• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

18.06.2016 / Alma bağlarında dəmgil xəstəliyinin inkişafını stimullaşdıran amillər

Yaz aylarında havaların qeyri-sabit keçməsi, aşağı temperatura (xüsusən gecələr) və yüksək rütubət bir sıra bitki xəstəliklərinin, əvvəlki illərə nisbətən, artmasına səbəb olub. Xarici mühit amillərindən temperatur və rütubət bitki patogenlərinin inkişafında xüsusi rola malikdir. Göbələklər 2-400 C temperatur həddi daxilində inkişaf etsələr də, onların normal böyümə və inkişafı üçün optimal temperatur 18-250 C hesab olunur. Bir çox bitki xəstəlik törədicilərinin inkişafında rütubət böyük rol oynayır. Məsələn, oomisetlər və xitridiomisetlər sinifindən olan göbələklər yalnız yüksək rütubət, damcı su və şeh şəraitində cücərir, bitkiləri yoluxdurur. Əlverişli şəraitdə patoloji proses güclənir, inkubasiya müddəti qısalır, infeksiya ehtiyatı çoxalır. Bu səbəbdən də bu il pas, unlu şeh, dəmgil xəstəliklərinin artması gözlənilir.

Azərbaycanın meyvə bağlarında dəmgil, unlu şeh və meyvə çürüməsi dominantlıq edən xəstəliklərdir. 2016-cı ilin yaz aylarında sərin və rütubətli iqlim şəraiti, törədicinin inkişafı üçün əlverişli olduğundan, Qubanın alma bağlarında dəmgil xəstəliyi may ayının I yarısında intensiv inkişaf etməkdədir. Bağlarda xəstəlik törədicisinin qış ehtiyatının yüksək olması da, bu arzu olunmayan nəticənin əmələ gəlməsini stimullaşdıran amillərdən olmuşdur. Nəticələrin müzakirəsi ilə bağlı fermer və pestisid ticarəti ilə məşğul olan fiziki şəxslərin bağ və xəstəlik haqda söylədikləri isə  elmi əsası olmayan rəylərdir.

Almada dəmgil törədicisi Venturia inaequalis Wint  fungisidlərə asanlıqla davamlılığın formalaşdığı göbələkdir. Ümumrusiya Bitki Mühafızəsi İnstitunun məlumatlarına (2010 il) görə dəmgil xəstəliyi törədicisinin benzimidazol, tiofanat, triazol, pirimidin, imadazol, strobilurin, trifloksistrobin və s. kimi kimyəvi qruplardan olan fungisidlərə rezistentlik (davamlılıq) riski yüksəkdir.

Venturia inaequalis Wint  göbələyində muxtəlif kimyəvi qruplara rezistentlik fərqli variantlarda formalaşır. Triazollara, strobilurinlərə, dikarboksimidlərə və s. münasıbətdə seçmə və adaptasıya olunmaqla, göbələkdə dəyişkənlik yaranır. Benzimidazol, fenilamid və digər qruplara isə törədicidə sıçrayışlı rezistentlik əmələ gəlir. Bağlarda  dəmgil törədicisinin fungisidlərə rezistentliyinin idarə olunması vacib şərtdir. Əks tədqirdə, Qubalı fermerin təcrübəsi ilə, bir ay ərzində dəmgilə qarşı 5 dəfə, eləcə də yüksək konsentrasiyalı işçi məhlullarla mübarizə aparmaqla, çıxılmaz vəziyyət yaranaçaq. Ziyanlı orqanizm ildə 4-8 nəsil (dəmgil törədicisi ölkəmizdə 9-10 nəsil konidi verir) verirsə və ona qarşı eyni kimyəvi qrupdan olan pestisidlərlə intensiv mübarizə aparılırsa, həmin orqanizmdə ardıcıl tətbiq olunan kimyəvi qrupa qarşı 1,5-2 ilə davamlılıq (rezistentlik) yaranır. İlk mərhələdə mübarizədə kifayətləndirici səmərə almaq məqsədilə preparatın tətbiq norması artırılır, lakin rezistentliyin sonrakı mərhələlərində, məsarif normasını 2 dəfə artırdıqda belə, zıyanlı canlının zərərli fəaliyyətini tənzimləmək olmur. Bu halda mübarizə səmərəsiz və məhsul keyfiyyətsiz olmaqla, tezliklə bağlar sıradan çıxmağa doğru gedir..

