• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Fermerlərə məsləhət

21.12.2016 / Qışa tədarük olunan soğanlar niyə çürüyür

Soğan süfrəmizdəki nemətlərin dad keyfiyyətinə təsir edən əsas məhsullardan biridir. Antik dövrdə Hippokratın vaxtında soğan təkcə tərəvəz kimi deyil, həm də dərman bitkisi kimi qiymətləndirilmişdir. Qədimdə bu tərəvəzi zeytun yağı ilə qarışdırıb səsi möhkəmləndirən vasitə kimi də istifadə etmişlər. Bu günə qədər soğanın 400 -ə qədər müxtəlif sortları məlumdur. Məhsulu əlverişli şəraitdə yetişdirmək, saxlamaq və vaxtı-vaxtında mübarizə tədbirləri aparmaq, gələcəkdə bol məhsul əldə etməyə imkan verir. Qışa tədarük olunan məhsullar içərisində soğanın xüsusi yeri vardır. Sağlam və itkisiz soğan yetişdirmək üçün ona təsir edən infeksion və qeyri parazit xəstəliklərini tanımaq və onların əleyhinə səmərəli mühafizə tədbirləri həyata keçirmək vacibdir.

Sahədən yığılıb qurudulan baş soğan vaxt keçdikcə saxlama yerində  çürüməyə başlayır. Bu niyə baş verir? Bu suala cavab vermək üçün ona hansı xəstəliklər xas olduğunu bilmək lazımdır.

            Baş soğanın əsas xəstəliklərindən biri  bakterial çürümədir.  Xəstəliyin əsas əlamətləri, soğanı kəsdikdə onun daxilində sağlam şirəli qatla  növbələşən, xoşagəlməz iyli yumşalmış hissələrin  olmasıdır. Bu bakterial çürümədir. Ən xoşagəlməyəni budur ki, yığım vaxtı belə soğanlar praktiki olaraq heç nə ilə sağlam soğanlardan fərqlənmir. Yalnız vaxt (iki və ya üç ay) keçdikdən sonra soğanlar çürüməyə başlayırlar.Bu xəstəliyin törədiciləri torpaqda,  soğanaqlarda və bitki qalıqlarında qalır.

 Soğanaqların çürüməsinin əsas səbəblərdən biri də boz boğaz çürüməsidir. Bu xəstəlik də respublukanın soğan əkilən regionları üçün böyük iqtisadi əhəmiyyət daşıyır. Adətən anbarda bir ay,  ay yarımdan sonra quru pulcuqların altında boz mitsellər əmələ gəlir, bir az sonra isə qara nöqtələr görmək olur. Bu qara nöqtələrdən çoxsaylı xəstəlik törədən göbələklər əmələ gəlir və beləliklə yanaşı olan soğanaqlar da yoluxmuş soğanlarla təmasda olduğundan məhv olurlar. Boz boğaz çürüməsi soğanaqlara soğanın boğazından keçir və bu da onun çürüməsinə səbəb olur. Xəstəliyin inkişafı çox ləng  gedir, ona görə də onu aşkar etmək çətindir.

Soğanın elə xəstəlikləri vardır ki onlara hələ sahədə ikən rast gəlinir. Fuzarioz çürümə belə xəstəliklərdəndir ki, bununla mübarizəyə  hələ sahədə ikən başlamaq lazımdır. Sahədə soğanın yarpaqları yuxarı hissədən çürüyür və tökülməyə başlayırsa, onu torpaqdan çıxarıb diblərinə diqqətlə baxmaq lazımdır.

 Adətən yoluxmuş soğanaqların bütün köklərinin dibi çürüyür və göbələyin mitselləri əmələ gəlməyə başlayır. Belə soğanaqlara əl ilə toxunduqda sulu və yumşaq olurlar.

Çürüməyə başqa amillər də  səbəb ola bilər. Məsələn, yığım vaxtı mexaniki zədələnmələr,  xüsusilə  müxtəlif sortlarda saxlanma tələblərinə cavab verməyən rejim və s.

