• 14.09.2018 / Siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunur – Xəbərdarlıq
  • 13.09.2018 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
  • 12.09.2018 / “Aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır” - MÜSAHİBƏ
  • 31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
  • 24.08.2018/ LƏNKƏRANDA AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB DÖVLƏT PROQRAMLARI
  • 21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

21 Sentyabr 2018
Dont risk

Xəbərlər

07.07.2018/ Lənkəranın tut bağlarında kiçik tut odlucasına qarşı mübarizə aparılır

Lənkəran rayonu ərazisində kiçik tut odlucasına qarşı 180 hektar sahədə müşahidə aparılıb və nəticədə 38 hektar sahədə sirayətlənmə müəyyən edilib. Artıq 8 hektar sahədə təsərrüfat subyektləri tərəfindən mübarizə aparılıb.

Bunlardan Lənkəran rayon İstisu qəsəbəsindəki tut bağında 2 hektar sahədə, Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində yerləşən tut bağında isə 6 hektar sahədə mübarizə davam etdirilir.

Qeyd edək ki, kiçik tut odlucasının kəpənəkləri 20-23 mm olub, qızılı sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən baş verir. Pupdan çıxdıqdan bir gün sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayır. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrünün uzunluğu 3-20 gün, dişi fərdlərin məhsuldarlığı isə 40-200 yumurta/fərd təşkil edir. Yumurtadan təzə çıxmış tırtıllar ilk günlər tut yarpaqlarının alt tərəfində damarlar yaxınlığında qidalanırlar. Temperatur şəraitindən asılı olaraq kiçik tut odlucası qışlamanı tırtıl mərhələsində torpaqda, ağac çatlarında, qabıq altında keçirir. Avqust-sentyabr aylarında 3 və 4-cü nəsil odlucalar bitkilərə daha çox ziyan vurur. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı onun yarpaqlarının 70-80% yeyilməsinə səbəb olur  və ağacın quruması təhlükəsi yaranır.

Kiçik tut odlucasına qarşı aqrotexniki və kimyəvi üsullarla mübarizə aparılır. Payızda çəkil və tut ağacların ətrafında tökülmüş yarpaqları toplayıb yandırmaq qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda və odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində belənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45