• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Fermerlərə məsləhət

Pomidorda meyvə qaralmasının qarşısını necə almaq olar

Ölkə əhalisini Kənd Ərzaq məhsulları ilə təmin etmək üçün kənd təsərrüfatı bitkilərində aşkar olunan xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bitkilərin vegetasiyası dövründə rütubət və temperaturun kəskin dəyişməsi, mübarizə tədbirlərinin vaxtında görülməməsi, bir çox xəstəliklərin kütləviliyinə səbəb olur. Respublikamızın Xaçmaz, Göyçay, Sirvan, Bərdə, Abşeron və s. rayonlarında yetişdirilən pomidor məhsulu həm daxili bazarlarda, həm də ixrac olunan kənd təsərrüfatı məhsulları içərisində xüsusi yer tutur. Bir çox xəstəliklər pomidorun dad keyfiyyətini aşağı salmaqla yanaşı, məhsulun tamamilə məhv olmasınada gətirib çıxarır. Bu xəstəliklər arasında fitoftora xususi iqtisadi əhəmiyyətə malikdir.

Fitoftoroz gobələk xəstəliyidir, əsasən muxtəlif pomidor sortlarında  aşkar olunur. Gövdə və yarpaqda qəhvəyi ləkə yaranır, yarpağın alt tərəfində zəif ağ örtük əmələ gəlir, meyvələr hələ yaşıl ikən qaralır. Bu xəstəlik bir neçə günə ərzində pomidor bitkisini məhv etməyə qadirdir. Bu xəstəliyə  axır vaxtlar hər yerdə rast gəlinir.

Pomidorların qaralması - bu konkret olaraq fitoftora xəstəliyinin  əlaməti deyil. Əlamət bir çox digər xəstəliklərin  və əlverişsiz şəraitdə böyümə və yetişmənin reaksiyası da ola bilər. Pomidorların qaralması, hələ yetişmə mərhələsində adi çürümələr,  torpaq quraqlığı yaxud nəmliyin çox olması, gübrələrin çatışmaması və ya həddindən çox olması, müxtəlif bitki zərərvericiləri və başqa səbəblərdən də baş verə bilər. Xəstəliyin adı  bu xəstəliyin törədicisi olan Phytophthora infestans göbələyinin adı ilə bağlıdır. Tərcumədə bu "bitkini məhv edən" adlanır və bu ad ona tam uyğundur, çünkı bu törədici hansı bitki orqanizminə düşürsə onu məhv edir. Fitoftora təkcə pomidoru məhv etmir eləcə də çiyələk, qarabaşaq və başqa bitkiləri də məhv edir. Bu xəstəlik pomidorun aid olduğu fəsilədən olan badımcan və kartof bitkisini də daha tez-tez zədəliyir. Ona görə də bu tərəvəzləri bilavasitə bir-birinə yaxın əkmək məsləhət görülmür.

Fitoftora xəstəliyin yaranma səbəbi

Bu bitki xəstəliyinin yaranmasını stimullaşdıran səbəblər kifayət qədər çoxdur. Fitoftora adətən havanın kifayət qədər olmadığı yerdə inkişaf edir. Məhz buna görə də bütün növ xüsusilə ucaboylu pomidorlarda budama işləri aparmaq lazımdır. Bunun üçün əsas gövdəni saxlamaq və əlavə budaqları kəsmək lazımdır. Əlavə budaqları gövdəyə birləşən yerindən deyil, birləşmə yerindən 1 sm sonra kəsmək daha məqsədəuyğundur.          Bu xəstəliyin yayılması polietilen örtüklə mühafizə altında olan yerlərdə daha çox  baş verir. Çünki salafanın daxili tərəfində  gecə və gündüz temperaturun kəskin dəyişməsi  nəticəsində nəmlik əmələ gəlir və bu da bitkilərdə toplanır. Göbələk yoluxmaları sporlarla gedir, amma zoospora mütləq damcı su lazımdır. Sporlar ağızcığa yaxınlaşır, bitki orqanizminə daxil olur, toxumalarda cücərir və öz "qara" işini görür. Adətən fitoftoranın ilk əlamətləri kartofun yarpaqları üzərində,  8-10 gündən sonra  isə pomidor bitkisində müşahidə olunur.

            Yağış və soyuq da fitoftoranın inkişafını stimullaşdırır. Bol məhsul əldə etmək üçün yağışlı mövsümdə pomidorları mütləq istixana şəraitində becərmək lazımdır.

            Optimal temperatur (19-220 C)  rejimininə riayət etməmək pomidor bitkisində   fitoftоranın inkişafına gətirib çıxarır və belə vəziyyətə xüsusilə tez-tez yayın sonunda kifayət qədər sərin gecələr olduqda rast gəlinir. Bu dövrlərdə xüsusilə diqqətli olmaq lazımdır.

Pomidorlar torpağın çox quru olmasından  da qaralır və “köklərin üzə çıxması”adlanır. Bu zaman pomidor bitkisi havadan nəmliyi qəbul etməyə çalışır, maddələr mübadiləsi pozulur. Buna görə də bəzi pomidorlar qaralır və məhv olur.

