• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

22 May 2018
Dont risk

Karantin Məntəqələri

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN RAYONLARARASI (RAYON) BİTKİLƏRİN KARANTİN MƏNTƏQƏLƏRİNİN

Ə S A S N A M Ə 

ı. Ümumi müddəalar

1. Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri (RBKM) – Azərbaycan Respublikası Prezdentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında “ 23 oktyabr 2004-ci il tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında   Dövlət Fitosanitar Nəzarət Xidmətinin (bundan sonra-Dövlət Xidməti) tabeliyində fəaliyyət göstərir.                                                                                                

2. RBKM-Respublikanın bütün iqtisadi regionlarında fəaliyyət göstərir.      

3.RBKM-öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Xidmətinin normativ hüquqi aktlarını, əmr və qərarlarını,   Dövlət   Xidmətinin Əsasnaməsini və bu Əsasnaməni rəhbər tutur.                                                                                            

  4. RBKM-  Dövlət   Xidməti haqqında Əsasnamədə nəzərdə tutulan vəzifələri sərhəd, gömrük, səhiyyə, nəqliyyat, baytarlıq, icra hakimiyyəti orqanları, bələdiyyə və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.             

5. RBKM  qanunvericiliyə  uyğun  olaraq,  sərəncamında  olan  dövlət əmlakına, Dövlət   Xidmətinin və öz  adı əks olunmuş möhürə  və müvafiq ştamplara malikdir.                                                                                            

 6. RBKM-nın saxlanılması xərcləri Dövlət   Xidmətinə ayrılmış büdcə vəsaiti hesabına maliyyələşdirilir.

 

ıı. RBKM-nin  fəaliyyət istiqamətləri

 

7. Karantin tədbirlərinin aparılması işləri aşağıdakı fəaliyyət istiqamətləri  üzrə təşkil edilir:

7.1.İdxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi;

7.2. nümunələrin götürülərək aidiyyəti üzrə təqdim edilməsi, zərərsizləşdirmə tədbirlərinin təşkil edilməsi;

7.3.karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinin görülməsi;

7.4.ölkənin fitosanitar karantin vəziyyətinin hazırlanması üçün məlumatların toplanması;

7.5.səlahiyyətləri daxilində icazə sənədlərinin verilməsi işinin təşkil edilməsi.

 

ııı. RBKM-nin  vəzifə və funksiyaları

 

          8. RBKM-nin  vəzifə  və funksiyaları aşağıdakılardan ibarətdir:

8.1. qanunvericiliyə  müvafiq olaraq  bitki    karantini    sahəsində    dövlət

nəzarətini həyata keçirmək;

8.2. karantin obyektlərini vaxtında aşkar etmək, onların təcrid edilməsi və

ləğvi üçün tədbirlər görmək;

8.3. müəyyənləşdirilmiş ərazidə karantin tətbiq etmək və götürülməsi  üçün təklif vermək;

8.4. rayonun ərazisinə karantin tətbiq edilən bitki zərərvericilərinin, xəstəlik   törədicilərinin və alaq otlarının daxil olmasına nəzarət etmək;

8.5. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

          8.6. ərazisində  karantin tətbiq edilən bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün karantin və qanunvericiliklə müəyyən edilmiş digər məhdudiyyətlərin    qoyulması    barədə    muvafiq    icra    hakimiyyəti    orqanları qarşısında vəsatət qaldırmaq;

           8.7. ərazisində   zərərverici   və   bitki   xəstəlikləri,  habelə  alaq  otları  ilə sirayətlənmə  dərəcəsini,   onların   əmələ   gəlmə   səbəblərini   müəyyənləşdirmək məqsədilə müşahidələr aparmaq;

           8.8.   karantin   nəzarətində  olan   yüklərin  idxalı  və  ixracı  zamanı  aşkar  olunmuş  karantin  orqanizmlərinin  zərərsizləşdirilməsi  (fumiqasiya)  tədbirlərini təşkil etmək;

           8.9.  karantin  nəzarətində  olan   bitki və bitki mənşəli məhsulların, meşə və dekorativ   (bəzək)   bitkilərin  toxumlarının,  əkin     materiallarının,   bitkilərin  və  onların  hissələrinin (çilik, ting, soğanaq,  kök yumruları,  meyvələr və s.)  karantin obyektlətini   yaya  bilən   digər   bitki  mənşəli   məhsulların   regiona    gətirilməsi zamanı  ikinci   karantin    baxışını    həyata    keçirmək,    lazım    gəldikdə    karantin ekspertizası  mərkəzi  üçün numunələr  götürmək və  öz  ərazisinə məxsus olan məhsulların  çıxarılması (ixracı)  zamanı “Fitosanitar sertifikat“, “Daxili karantin sertifikatı“, “Təkrar ixrac sertifikatı“ vermək;

