• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Xəbərlər

18.08.2018/ Qazaxda Kolorado kartof böcəyinə qarşı kimyəvi mübarizə başlayıb

Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur

Qazax rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Avqustun 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qazax rayonunun Cəfərli kəndində “Azərsun Holdinq” MMC-yə məxsus 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 38 hektar sahənin Kolorado kartof böcəyi ilə sirayətləndiyi aşkar olunub.

Sirayətlənmə aşkar olunmuş sahədə təsərrüfat subyekti hesabına “PROMUSE-700” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib.  

Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mütamadi olaraq fermerlərlə görüşlər keçirir, kimyəvi preparatlardan vaxtında təlimata uyğun istifadə edilməsi və texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı tövsiyələr verirlər. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu böcək yayda və payızın isti vaxtlarında havaya qalxaraq 30 km məsafəyə qədər yayıla bilir. Güclü külək onların da daha uzaq məsafələrə yayılmasına şərait yaradır. Düzənlik və çöllərdə daha sürətlə yayılır. Zərərvericilərin daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra faydalı həşəratlardan, eyni zamanda gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. kimi  yırtıcı karabid böcəklərindən istifadə etmək olar. Bu böcəklər zərərvericinin sürfə, pup və yeni əmələ gəlmiş böcəkləri ilə qidalanırlar.

Zərərvericiyə qarşı kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün onun iqtisadi ziyanvurma həddi (İZH) dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə yüz bitki üzərində orta hesabla 8-10 ədəd yetkin fərd, 10-15 ədəd kiçik yaşlı süfrə olduqda, kimyəvi mübarizə aparmaq lazımdır. Kimyəvi mübarizə məqsədi ilə Konfidor (0,5 l/ha), Fastak (0,2 l/ha) insektisidlərinin birindən istifadə etmək olar. Mövsümün əvvəlində işçi məhlulun hektara məsarif norması 400 litr, vegetasiya ərzində isə 600 litr istifadə olunmalıdır.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45