• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

15 Dekabr 2018
Dont risk

Xəbərlər

27.02.2018 / Kənd Təsərrüfati Nazirliyi yaninda Dövlət Fitosanitar Nəzarəti Xidməti Quba rayonunda regional müşavirə keçirmişdir

27 fevral 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Quba rayonunda “Fermer evində” Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi - tədqiqat institutlarının və regional bölmələrinin nümayəndələrinin, torpaq mülkiyyətçiləri və fermerlərin iştirakı ilə “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət, yastıcalar əleyhinə mübarizəninin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilmişdir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Quba rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Allahverdi Xudaverdiyev çıxış edərək bildirib ki, artıq neçə ildir ki, davamlı olaraq kənd təsərrüfatında mühüm islahatlar həyata keçirilir. Aparılan islahatlar sayəsində ölkədə məhsul istehsalı və ixrac potensialı artıb. Allahverdi Xudaverdiyev kənd təsərrüfatı bitkilərinin zərrərvericilərinə qarşı aparılan mübarizə tədbirlərində Kənd Təsərrüfatı Nazirliyinin səmərəli fəaliyyətindən danışaraq, qeyd edib ki, keçirilən tədbir bölgədə kənd təsərrüfatı sahəsinin inkişafına və  məhsuldarlığın yüksəldilməsinə öz töhfəsini verəcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib. O, son illər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığını bildirib. Qeyd olunub ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların istehsalının və ixracının daha da artmasına səbəb olacaq.

Camal Quliyev həmçinin bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib.

Dövlət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Koliforniya çanaqlı yastıcasının bioekoloji xüsusiyyətləri və ona qarşı səmərəli mübarizənin təşkili”, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin direktorunun müavini Aqil Qasımov “Azərbaycanın meyvə bağlarında rast gəlinən karantin əhəmiyyətli zərərli orqanizmlər”, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi  Daməd Sultanov isə “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr etmişlər. Məruzə olunan məsələlərə dair geniş müzakirələr aparılmışdır.

Müşavirədə çıxış edən qabaqcıl fermerlər tədbirin yastıcalar əleyhinə mübarizənin təşkilində əhəmiyyətli rol oynayacağını, düzgün tərtib edilən mübarizə sxemləri əsasında dərmanlanmaların sayının azalacağını və səmərəliliyinin artacağını qeyd ediblər.

Müşavirə iştirakçıları və fermerlər kənd təsərrüfatının inkişafına və fermerlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda iştirakçılara kənd təsərrüfatı bitkilərinin zərərvericiləri barədə bukletlər paylanılıb.

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45