8.10. qanunveiriciliklə müəyyən edilmiş qaydada  dəmiryolu stansiyalarında, avtoterminallarda,   poçtamtlarda,    elevatorlarda,    anbarlarda,    kənd   təsərrüfatı bitkilərinin    əkin   sahələrində,    təcrübə,  elmi-tədqiqat,   sort-sınaq sahələrində, təsərrüfatlarda, həyətyanı sahələrdə, tingliklərdə, üzümlüklərdə, bağlarda, çoxillik əkinlərdə,    otlaqlarda,    meşə   qoruqlarında,    ticarət   obyektlərində  və   emal müəssisələrində  karantin yoxlanışları aparmaq;

8.11. karantin zonasından  RBKM-nin   icazəsi  olmadan  çıxarılmış  karantin  nəzarətində olan yüklərin geri    qaytarılmasını,    zərərsizləşdirilməsini   və qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməsini  həyata keçirmək;

8.12. qanunveiricilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.

 

ıV. RBKM-nin hüquqları

 

9. RBKM  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələri   yerinə   yetirmək  və funksiyaları həyata keçirmək üçün  aşağıdakı hüquqlara malikdir:

9.1. qanunvericiliklə  müəyyən  olunmuş  hallarda  və  qaydada  müvafiq  fəaliyyət sahələrində  ekspertiza, tədqiqat  işlərinin  aparılmasını, fitosanitar  nəzarət  altında olan  materialların  və obyektlərin  yoxlanılmasını,  nümunələrin    götürülməsini həyata keçirmək;

9.2. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının  qarşısını  almaq məqsədilə  fiziki və  hüquqi  şəxslərə qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq etmək;

9.3.  küçələrdə,  yol  kənarlarında,   yaşayış    binaları    ətrafında  fitosanitariya  və sanitariya-gigiyena  qaydalarına  riayət  olunmayan  digər  təyin  olunmuş  yerlərdə karantin  və   xüsusi  təhlükəli   orqanizmlərin bitki  və   bitki  mənşəli  məhsullarla tara, nəqliyyat  vasitələri  ilə   yayılmasının  qarşısını   almaq  məqsədi  ilə  qanuna müvafiq tədbirlər görmək;

9.4.  mülkiyyət   formasından  və   tabeliyindən   aslı    olmayaraq     müəssisələrin,  təşkilatların  və  təsərrüfatların  torpaqlarında,  kənd təsərrüfatı  məhsulları,  toxum və  əkin  materialları saxlanılan anbarlarda, həyətyanı sahələrdə, fərdi  və  kollektiv bağ və bostan sahələrində  fitosanitar  vəziyyəti   qanunvericiliklə müəyyən edilmiş qaydada  yoxlamaq,  zərərverici,  xəstəlik  və  alaq otlarına qarşı aparılan mübarizə tədbirləri haqqında lazımi  məlumatların verilməsini  tələb etmək;

9.5. gömrükxanaların, dəmiryolu stansiyalarının, avtoterminalların, avtovağzalların,  poçtamtların  müdriyyətindən  qanunvericiliklə  müəyyən edilmiş qaydada  karantin  tətbiq  edilən  yüklər   barədə   məlumat  tələb  etmək  və  həmin yuklərin  sənədləri  ilə  tanış  olmaq;

9.6. bitki karantini  sahəsində qanunvericiliyin pozulmasına  görə vəzifəli, fiziki və hüquqi  şəxslərin  məsuliyyətə  cəlb   olunması   üçün   qanunvericiliklə  müəyyən  edilmiş  qaydada müvafiq  tədbirlər  görmək;

9.7. qanunvericiliklə  nəzərdə  tutulan digər  hüquqları  həyata keçirmək.

                      

                                V. RBKM-nin fəaliyyətinin təşkili

 

10.  RBKM-nə Dövlət  Xidmətinin  rəisinin   təqdimatı   ilə  Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri  tərəfindən  vəzifəyə təyin  olunan  və vəzifədən  azad  edilən  müdir  rəhbərlik edir.                                                      

11.Məntəqənin işçiləri  məntəqə müdirinin təqdimatına  əsasən  Dövlət   Xidmətinin  rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.

12..Müdir işçilər arasında vəzifə bölgüsünü aparır, onların qanunvericiliklə müəyyən edilmiş qaydada  mükafatlandırılması və intizam tədbirləri barədə təklif verir.

13. RBKM-nın  işçilərinin  müəyyən  edilmiş  qaydada  fərqləndirici nişanı olan geyim forması  və xüsusi vəsiqələri vardır.                                       

14. RBKM  qanunvericiliyə  uyğun olaraq yenidən təşkil və ləğv edilir.

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45