2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirləri aparılıb.
03-16 yanvar 2019-cu il tarixlərində Qəbələ rayonu Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən 2950 hektar əkin sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb.
2018-ci ilin son ayları və 2019-cu ilin yanvar ayının ilk ongünlüyundə iqlim şəraitinin mülayim keçməsi, yağıntıların məhdud olması respublika ərazisində siçanabənzər gəmiricilərin artması ilə müşayiət olunub.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik və təbii biçənəklərdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şabran və Cəlilabad rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.