• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Cəngi Pestisid Poliqonu

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəngi Pestisid Poliqonu haqqında

Əsasnamə 

ı. Ümumi müddəalar

1.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra-Dövlət Xidməti) Cəngi Pestisid Poliqonu (bundan sonar-Poliqon) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarına və  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra-Nazirlik) 2007-ci il 20 avqust tarixli 220 nömrəli əmrinə  əsasən yaradılmışdır.

2.Poliqon “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının qablaşdırılaraq daşınması, zərərsizləşdirilməsi və məhv edilməsi məqsədi ilə Nazirliyin  tabeliyində fəaliyyət göstərən qurumdur.

3.Poliqon öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin kollegiyasının qərarlarını, əmr və göstərişlərini, Dövlət Xidmətinin əmr və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur;

4.Poliqon müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Dövlət Xidmətinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5.Poliqonun saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6.Poliqon Abşeron rayonu ərazisindəki Cəngi qəsəbəsində (qəsəbədən 4 km aralı) yerləşr.    

ıı. Poliqonun fəaliyyət istiqamətləri

                7. Poliqonun fəaliyyət istiqamətləri aşağıdakılardır:

          7.1.İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji   preparatların, aqrokimyəvi maddələrin, onların birləşmələrinin və qablarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi sahəsində tədbirlərin görülməsi;

          7.2.istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, biolojı preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə monitorinqlərin  həyata keçirilməsi;

           7.3.istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının təhlükəsizlik qaydalarına riayət etməklə basdırılmasını və mühafizəsini təmin edilməsi. 

 

 

ııı. Poliqonun vəzifələri

8. Poliqon bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1.qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının toplanması, qablaşdırılması və poliqona daşınması zamanı təhlükəsizlik tədbirlərinə əməl etmək, xüsusi geyim və vasitələrdən istifadə etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq;

 8.2.istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pesdisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin  qalıqlarının, onların birləşmələrinin, qablarının basdırılmasının və ya məhv edilməsinin qeydiyyatı barədə Dövlət Xidmətinə məlumat vermək;

 8.3.istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, biolojı preparatların, aqrokimyəvi maddələrin  zərərsizləşdirilməsi, məhv edilməsi ilə bağlı tövsiyələr, təlimatlar hazırlamaq, mütəmadi kütləvi informasiya vasitələrində bu barədə məlumat vermək;

 8.4.pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin  istehsalı və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə  məxsus müəssisələrdə  istehsal və satışı zamanı yaranan toksiki istehsalat tullantılarının,  qablarının daşınması, müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi məqsədilə  onlarla müqavilələr bağlamaq.

 

 

ıV. Poliqonun hüquqları

 

 

9.Poliqon bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı huquqlara malikdir:

9.1.istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin,  bioloji preparatların, aqrokimyəvi maddələrin  qalıqlarının, onların birləşmələrinin və qablarının  daşınması, basdırılması, saxlanılması və zərərsizləşdirilməsi barədə Dövlət Xidmətinin əmr və göstərişlərini yerinə yetirmək;

9.2.         istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr zədələnməmiş və bütöv qablarda olmadığı halda, onların daşınmasının və basdırılmasının dayandırılması barədə qərar vermək;

9.3.         istifadəyə yararsız və istifadəsi qadağan olunmuş zəhərli maddələrin mövcud olduğu yerlərdə ekoloji şəraiti, pestisidin növünü və formasını öyrənmək;

9.4.         bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan mağazalarda, firma və ya şirkətlərdə Dövlət Xidməti tərəfindən keçirilən reydlər zamanı aşkar edilən istifadəsi və satışı qadağan olunan zəhərli kimyəvi maddələrin qablaşdırılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlər görmək;

9.5.         mütəmadi olaraq poliqondan və digər daşınma yerlərindən nümunələri götürərək aidiyyəti üzrə təqdim etmək.

 

 

V. Poliqonun fəaliyyətinin təşkili

10.Poliqona Dövlət Xidməti rəisinin təqdimatı ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

11.Poliqonun direktoru:

      11.1.Poliqonun işini təşkil edir və ona rəhbərlik edir;

11.2.Poliqonun ştat vahidlərinin və xərclər smetasının layihəsini hazırlayıb təsdiq üçün Dövlət Xidmətinin rəisinə təqdim edir;

11.3.Poliqon üçün dövlət büdcəsindən ayrılan vəsaitin aidiyyəti üzrə    xərclənməsinə cavabdehlik daşıyır;

11.4.Poliqon daxilində nizam-intizam qaydalarını müəyyənləşdirir, işçilər arasında vəzifə bölgüsünü müəyyən edir, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

11.5.Poliqonda mövcud olan maşın və mexanizmlərin işlək vəziyyətdə saxlanılmasını və mühafizəsini təmin edir, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təlimata uyğun basdırılmasına, sənədləşdirilməsinə, müvəqqəti saxlanılmasına və qorunmasına nəzarət edir;

11.6.Poliqonda əməyin təhlükəsizliyi, o cümlədən texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir;

11.7.mütəxəssislərin peşə hazırlıqlarının və ixtisaslarının artırılması məqsədilə zəruri tədbirlər həyata keçirir.

12.Poliqonun işçiləri Dövlət Xidmətinin  rəisi ilə razılaşdırmaqla poliqonun direktoru tərəfindən işə qəbul edilir və işdən azad olunur.

13.İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin onların birləşmələrinin və qablarının daşınması və basdırılmasına çəkilən xərclər sahibkarın vəsaiti hesabına aparılır və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.        

14.Poliqonun işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan geyim forması və xüsusi vəsiqələri vardır.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45