gün

Switch (fludioksanil+curodinil)

5 qr/10 l suya

7 gün

Score  (Difenokanazol)

5 qr/10 l suya

7 gün

Prevekur(Propamakor+fosetila)

3-5 qr/10 l suya

7 gün

9.Mövsum başa çatdiqdan sonra  örtülü sahələr tam təmizlənərək, bitki qalıqları istixanalardan çixarılmalı və sahə kənarında yandırılmalıdır.
10.Xəstəlik törədicisinin torpaqda 2-3 il qalma ehtimalı olduğundan, torpağın və istixananın zərərsizləşdirilməsi  ən vacib qoruyucu tədbirlərdəndir.

Xiyar bitkisində yalançı unlu şeh xəstəliyi

Şəkil2. yalançı unlu şeh xəstəliyinin xiyar yarpaqlarında əmələ gətirdiyi ləkəlik



İstixanada becərmə texnologiyasında yol verilən nöqsanlar (pomidorun becərilməsində olduğu kimi) xəstəliyin güclü inkişafına və yayılmasına səbəb olmuşdur. Xəstəliyin müalicəsi və yayılmasının qarşısının alınması məqsədi ilə təsirli mühafizə üsulları tövsiyə edilmişdir.
Xiyar bitkisində yalançı unlu şeh xəstəliyi əleyhinə tövsiyə olunan müübarizə tədbirləri:
1.Pomidor becərilən istixanalarda olduğu kimi, xiyar əkilən örtülü sahələrdə də mikroiqlim bitkinin ekoloji tələbatı səviyyəsində saxlanılmalıdır. Istixanada temperaturanın 25oC-dən aşağı düşməsinə yol verilməməlidir.
2 .İstixanada suvarma sisteminə ciddi əməl olunmalı, damcı sulama üsuluna keçilməlidir.
3. İnfeksiya mənbəyinin  aradan qaldırılması və bitkinin immun sisteminin  gücləndirilməsi üçün yuxarıda verilən tövsiyələrə əməl olunmalıdır.
4. Xiyar bitkisində 3-5 yarpaq əmələ gəldikdə, Strobi və Kvadris preparatlarından (10 litr suya  35-40 qr məsarif norması ilə) istifadə etmək  tövsiyyə olunur.
5. Bitkilərin vegetasiya müddətində Mankozeb və Metalaksil  tərkibli preparatların (10 litr suya  35-40 qr məsarif norması ilə) növbəli olaraq,  istifadə olunması yaxşı nəticə verir.
6.Xəstəlik törədicisinin torpaqda 2-3 il qalma ehtimalı olduğundan, torpağın və istixananın zərərsizləşdirilməsi ən vacib qoruyucu tədbirlərdəndir. Yaxşı olar ki, xiyar bitkisi psevdoperonosporozla sirayətlənmiş sahəyə 2-3 ildən sonra əkilsın.
Dövlət Xidməti əminliklə bildirir ki, tövsiyələrə  vaxtında və düzgün əməl olunarsa, Göyçay istixanalarında xiyar və pomidor məhsulları istehsalına təhlükə yaradan hər iki xəstəliyin yayılma və inkişafını hiss olunmayacaq səviyyəyə salmaq mümkün olacaqdir.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45