Rezistentliyinin idarə edilməsi üçün nə etməli?

  1. İnokulumun (infeksiya mənbəyinin) azaldılması ıstiqamətində, pestisid tətbiq etmədən, digər mübarızə üsullarından tam istifadə olunmalıdlr (davamlı sortlardan istifadə, sağlam tinglərin sahəyə əkilməsi, bitkidə immuniteti və inkişafı gücləndirən mikroelement tərkibli gübrələrdən, fifioloji fəal maddələrdən, düzgün suvarmadan və s. istifadə, sirayətlənmiş orqanlarin kəsilərək və toplanaraq məhv edilməsi, payızda yarpaqların yandırılması,  şumlama  və digər tədbirlərlə);
  2. Preparatlatlar tövsiyə olunan normalarda  və bioloji vaxtlarda (göbələyin inkişafında həssas dövrlərdə) istifadə edilməlidir;
  3. Müxtəlif qrup preparatlar növbələşdirilməlidir. Mis tərkibli (XOM, Polixom, bordo mayesi), eləcə də təsiredici maddəsi metiram (Poliram), ditianon (Delan,Tarsel), strobilurin (Strobi), difenokonozol (Skorpion, Skor), siprodinil (Xorus) və s. olan müxtəlif fungisidlər müəyyən ardıcıllıqla tətbiq olunmalıdırlar. Məsələn, alma bağlarında dəmgil törədicisinə qarşı yaşıl konus fenofazasında 1%-li bordo mayesi, çiçəkləməyə qədər Poliram (2,5 kq/ha), çıçəkləmədən-artıq çiçəklər tökülənə qədər Strobi (0,2-0,3 kq/ha), meyvələr fındıq boyda olduqda Skorpion (0,2-0,3 kq/ha), meyvə qoz boyda olduqda Delan (0,6 kq/ha), meyvələrin boy və inkişafı dövründə isə 2 dəfə: Xorus  (0,2-0,3 kq/ha) və ikincini dəfə Tersel (2,5 kq/ha) preparatlarını növbələşdirməklə antirezistent mübarizə təşkil etmək olar.
  4. Kombinəolunmuş dərmanlama (məsələn, ditianon + metiram) aparıla bilər;
  5. Profilaktiki tətbiqə üstünlük verlməlidir. Xəstəliyin müalicəsi bir qədər mürəkkəb olduğundan, kontakt təsirli preparatlardan qarşıalıcı tədbirlərdə müvəffəqiyyətlə istifadə etmək olar;
  6. Göbələkdə davamlılığa doğru gedən prosesdə rezistentlik əmələ gətirən yüksək riskli preparatlarla bağın dərmanlanması dayandırılmalıdır;

7.Reistentlık yarandıqda, ancaq az riskli digər kimyəvi qrupdan olan    fungisidlərdən (mis tərkiblilər, Delan və s.) istifadə edilməlidir.

8.Əmələ gəlmiş rezistentlik aradan qaldırılmalıdır:

            Tədbirlər zamanı nəzərə alınmalıdır:

         - qazanılmış davamlılığın mexanizmi (fungisidə davamlılıq hansı yolla yaranır);

         - reversiya (əvvəlki vəziyyətinə qayıtma) sürəti.

Davamlılıq səviyyəsinin sürətlə azaldığı qeyri-stabil rezistentlikdə, göbələkdə davamlılıq yaranmış preparat mövsüm ərzində 1 dəfədən çox olmamaqla, 1-2 ildən sonra tətbiq edilməlidir.

Davamlı rezistentlikdə isə göbələkdə davamlılıq yaranmış preparatı 3-5 ildən sonra tətbiq etmək lazımdır. Bütün bunlar rezistentliyın aradan qalxmasına,  populyasiyada preparata həssaslığın yüksəlməsinə və bərpaya aparıb çıxarır.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45