• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Bioloji Laboratoriyalar

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN RAYONLARARASI BİOLOJİ LABORATORİYALARıNıN

NÜMUNƏVİ  ƏSASNAMƏSİ

ı.Ümumi müddəalar

 

  1. Rayonlararası bioloji laboratoriyalar (bundan sonra Laboratoriya) Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə idaretmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra Dövlət Xidməti) tabeliyində fəaliyyət göstərir.
  2. Laboratoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Xidmətinin normativ-hüquqi aktlarını, əmr və göstərişlərini, Dövlət Xidmətinin Əsasnaməsini və bu Əsasnaməni rəhbər tutur.
  3. Laboratoriyanın saxlanılması xərcləri Dövlət Xidmətinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
  4. Laboratoriya qanunvericiliyə uyğun olaraq dövlət əmlakına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Dövlət Xidmətinin və öz adı əks olunmuş möhürə, ştamplara və blanklara malikdir.

 

ıı.   Laboratoriyanın fəaliyyət istiqamətləri.

 

5.Bioloji mübarizə  sahəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

5.1.bioloji metod sahəsində istehsalçılara metodiki köməkliklərin  göstərilməsi;

5.2.bioloji mübarizə tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsinin təşkil edilməsi;

5.3.bioloji preparatların tətbiqi sahəsində istehsalçılara tövsiyələrin verilməsi;

5.4.entomofaqların qorunub saxlanması sahəsində müvafiq tədbirlərin görülməsi.

 

ııı. Laboratoriyanın  vəzifə və funksiyaları

 

6.Laboratoriyanın vəzifə və funksiyaları  aşağıdakılardır:

6.1.xidmət etdiyi regionun ərazisində kəndli (fermer), dövlət və özəl təsərrüfatlara bioloji metodun əhəmiyyəti, entomofoqların qorunub saxlanılması barədə tövsiyələr vermək və onun tətbiqi haqqında istehsalçılara yaxından kömək etmək;

       6.2. istehsal olunan trixoqrammanı və digər bioloji agentləri kəndli (fermer), fərdi, dövlət və özəl təsərrüfatlarda tətbiq etmək məqsədi ilə onlarla bağlanmış ikitərəfli müqavilə əsasında mübarizə işlərini həyata keçirmək;

6.3. bioloji preparatların istifadəsi sahəsində tövsiyələr vermək;

6.4. bioloji metodun tətbiqində və müşahidələrin aparılmasında Dövlət         Xidmətinin yerli qurumları ilə qarşılıqlı fəaliyyəti təmin etmək;

6.5. bioloji mübarizə tədbirlərinin elmi praktiki əsaslarla həyata keçirilməsini təmin etmək;

6.6. Dövlət Xidmətinin yerli qurumları ilə birlikdə inteqrir mübarizə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyəti barədə istehsalçılara tövsiyələr vermək.

6.7. Azərbaycan Respublikasının ərazisində karantin zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onların mənbələrinin bioloji üsulla ləğv olunması barədə tədbirlər görmək;

6.8. torpaq mülkiyyətçiləri tərəfindən bioloji mübarizə tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;

6.9. bioloji mübarizə tədbirlərinin həyata keçirilməsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;

6.10. bioloji mübarizə tədbirlərinin elmi praktiki əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların ixtisaslaşdırılması üçün təkliflər vermək;

6.11. ərazidə bitkilərin karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmə 

  dərəcəsinin və onların əmələ gəlməsi səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müşahidələrin aparılmasında Dövlət Xidmətinin yerli qurumları ilə birlikdə  iştirak  etmək.

 

ıV. Laboratoriyanın hüquqları

 

7.  Laboratoriya bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

7.1. bioloji mübarizə sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqəsdi ilə fiziki və hüquqi şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq etmək və digər profilaktik tədbirlər görmək;

7.2. mülkiyyət formasından asılı olmayaraq əkin sahələrində, meşələrdə, otlaqlarda, biçənəklərdə bioloji agentləri tətbiq etmək üçün fitosanitar vəziyyəti öyrənmək;

7.3. bioloji mübarizə sahəsində qanunvericiliyin pozulmasına görə fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək və müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;

7.4. Laboratoriyanın fəaliyyəti üçün ayrılan məqsədli büdcə vəsaitinin xərclənməsinə cavabdehlik daşımaq;

     7.5. müvafiq fəaliyyət sahələrində ekspertiza, tədqiqat, qiymətləndirmə işlərinin   aparılmasında, nümunələrin götürülməsində, nəzarət altında materialların yoxlanılmasında aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;

      7.6. Qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

 

V.Laboratoriyanın fəaliyyətinin təşkili

 

 8. Laboratoriyaya Dövlət Xidmətinin rəisinin təqdimatına əsasən Azərbaycan   Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müdir rəhbərlik edir.

9. Laboratoriyanın işçiləri laboratoriya müdirinin təqdimatına əsasən  Dövlət   Xidmətinin  rəisi tərəfindən işə qəbul edilir və işdən azad olunur.

10. Müdir laboratoriyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində şəxsən məsuliyyət daşıyır.

11. Laboratoriyanın müdiri:

      11.1. laboratoriyanın işini təşkil edir və ona rəhbərlik edir;

      11.2. dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsini təşkil edir və ona  

            cavabdehlik daşıyır;

      11.3. laboratoriyanın daxilində əmək intizamına cavabdehlik daşıyır,

            mütəxəssislər arasında vəzifə bölgüsü aparır;

      11.4. laboratoriyanın işçiləri barəsində qanunvericiliklə nəzərdə tutulmuş

            qaydada həvəsləndirmə və intizam tədbirləri görür;

      11.5. Dövlət Xidməti ilə razılaşdırılmaqla qanunvericilikdə nəzərdə tutulmuş

            qaydada ikitərəfli müqavilələr bağlayır, əmr və göstərişlər verir.

12.  Laboratoriyanın xərclər smetası və ştat cədvəli Dövlət Xidməti tərəfindən       

     təsdiq edilir.

13. Laboratoriyanın işçilərinin qanunvericiliklə müəyyən edilmiş qaydada

      fərqləndirici nişanı olan geyim forması və vəsiqələri vardır.

 

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45