Bəs hansı tədbirləri görmək lazımdır ki soğanlar anbarlarda çürüməsin?

Proflaktiki tədbirlər - ən yaxşı mübarizədir. Sahədə müxtəlif bitkilərin növbəli əkini əsas şərtlərdəndir. Soğanı sahədə xiyardan, kartofdan və ağbaş kələmdən sonra əkmək lazımdır. Onu həmin yerə yalnız üç-dörd ildən sonra yenidən əkmək olar. Yığım vaxtı soğanaqları qazaraq çıxarmaq lazımdır. Bu dibləri zədələnmədən qoruyur. Yığımdan sonra yayın günəşli günlərində soğanları yaxşıca qurutmaq lazım gəlir.

Əkin üçün düzgün yer seçmək lazımdır. Sahə sel sularından uzaq olmaq üçün ovallıq yerdə olmamalıdır. Əkin alətləri  işlətməzdən əvvəl dezinfeksiya olunmalıdır.

Əgər sahədə soğanın hər hansı bir xəstəliyinin əlamətləri aşkar olunmuşsa, onda həmin sahədə soğanı  5 ildən tez əkmək olmaz.

Becərilmə üçün yalnız davamlı və hibrid soğan sortlarından istifadə etmək faydalıdır.

Soğanları əkəndə dezinfeksiya üçün çəhrayı marqans məhlulundan istifadə etmək olar.

Soğanın yetişdirilməsində aqrotexniki qaydalara ( vaxtında əkin və suvarmaya,  əkinin sıxlığına, gübrələməyə fikir vermək ) riayət etmək lazımdır. Yaxşı olar ki, yığıma bir ay qalmış soğanaqların yetişməsi üçün suvarmalar  dayandırilsin.

            Sahələrə hər 10 gündən bir baxmaq və xəstə soğanları vaxtında yığmaq lazımdır.

            Yığılmış soğanlar nəmlik  və temperaturası  müvafiq, hava şəraiti normal olan anbarlarda saxlanmalıdır.

            Anbarda sağlam soğanları seçilib saxlanılmalıdır, saxlanılacaq soğanlar boğazınıdan 5 sm hündürdən kəsilməlidır. Əgər   şərait varsa soğanları isti buxarda və ya isti peçdə qızdırmaq məsləhət görülür. Anbara yığmamışdan əvvəl soğanları 10 saat ərzində 450 C temperaturada saxlamaq səmərəlidır. Bu boğaz çürüməsi xəstəliyi üçün yaxşı proflaktikadır.

            Saxlama müddətində soğanları tez-tez yoxlamaq və xəstə soğanları götürmək lazımdır.

            Soğan saxlamaq üçün sıfıra yaxın və ya -1-dən +1 dərəcəyə qədər olan temperatur ən yaxşı istilik rejimidir.

 Soğanda boğaz çürüməsinin yayılmasına əsasən yüksək nəmlik və temptatura         səbəb olur. Göbələk üçün  optimal temperatur 200 C olsada  o,   3....40 C – də də inkişaf edir və yalnız 00 C - də inkişafını dayandırır. Xüsusən boğaz çürüməsi yağışlı yay günlərində torpaqda azotun çoxluğundan, təzə peyindən, fosfor və kaliumun çatışmazlığından güclü inkişaf edir.

                Sahədə mübarizə tədbiri kimi kimyəvi tərkibli preparatlardan  istifadə etmək lazımdır.Mis xloroksid təkibli preparatlardan: Oxi-cup  3-4kq  preparatını 400  litr suda  1 ha sahəyə çiləmək;2 litr Koruma Bakir finqisidini  300-400 litr suya və ya 1-3 litr Agrovit  preparatını   350-400 litr suya qarışdırıb, 1 ha soğan əkinini dərmanlamaq tövsiyyə edilir.

 Arzu Əliyeva

21/12/2016

 

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45