• 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB
  • 23.10.2017/ İXRAC EDILƏN POMIDOR MƏHSULLARINA YENI TƏLƏBLƏR
  • 19.10.2017/İtaliyadan idxal edilmiş dekorativ bitkilər məhv edilmişdir

25 Noyabr 2017
Dont risk

Xəbərlər

13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB

13 iyun 2017-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması” üzrə təlim seminarı öz işinə başlayıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarınnı artırılmasıdır.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev seminarın məqsədi haqqında geniş məlumat verib və Dövlət Xidmətinin fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq əldə edilmiş uğurları diqqətə çatdırıb.

Dövlət Xidməti rəisi həmçinin hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyacın olduğunu, ölkəyə yeni zərərli orqanizmlərin daxil olmasının böyük risk doğurduğunu vurğulayıb. Bu baxımdan ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində zərurətin olduğunu qeyd edən Camal Quliyev FAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə xidmət edəcəyini bildirib.

Ölkədə ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdıran Dövlət Gömrük komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi Rauf Məmmədov bildirib ki, qeyri-neft məhsullarının, ilk növbədə Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı artırılmalıdır. Onun sözlərinə görə, beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdiyi bir dövrdə həm idxal əmliyyatlarının həcmi, həm də ölkə daxilində ixrac olunan məhsulların keyfiyyəti artıb.

Eyni zamanda, dövlət sərhədinin buraxılış məntəqələrində risk və təhlükələrin də çoxaldığını deyən Rauf Məmmədov, dövlət sərhədlərində gömrük orqanlarının fitosanitar nəzarətini həyata keçirən əməkdaşları tərəfindən müəyyən çağırışların da artığını qeyd edib: “Bu da ondan ibarətdir ki, həmin əməkdaşların peşə bilikləri beynəlxalq səviyyəyə uyğun olmalıdır. Bunun üçün də biz müxtəlif vasitələrdən yararlanmağa çaılışırıq. FAO-nun keçirdiyi bu cür tədbirlər də səsləndirdiyim fikirlərin bariz nümunəsidir”.

Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.

FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.

Qeyd edək ki, təlim kursu 17 iyun 2017-ci il tarixinə qədər davam edəcək.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45