Yaşıl pomidorların qaralmasına gübrələrin çatışmamazlığı da səbəb ola bilər. Adətən qaralma o vaxt başlayır ki pomidorlarda maqnezium və ya bor çatışmır. Belə halda mənimsəməni  yaxşılaşdırmaq  lazımdır - əvvəlcə bir az maqnezium  sulfat, bir neçə gündən sonra isə 1 % bor turşusu çiləmək lazım gəlir. Əgər qaralma yeni əmələ gəlmiş pomidor meyvələrində də  aşkar olunarsa,  onda yəqin ki, səbəb bitkidə infeksion  xəstəliyin  inkişafındır.

Növbəli əkin də əsas şərtlərdəndir. Əkin üçün elə torpaq seçmək lazımdır ki, arzuolunmaz amillərdən uzaq olsun. Torpağın üstünü keçən ilki bitki qalıqlarından  (kartof gövdələrinin qalıqlarını ) təmizləmək lazımdır, onlarda ola bilər ki, törədici ehtiyatı qalsın və əlverişli şəralt düşən kimi inkişaf etməyə başlasın.

Fitoftoraya qarşı mübarizə üsulları

 Profilaktika – fitoftora ilə  mübarizədə birinci və başlıca vəzifədir. Bu, daha təsirli və ən az xərc tələb edən tədbirdir. Başlanğıc üçün mütləq fitoftoranın inkişafına səbəb olan faktorları aradan qaldırmaq lazımdır.

 Eləcə də pomidorun aşağıdakı yarpaqlarını mütləq yoxlamaq lazımdır, xüsusilə də kənarlardakını, çünki yarpağın məhz həmən hissəsində daha çox nəmlik yığılır və fitoftora öz məhvedici işinə başlayır. Əgər siz pomidor meyvəsində qaralma tapmısınızsa onları təcili yığıb yandırmaq lazımdır. Bu imkan verir ki, fitoftoranın başqa pomidor bitkisinə keçməsinin qarşısı alınsın.

Əgər qaralma bütün pomidor meyvələrinə yayılmışsa, onun altında lət isə möhkəm və şirədən məhrumdursa deməli bitki quru təpə  çürüməsi ilə yoluxmuşdur. Onlar həddindən artıq duzlu torpaqlarda yüksək miqdarda gübrələrin verilməsindən əmələ gəlir. Əlavə gübrə verməni mütləq dayandırmaq lazımdır. Bundan başqa, çürümə kalsium çatışmazlığı zamanı da yarana bilər. Bu halda pomidorlara kalsium məhlulu ilə çiləmə aparmaq lazımdır.

Fitoftora yüksək nəmli şəraitdə inkişaf edir, ona görə də bu bitkilərə  tez-tez su vermək məsləhət görülmür. Bitkiyə şlank ilə su çiləməyin və ən yaxşısı suvarmanı  səhərlər aparın. Suvarma yalnız köklər vasitəsi ilə və qədərincə olmalıdır. Düzdür əlverişsiz hava şəraiti, səhər şehi və duman olduqda nəmlik öz-özünə yarpaqlarda yığıla bilər. Belə olan halda xəstəliyin ilkin əlamətlərini gözləmədən 1% bordo mayesi ilə çiləmə aparmaq məsləhət görülür.

            1 stəkan natrium xlorid  duzu 10 l suda qarışdırılır və bu məhlul ilə  yaşıl pomidorlara ayda bir dəfə çiləmə aparmaq lazımdır. Belə çiləmə yarpaqlarda qoruyucu plyonka yaradır ki, bu da infeksiyanın ağızcıqdan keçməsinin qarşısını alır. Amma yadda saxlamaq lazımdır ki, bu müalicə deyil  proflaktik tədbirdir, ona görə də əvvəlcə diqqətlə kollara baxmaq və zədələnmiş yarpaqları qoparmaq lazımdır.

Fitoftora ilə güclü zədələnmələrdə xəstə yarpaqları yığıb yandırmaq lazımdır, meyvələri isə 1% kalsium  xloridlə  (apteklərdə 200 ml flakonda 10% kalsi xlor satılır. Flakonu 2 l suya qatmaq lazımdır) çiləmək  lazımdır.

Sahədə  kimyəvi tərkibli aşağıdakı preparatlardan  istifadə etməklə mübarizə aparmaq məsləhət görülür. Bu zaman hektara 300-400 litr işçi məhlul sərf olunur.

Mankozieb, dimetomorf tərkibli preparatlardan:

Akrabat MZ,  2kq / 1ha 

Carmen MZ,  2kq / 1ha

Arbati ,  2-2,5kq /1ha

Action MZ,  2kq /1ha 

Mis sulfat tərkibli preparatlardan:

Kuproksat , 2,5- 3kq / 1ha

Mefenoxam, mansozeb tərkibli preparatlardan:

Ridomil Gold,  2,5 kq / 1ha 

Promocarb hidroxloride, Cymoxanil tərkibli preparatlardan:

Proxanil 45 SC,  2kq / 1ha

 Arzu Əliyeva



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45