• 12.12.2017 / KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ FERMERLƏRİ BİR DAHA XƏBƏRDARLIQ EDİR
  • 27.11.2017 / FİTOSANİTARİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
  • 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB

19 Fevral 2018
Dont risk

Sərgi

Sərgilər

  02.05.2015.Mayın 2-də Qəbələ rayonunda “Tarla günləri”nə həsr olunan beynəlxalq tədbir keçirilib. Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən beynəlxalq tədbirin açılış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən 3000-ə yaxın nümayəndə heyəti iştirak edib. Mərasimdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Türkiyənin “Omca Tarm” şirkətinin prezidenti Haqqı Şafak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvi, akademik İbrahim Cəfərov http://www.agro.gov.az/userfiles/image/Tarla-g%C3%BCnl%C9%99ri-t%C9%99dbir-01_05_2015__gif-3.gifvə başqaları çıxış ediblər. Natiqlər Azərbaycanda ilk dəfə olaraq “Tarla günləri”nin keçirilməsinin əhəmiyyətindən danışaraq bildiriblər ki, əsas məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçılar və ixracatçıları birləşdirməkdən ibarətdir. Burada, əsas üstünlük aqrar sektor üzrətexnologiya və sənayedəki yeniliklərə verilib. “Tarla günləri”ndə müştərilərlə üzbəüz görüşmək imkanı, önəmli məsələlərin müzakirəsi və fikir mübadiləsi, daha konkret hədəf auditoriyası, məhsul və xidmətlərin müqayisəli təqdimatı, təşviqat və marketinq imkanları, daha adaptiv və daha sərbəst mühit əldə etmək imkanı yaradılıb.

      Qeyd edilib ki, Azərbaycan “Tarla günləri”nin təşkili ilə qonşu ölkələrin təcrübələrindən istifadə edir, ölkəmizdə aqrar sektorun inkişafı üzrə dövlət siyasətinə dəstək verir, regionların sosial-iqtisadi inkişafına yardım edir, kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edir, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yaradır və vətəndaşlara (istehlakçılara) aqrar sektorun potensialı haqqında dolğun və ucuz informasiya çatdıra bilir. Məlumat verilib ki, “Tarla günləri” layihəsi aqrar sahənin inkişafı məqsədinə yönəldilib.

Layihə çərçivəsində aprel-oktyabr ayları ərzində Qəbələ rayonunda 28 hektar torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar 6 ay ərzində əkin, becərmə və biçin işlərini, məhsullarını nümayiş etdirə biləcəklər. Bununla yanaşı aqrotexnika ilə məşğul olan şirkətlər də öz texnika və avadanlıqlarını nümayiş etdirə biləcəklər.

     Çıxışlardan sonra tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, labarotor avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə tanış olublar. Tədbirdə ölkəmizdə ilk dəfə olaraq Quba rayonunda yaradılacaq “Fermer evi”nin maketi də nümayiş olunub. Məlumat verilib ki, pilot layihə olan “Fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulur. Fermerlər qarşılaşdıqları probləmlərin həllini həmin evlərdə tapacaqlar. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək. Sonda qonaqlar heyvandarlıq kompleksinə baxış keçirdilər.  

    

21 may 2015-ci il tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan–2015”) və 9-cu Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro – 2015”) sərgiləri açılıb. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdir ki, mövcud əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan bu sərgilər yeni tərəfdaşların axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir. 

Nazir qeyd etmişdir ki,  son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prosesində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının şəxaləndirilmiş inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlətin mühüm hədəfləri olaraq nəzərdə tutulur.

http://www.agro.gov.az/userfiles/image/S%C9%99rgi_-Ekspo-M%C9%99rk%C9%99zi-21_05_2015__gif-3.gif http://www.agro.gov.az/userfiles/image/S%C9%99rgi_-Ekspo-M%C9%99rk%C9%99zi-21_05_2015__gif-4.gifNazir vurğulamışdır ki, aqrar sahədə aparılan uğurlu islahatların mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi və ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığının azalmasıdır. Aqrar sektorda yüksək texnoloji emal və istehsal müəssisələrinin qurulması qida sənayesi və kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin artmasına səbəb olmuşdur.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası kontekstində kənd təsərrüfatı və qida sənayesi sahələrində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsi, yerli kənd təsərrüfatı və qida məhsullarımızın ixracının təşviq olunması, mütərəqqi texnologiyaların və nou-haunun ötürülməsi, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsində, eləcə də milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsində bu sərginin müstəsna rolu vardır.

Ənənəvi olaraq, paytaxtımız Bakının ev sahibliyi etdiyi “WorldFood” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə, ən son texnologiyalar və biliklərdən faydalanmaq imkanı yaradır.

Belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində, təcrübə mübadiləsində və qlobal tərəfdaşlığın qurulmasında önəmli rol oynayır.

Bu il sərgilərdə dünyanın 39 ölkəsindən 293(və ya 300-dək) şirkət iştirak edir ki, bu da sərginin təşkil olunduğu illər ərzində rekord göstəricidir. Bu il sərginin ümumi ekspozisiyasının 28 faizini yerli şirkətlərin, 72 faizini isə xarici şirkətlərin təşkil etməsi, eləcə də ötən illə müqayisədə ümumilikdə qeyd olunan sərgilərin sahəsinin 37 faiz artması sərginin qida və kənd təsərrüfatı məhsullarının nümayişi üçün mühüm beynəlxalq foruma çevrilməsindən xəbər verir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45