• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Toksikoloji analizlər

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin “Azərbaycan Respublikası Kənd  Təsərrüfatı  Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun  təkmilləşdirilməsi  barədə” 18 fevral 2015-ci il tarixli  12 nömrəli əmrinə uyğun olaraq Respublika Nəzarət-Toksikologiya Laboratoriyasının bazasında Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi  yaradılmışdır.                                      Mərkəzin əsas funksiyaları pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyin olunması, bitki və bitkiçilik məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində pestisidlərin, ağır metalların, nitrat və nitritlərin, mikotoksinlərin və digər zəhərli birləşmələrin təyin edilməsi sahəsində dövlət nəzarətinin təşkili, dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyədən çıxarılması prosesində iştirakın təmin edilməsi, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının inventarlaşdırılması və zərərsizləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsidir.

Mərkəzin tərkibində Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və Mikotoksinlərin təyini laboratoriyaları mövcuddur.

          Laboratoriya analizləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.12.2006-cı il tarixli 260 nömrəli və 22.01.2007-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş Qaydalara əsasən həyata keçirilir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45