• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

16 Dekabr 2018
Dont risk

Xəbərlər

28.07.2018/ Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə aparılıb

Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) ikinci nəslinə qarşı fitosanitar müşahidələrə və mübarizə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Darquba, Kərgəlan, Haftoni, Şağlaküçə, Girdəni, Zövlə və Velədi kəndləri ərazisində, eləcə də Liman qəsəbəsi ətrafında və Lənkəran-Astara magistralının kənarında ümumilikdə 680 hektar sahədə tut və çinar ağaclarında karantin tətbiq olunan Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidələr həyata keçirilib. Müşahidələr zamanı Girdəni, Zövlə və Lənkəran şəhər ərazisində ümumilikdə 100 hektar sahədə zərərvericinin 2-ci nəslinin 2-3 yaşlı tırtılları aşkar olunub. 19 iyul tarixində adı çəkilən zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb və 24 iyul tarixində başa çatıb. Dövlət hesabına həyata keçirilən mübarizə tədbirində Diflobezron tərkibli Xetenazon  preparatından (100 qr/1 ha) istifadə olunub.

Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.

Polifaq həşəratın ikinci nəsli daha ziyanlıdır və tırtılları tərəfindən yarpaqların yeyilməsi (defolyasiyası) bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Kəpənəklər aktiv olaraq, qısa məsafələrə (250 m) uçuşlar edə bilir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi  ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə  vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.

Amerika ağ kəpənəyi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45