• 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 05.09.2017 / ELAN: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti A Ç I Q T E N D E R E L A N E D İ R
  • 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR

21 Sentyabr 2017
Dont risk

Xəbərlər

03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR

Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin findıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında, bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub.

Qeyd edək ki, unlu şeh xəstəliyini “Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarapaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində  əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha cox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.

Unlu şeh xəstəliyinə qarşı əsas mübarizəni təşkil etmək üçün ilk növbədə yerə tökülmüş yarpaqları yığaraq məhv etməli, bitkilərin vegetasiya dövründə xəstəliyə qarşı 1%-li kolloid kükürdün suspenziyası və ya 1%-li əhəng kükürd həlimi ilə 2-3 dəfə çiləmə aparılmalıdır. Birinci çiləmə xəstəliyin yenicə əmələ gəlmə dövründə, ikinci və üçüncü çiləmələr isə hər 12-15 gündən bir təkrarlanmalıdır. Bundan başqa, xəstəliyə qarşı tiovit djet (3-8 kq /ha), topaz (0,4 l/ha), kvadris (0,4-0.6 l/ha), almaz (0,3-0,5 l/ ha) və fundazol (1.0 kq/ha)  fungisidlərinin birindən istifadə etmək lazımdır.

Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45